30 Nisan 2018 Pazartesi

Sarah Jio - Gündüzsəfası


  Siz heç hər hansı bir kitabı oxuyarkən yosun qarışıq dəniz qoxusunun oğrun-oğrun pəncərədən otağınıza süzülüşünü, ləpələrin xəfifcə evinizin döşəməsinin altını döydüyünü hiss edib, uzaqlardan paraxodların səsini eşidərək hər cümlədə su  üzərində olmağın ecazkarlığını duymusunuzmu? 

   Cavabınız "xeyr"dirsə Sarah Jionun "Gündüzsəfası"nı oxumağınızı tövsiyə edərdim. 
   Həyatının ən ağrılı zamanlarını yaşayan, böyük bir depressiya içərisində olan Ada Santorini nəhayət ki,böyük bir qərar alır.  

   İşlədiyi Sunrise jurnalında redaktor müavinliyindən ayrılaraq New York kimi böyük bir şəhərdən köçüb Seatle ştatında Union gölü üzərində kirayə tutduğu Qayıqlar prospektindəki üzən evlərdən birinə yerləşir.


    Sadəcə  ona  iztirab verən xatirələrdən bir az sıyrılmaq istəyən Ada evdə içərisində bir neçə əşya və günlükdən ibarət  köhnə bir sandıq tapır. Günlük illər öncə bu evdə yaşamış və müəmmalı bir şəkildə qeyb olmuş Penny adlı bir qıza məxsusdur. 

   Maraqlı burasındadır ki, buranın əhli hadisə haqqında az-çox bir şey bilsə də hamı bunu sirr kimi saxlayır.

    Bu müəmmanı çözmək qərarına gələn Adaya bu yolda yoldaşlıq edəcək insan onun həyatının yönünü də dəyişdirəcək və sonda ortaya maraqlı faktlar çıxacaqdır.

  Roman insana heç bir şeyin gec olmadığını, qəlbdəki ümidin tükənməz bir lütf olduğunu, həyatın acılı-şirinli sürprizlərlə dolu olduğunu aşılayır.

Novellavari, sirli və bir az da romantik bir əsər olan "Gündüzsəfası"nı mən çox sevdim. Sarah Jionun digər kitablarını da oxumaq üçün səbirsizlənirəm.

Əlavə
   Bəzi əsərlər nədənsə həmin vaxtlar dinlədiyim bir musiqi ilə bütünləşir beynimdə. Yəni əsəri oxuduqca düşüncə dünyamda uzaqdan bir səs həmin musiqini zümzümə edir və ya musiqini dinlədikdə həmin əsərin qəhrəmanları və hadisələr kino lenti kimi canlanır beynimdə. Bunu daha öncə Reşat Nuri Güntekinin "Dodaqdan qəlbə" adlı əsərilə bağlı yazımda da romanın son zamanlar dinlədiyim "Kaman" mahnısı ilə çox səsləndiyi haqqında qeyd etmişdim.

Bu əsər isə mənim təxəyyülümdə başqa bir mahnı ilə bütünləşdi. Çoox bəyənərək dinlədiyim "Seni bir tek" mahnısı ilə. Dinləmək istəyirsiniz bəlkə deyə buraya buraxıram. Hər kəsə qucaq dolu sevgilərrr...



4 yorum:

  1. Sarah Jio kitaplarını seviyorum :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ayy sizi təkrar burda görmək çoxx sevindirdi məni😊 Siz mənim ən sadiq ziyarətçimsiniz💓💓
      Bu Sarah Jionun oxuduğum ilk kitabıdır. Dəst-xəttini mən də bəyəndim. Digər kitablarını da oxumağa çalışacam inşallah.

      Sil
  2. Yine her zamanki gibi muhtesem bir yazi😊💖

    YanıtlaSil
    Yanıtlar
    1. Oyy qurban olurummm😊 Sayəndə İlknurum. Kitablarını mənimlə paylaşdığın üçün təşəkkürlər.😘😘😘😘

      Sil