2 Nisan 2018 Pazartesi

Sherlock Holmes - Panik



   Nəhayət, mənə də məşhur Sherlock Holmes kitablarından birini oxumaq nəsib oldu. Panik adlı bu kitab iki bölmədən ibarətdir, yəni Sherlocku məşğul edən iki ayrı əhvalatdan.

   Əsər İkinci Əfqan müharibəsi kimi bir çox döyüşlərdə iştirak etmiş, ağır yaralanıb, üstəlik tifo xəstəliyinə yaxalandıqda döyüş üçün tamamilə yararsız hala düşdüyü qənaəti alınaraq İngiltərəyə geri  göndərilən və bir təsadüf nəticəsində qismətinə Sherlock Holmes-lə eyni evi paylaşmaq düşən, bütün hadisələri birbaşa müşahidə etmə şansını yaxalayan bir həkimin dili ilə anladılır.

   Birinci əhvalatda Sherlock Holmes gecə vaxtı boş bir evdə zəhərlənərək öldürülmüş və başının üstündəki divara qanla almanca "intiqam" yazılmış bir kişi cəsədinin üzərində müşahidə apararaq və müəyyən özünəməxsus üsullarla bir cinayətin üstünü açmağa müyəssər olur.

    Cinayət bizi ta Böyük Alkali ovası və  Azizler ölkəsində yaşanmış nakam bir məhəbbət hekayəsinə aparıb çıxarır.  Holmesin  qeyri-adi zəkası, bütün incə detallarda bütünü görə bilmə qabiliyyəti, intuisiyası əsər boyu oxucunu heyrətləndirir.

   İkinci əhvalat isə illər öncə atası birdən-birə yoxa çıxmış və bir müddət sonra bir qəzetdə biri tərəfindən axtarıldığını dair bir elanla qarşılaşıb ünvanını qəzetə yollayan və o gündən sonra hər il eyni vaxtda  bahalı inci dənəsi göndərilən bir xanımın bu müəmmanı çözmək üçün Holmes-ə müraciət etməsi ilə başlayır.

   Bu əhvalat da bizi Hindistana, Andaman adalarına, Aqri qalası və xəzinəsi kimi şərq motivli tarixcəyə sürükləyir.

   Kitabdakı əhvalatlar həm çox maraqlı, həm çoxşaxəli, həm də üstün bir zəka ilə yoğrulmuş yüksək yazıçılıq qabiliyyətinin məhsulu olaraq təsir bağışladı.

   Çox bəyəndim, çox sevdim desəm yalan olar, qınamayın məni :) Sadəcə bəyəndim. Bir az ağır getdi. Axıb-axıb bitmədi. 

   Amma digər Sherlock Holmes kitablarını da oxumaq istəyərəmmi? İstəyərəm. Çox güman ki, o kitablar haqqındakı düşüncələrimi də burada ara-sıra görəcəksiniz.

   Kitabını mənimlə paylaşan Yunusuma dərin minnətdarlığımı bildirərək bitirirəm yazımı. Oxuyan hər kəsə qucaq dolusu sevgilər.

2 yorum:

  1. Ben Sherlock Holmes kitaplarından çok filmlerini sevdiğime karar verdim. Elimde içi hikâyelerle dolu iki kitabı vardı birini okudum diğerini ellemedim. Olayı bizim çözmemize izin vermiyor , çözerken Sherlock'un gözlemlediği ama bize söylenmeyen şeyler ortaya çıkıyor. Ben Aaaa gerçekten de öyleydi diye şaşırmayı seviyorum. Filminde bunu yaşayabiliyorum ama kitapta yaşanmıyor.

    Agahtha Christie'nin kitapları daha güzel :)

    YanıtlaSil
    Yanıtlar
    1. Eynile qatılıram size. Arada men bir şeymi qaçırdım deye düşündüyüm de oldu. Hadiseler mürekkeb bir dille anladılır. Filmleri haqqında bir çox yerden müsbet reyler oxumuşam amma izlemek nesib olmayın hele ki😊 Deyerli yorumunuz üçün çook sağ olun❤

      Sil