10 Eylül 2018 Pazartesi

Zeliş / Necati Cumalı



🔹️Necati Cumalı
🔹️Türk ədəbiyyatı
🔹️ 256 səhifə
🔹️ Qiymət : 4/5

✔ "...İçleri ışıl ışıl yanan gözbebeklerinden, yüzlerce, binlerce ışıktan kuş, bir anda uçtular Cemal’in gözlerinin içine kondular. Kalabalıktan biri, o anda aradan geçen on günün küçük küçük kaygılarının, umutlarının, hayal kırıklıklarının, artan sabırsızlıklarının hazırladığı, dillendirdiği bu bakışları görseydi, o gece bir daha gözlerini Zeliş’le Cemal’den ayıramazdı.”
   
   Bəzi əsərlərin qoxusu var demişdim. Oxuyarkən burnuna gələn, səni dartıb əsərin içərisindəki məkana sürükləyən qoxu. Bu da yazıçının məharətidir məncə. Təsvirinin, hiss etdirməsinin, əks etdirməsinin nəticəsidir.
   "Zeliş" yay günündə yol kənarında saralıb qurumuş  otların, xırmandakı küləşin, bostandakı pomidorun,  bibərin, payıza dönəndə yağmurla islanmış tozlu, kələ-kötür kənd yolunun, ayaq altında xışıldayan xəzəlin, ağaclarda toplanmağa hazır zeytunların qoxusunu duya-duya bir kənd sevdasına tanıq olduğum, hələ dünyanın kirlənmədiyi sevgilərin saf və məsum yaşandığı bir dövrə səyahət etdiyim bir əsər oldu.
   Burada mürəkkəb və qarışıq hadisələr, intriqalar, müəmmalı, qaranlıq məsələlər yoxdur. Baş verənlər elə kənd insanı kimi sadədir, mənfilik və pisliklər isə sadəcə cahilliyin bir əsəridir.
   Zeliş adlı bir qız var 17 yaşında, kasıb, tütün becərməklə məşğul olaraq yaşamağa çalışan və başları dolanışığa qarışdığı üçün sevgi-məhəbbəti unutmuş cahil ata-ananın  dörd qızından üçüncüsü.
   Bir də Camal var, əsgərlik yaşına gəlmiş Zelişgilin qonşuluğunda yaşayan bir dəliqanlı.
   Yenə sadəcə bir kənddə baş verə biləcək tanış olma səhnəsi... İpini qırıb qaçan bir keçi və əzilmiş bostan... Keçisinin dalınca gedən Zeliş, əzilmiş bostanlarında qızı görüb ilk baxışdan ona aşiq olan Camal... Zeliş də bu hissə biganə deyil təbii ki...
   Zelişi daha imkanlı birinə vermək istəyir atası. Və hadisələr elə bundan sonra başlayır. Zeliş həm ata-anasına, həm onu qaçırmaq istəyən "qoçaqlara", həm də bütün kəndə elə bir dərs verir ki, uzun müddət dillərdən düşmür.
   Oxuduqca kənd havası kimi insanı məst edən, təsvirləri ilə təxəyyülümüzü hərəkətə gətirib, sadə, xalqdan olan obrazlarının bir qisminə qəzəbləndirib, bir qisminə güldürüb, digər qisminə isə sevgi aşılayan, bir az saf sevgidən, bir az yoxsulluqdan, bir az da cəhalətdən bəhs edən bir əsərdir "Zeliş".

   Köhnə ədəbiyyatı sevən biri olaraq bu romanı çox bəyəndim. Necati Cumalının "Tütün zamanı" seriyası şəklində yazdığı romanlardan ilkidir "Zeliş". Sonra "Yağmurlarla topraklar", "Acı tütün" kimi romanlar da var bu seriyaya aid. Digər kitabları da tapıb oxumağı çox  istərdim.

4 yorum:

  1. değerli yazar, kitabı biliyorum ama okumadım, en kısa zamanda okumak dileğiyle :)

    YanıtlaSil
    Yanıtlar
    1. Oxuyun, əminəm siz də bəyənəcəksiniz.😊❤

      Sil
  2. Yazarın kitaplarını daha önce hiç okumadım. Bu kitabı aklımda olmuş oldu. Teşekkürler. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Xüsusən, indiki qarışıq və xaos içindəki postmodern ədəbiyyat nümunələrinin yanında çox sadə, oxuduqca "kafa dinlendiren" kitablardandır məncə😊. Oxuduqdan sonra sizin yorumunuz maraqlıdır mənim üçün.❤

      Sil