6 Eylül 2018 Perşembe

Qusarın sərhədlərində (Laza, Şahdağ)



   Beləliklə gəzinti yazımıza qaldığımız yerdən davam edirik. Qubada olduğumuz bir gün Qusar rayonuna keçib oradakı məşhur gəzməli yerlərə də baş çəkmək istədik. Və ilk olaraq dağların qoynundakı şəlalələr məskəni Laza kəndinə getdik.
Əvvəl kənd haqqında qısa bir məlumat:


   Laza kəndi Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin "Şah yaylaq" dağının ətəyində, Qusar çayının sahilində yerləşir.
Kəndin 130 nəfər əhalisi 26 evdə yaşayır. Kəndin sakinləri ləzgilər, adi dağ həyatı yaşayırlar. Əhali ev təsərrüfatı ilə, quşçuluq, iri və xırda buynuzlu heyvandarlıqla məşğul olurlar. Yayda sürülərini "Şah Yaylaq" və "Şah Nabat" kimi yüksək dağ otlaqlarına sürürlər. (Alıntı)

                                 Alıntı
   Bəli, bu dağların qoynundakı gözəl kəndə getmək üçün keçdiyimiz yollar o qədər heyrətamizdir ki, mənzil başında heç bir şey olmasa belə sadəcə bu yollardan keçmək və mənzərənin seyrinə dalmaq bir ömür unudulmaz hisslər buraxır insanda. 


   Hər şey çox çox gözəl idi. Bir tərəfdə yaşıl örtük və daş qayalığın ahəngindən ibarət yüksəklik, digər tərəfdə insanın gözünü qaraldan bir uçurumun dibindəki sıx meşəlik. Bu hündürlüyün gözümü qorxutması, bütün yolu, bir gözü açıq, bir gözü qapalı və dilimdə dualarla keçib, mənzərələrin tam anlamı ilə keyfini çıxara bilməməyimə baxmayaraq, doğurdan da bu səyahət unudulmaz anlar buraxdı məndə. Adrenalin sevənlər  yəqin ki, çox daha böyük zövq alarlar bu gəzintidən. 

                                Alıntı
   Və yolun sonunda hündür qayalıqlardan süzüb gələn şəlalə. Lazaya mütləq gedin. Çox bəyənəcəksiniz.
   Bir sonrakı səyahət Şahdağ Turizm Kompleksinə oldu. Hansı ki, bizim torpaqda tikilib bizim olmayan kompleksə :( 

                                   Alıntı
 
   Bəli, hamıya məlumdur ki, bu kompleks daha çox maddi cəhətdən yüksək olan təbəqənin nümayəndələrinə və xarici turistlərə xidmət göstərir. "Şahdağ" əsas olaraq xizək sürmə mərkəzi olduğu üçün əsl sezonu da qışda başlayır. Və hündürlükdə yerləşdiyi üçün ora maşınla gedib qayıtmaq o qədər də rahat olmur. Getdinsə məcbur oteldə qalmalısan və qaldınsa bir çamadan pulun olmalıdır😊. Çünki burada hər şey çox bahadır. 


   Nə isə yoxsul ədəbiyyatına son verib, başlayıram Şahdağın gözəlliklərini saymağa. Burada sizi dağların düz təpəsinə bütün gözəllikləri seyr edə-edə çıxaran kanatlar var. Bu kanatlarda yuxarıya doğru qalxdıqca ayaqlarının altındakı yamyaşıl təpəliklər və hətta o yaşıllıqda bəzən gözünüzə dəyən bir  sürü bəyaz qoyun topası sizə gözəl duyğular bəxş edəcək. 


   Hündürlüyə çıxdıqdan sonra isə sanki bütün dünya ayaqlarının altında qalacaq. Cəsarətin və pulun varsa paraşütlə xüsusi müəllimin müşaiyəti altında mavi səmanın ağuşunda quş kimi süzərək yerdəkilərə sözün əsl mənası ilə yuxarıdan aşağı baxa bilərsən, yoxdursa bizim kimi aşağıdan uçanı izləyib özünü onun yerində təsəvvür də edə bilərsən😊.


   Sonra 20 qəpiklik 3-ü 1-də Nescafeni 5 manata alaraq dağların zirvəsindən gözəl mənzərələri seyr edə-edə içə bilərsən😑. Qəhvə xəstəsi olduğumu bilən can yoldaşım gözəl bir jest olaraq həmin qəhvədən sifariş edib mənə bir sürpriz elədi həmin gün. Bilsəm qəti razı olmazdım. Çünki bu bilə-bilə aldadılmaqdır. Amma nə isə... Nə yalan söyləyim normalda bu tərz qəhvələri sevməsəm də dağın başında ləzzət etdi😊. 

   Buralara qışda gəlmək bizə nəsib olarmı bilmirəm. Siz gəlsəniz kanatla çıxdığınız bu yolu xizəklə sürüşərək düşə bilərsiniz. Biz isə elə çıxdığımız kimi kanatla enərək vidalaşdıq "Şahdağ"la. 

   Bu həftəlik də bu qədər. Növbəti həftə son gəzintimizi anlatan son səyahət yazısı ilə bu mövzuya əlvida deyəcəyik. O vaxta qədər sağ və salamat qalın, canlarım💓.

PS: Telefonumdakı şəkillərin hamısı qeyd etdiyim məkanları tam şəkildə əks etdirmədiyi üçün bəzi şəkilləri internetdən götürəsi oldum.

11 yorum:

  1. Merhaba!Blogunuzu çok beğendim. Bana beklerim :)
    https://benirva.blogspot.com/2018/09/kendimle-yarstm.html

    Sevgilerimle,

    YanıtlaSil
    Yanıtlar
    1. Minnətdaram. Nə demək, ən qısa zamanda ziyarətinizə gələcəm.❤

      Sil
  2. gezmek yeni yerler görmek çok güzel :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çox-çox gözəl doğurdan da. Bir il mənə yetər bu gəzinti.😊

      Sil
  3. offff muhteşem bir yermiiiş :) dağlar özellikleeeen :)

    YanıtlaSil
    Yanıtlar
    1. Hem de nasıl! Bu gəzinti Qubada ən sevdiyim oldu. Başqa bir aləmə gedib qayıtmış kimi hiss etdim. Ah canım vətənim!😊

      Sil
  4. Meni ozunle apardin o Cennet mekan meskene.Vetenimin her yeri gozeldi heqiqeten,indi qurbetde o cur yasilliqlar,gozellikler gormedikce,ne qeder torpaqimiz boyuk nemetdi onu anladim.Gezintide gedeceyim yerler sırasına daxil eledim.

    YanıtlaSil
    Yanıtlar
    1. Can bacım. Bir gün bərabər gəzəcəyimizi xəyal edək artıq. Biriləri ilə gəzmək həmişə daha çox zövq verib mənə.💖

      Sil
  5. Çox təşəkkür edirəm. İlk fürsətdə mən də bloqunuzu ziyarət edəcəm.

    YanıtlaSil
  6. Burası nasıl güzel bir yermiş hayran kaldım

    YanıtlaSil
    Yanıtlar
    1. Bəliii çox gözəldir. Məncə mütləq gəlib ata vətəninizi gəzməlisiniz😊

      Sil