30 Mart 2020 Pazartesi

Hər aya 1 Kitab, 1 Film



   Bu ayın oxuma və izləmə siyahısındakı hər iki bəndə üstəgəl qoymağın sevincini yaşayıram. Məlum  karantina, #evdeqal xəbərdarlığını dünyanın sonu imiş kimi qarşılamaq yerinə, bol film izləyib, kitab oxumaqla bu bir daha ələ keçməyəcək fürsəti dəyərləndirənlərdən biri olaraq, bir an öncə bu bəlanın qalxması üçün dualarla yanaşı, gündəlik həyatımızı da bu aktivitələrlə rəngləndirməyə çalışıram.

Nə isə...Çox uzatmadan keçək yorumlara.

Mart ayı:

▪️ Kitab : Jose Saramago  "Bilinmeyen adanın öyküsü"
▪️ Film : "The Truman show"


Jose Saramago / Bilinmeyen adanın öyküsü


✔ Kendinden dışarı çıkıp kendine bakmadıkça kim olduğunu asla bilemezsin.

   Bu ayın əvvəlindən oxuduğum kitab qalın və dərin olduğundan (bir o qədər də mükəmməl😍(Martin İden)) bitirə bilməyəcəyimi, ayı bir kitabla başa vuracağımı düşündüm. Amma məlum karantina mənə bu baxımdan kömək oldu və həm etkinlikdə yer alan, həm də başqa bir kitabı da oxuyaraq, aya 3 kitab hədəfimi yenə yaxalamış oldum. 
Bunun digər səbəbi də kitabın çox qısa və axıcı olması oldu. Nağıl dadında, heç yorulmadan 1 saata oxunacaq kitabdır "Bilinmeyen adanın öyküsü". 
Amma bu qısacıq hekayədə nələr yoxdur ki... Mətnaltı o qədər mənalar vardı ki... Yazıçı sadə cümlələrin arasına söyləmək istədiklərini çox diqqətli bir şəkildə səpələyib sanki...

Bir adamın gəmi ilə bilinməyən bir adanı tapmaq xəyalı ilə başlayır hər şey... İnadla istədiyi gəmini alan adam üstəlik, bir yoldaş da qazanır özünə... Artıq gəmisi var, bilinməyən adanı tapmaq üçün yola düşsünmü? Yoxsa, axtardığı o bilinməzliyi artıq tapmışmı sayılır?.. Özümüzə kənardan bir baxış, özümüzü kəşf etməyin hekayəsimi bu? Yoxsa axtardığımız eşqmi o bilinməzlik? Adam səyahət rüyalarına dalarkən, oyandığında yanında ona həyat yoldaşlığını edəcək qadının gerçəkliyi ilə üz-üzə qalır... Hekayə "Öğlene doğru, cezirle birlikte, Bilinmeyen Ada nihayet denize açılmış, kendini aramak amacıyla" cümləsi ilə
bitərkən əslində yazıçı mövzunun əsl anlamını da açıqlamış olur.
  
Amma, məncə, oxuyan hər kəs özünün  bilinməz, əlçatmaz xəyallarını qoya bilər o adanın yerinə... Və seçim sizin... Ya hər şeyi gözə alıb o bilinməzliyə doğru yol alacaq, ya da həyatın şərtləri ilə razılaşıb, eyni həyatı yaşamağa davam edəcəksiniz... 

SEÇDİKLƏRİM:

✔ İşte kader hep böyle davranır bizlere, hemen arkamızdadır, omzumuza dokunmak içini elini çoktan ileri doğru uzatmıştır, bizlerse hâlâ, Geçti gitti, gösteri bitti, yine aynı hikâye, diye homurdanıp dururuz.

✔ Kim olduğunu bilmiyorsan kendin olabilmen mümkün değildir. 

✔ Beğenmek, sahip olmanın en iyi şekli, sahip olmaksa beğenmenin en kötü şekli olsa gerek.


Film : The Truman Show


   Filmi, əlbəttə ki, daha əvvəl izləmişdim. Amma təkrar izləmək istədim. Çünki çox sevmişdim. 


   Film əslində get-gedə sərhəd tanımayan şou-proqramların, ümimilikdə, tv dünyasının təhlükəsindən bizi xəbərdar edərkən, eyni zamanda əslində uzun illər öncə çəkilməsinə baxmayaraq, hal-hazırda bütövlükdə həyatımızı nəzarət altına almış sosial şəbəkələrin qorxuncluğunu əks etdirdiyini də söyləyə bilərik. 


   Truman sadə və normal bir həyat yaşadığını zənn edən bir vətəndaşdır. Hər gün səhər oyanır, qəlyanaltı edir, qapının önündə qonşuları ilə salamlaşır, yolda dönüb köşkdən jurnal alır və iş yerinin önündə ekiz kişilərlə qarşılaşır və s. Bəli bütün bunları hər gün eynisilə yaşayır. Lakin bir gün (ölmüş atasını küçədə gördükdən sonra) doğru bir həyat yaşamadığını hiss etməyə başlayır və saxta kimliyini ortaya çıxarmaq, gerçək mənliyini tapmaq duyğusu get-gedə güc gəlməyə başlayır. Onu saran bu möhkəm zəncirdən qurtuluş kimi Fiji adalarına getməyi hədəf qoyur özünə. Bəs gedə biləcəkmi? Hələ də izləmədinizsə özünüz baxın görün.😊❤ 

   Bu ayın kitab və filmi arasında maraqlı bir bağ var. Hər ikisinin qəhrəmanı özünü tapmaq üçün, başqa bir dünyaya açılmaq, yeni bir adaya qədəm qoymaq düşüncəsindədir. Özünü tapmaq, tanımaq, bilmək son illərdə zehnimi qurcalayan ən böyük məsələlərdən olduğuna görə mən hər ikisini çox bəyəndim.

   Siz də oxuyun, izləyin, fikirlərinizi bizimlə də bölüşün.🤗

   Bu etkinliyi həyata keçirən bloqdaşlarıma təkrar təşəkkür edərək onların da yorumlarını oxumaq  isətəyərsiniz bəlkə deyə linklərini aşağıya qoyub sağollaşıram sizinlə. ⬇️ ❤

Mor Düşler Kitaplığı

13 yorum:

  1. Truman en sevdiğim filmlerden :)

    YanıtlaSil
    Yanıtlar
    1. Uzun iller önce baxdığımda çox anlamamışdım evvelinde. Sonlara doğru yavaş-yavaş aydın olmuşdu mene. Demek ki, yaşımın az olduğu ve tv-nin bu qeder heyatımıza girmediyi zamanlar imiş. Ona göre beynim alqılamamışdı evvel. Sonra bu qeyri-adi ssenari çox teeccüblendirmişdi ve sevmişdim.😊❤

      Sil
  2. Truman Show, en en sevdiklerim biri.*-* Benim de tekrar izleyesim geldi görünce. ^-^

    YanıtlaSil
    Yanıtlar
    1. Bu günlerde tekrar izlemek olar mence de. Ne de olsa zamanımız bol.😊❤

      Sil
  3. Çok iyi düşünmüşsünüz karantinada film kitap dışında vakit zor geçiyor.

    YanıtlaSil
    Yanıtlar
    1. Eledir. Gündüzleri kitab, geceleri dizi, filmle keçiririk bu günleri. Mence yaxşı fürsetdir eslinde.🤗

      Sil
  4. İkisini de beğenmiş olman çok sevindirdi beni çünkü geçen ay hepimiz kitap yüzünde bir tık hayal kırıklığına uğramıştık. Bu ay güzeldi her şey çok şükür :) Katıldığın için çok teşekkür ederizz yorumunu okumak çok keyifliydi :)

    YanıtlaSil
    Yanıtlar
    1. Tekrar men teşekkür edirem, bele bir vesileyle bizi de yeni kitab ve filmlerle tanış etdiyinize göre. ❤❤

      Sil
  5. Filmi əvvəldən izləmisdim kitabi isə sənin rəyin vasitəsi ilə oxumağa qərar verdim. Və oxudum bitti, sonu bir az havada qalib sanki amma ümumi götürəndə çox bəyəndim və tez zamanda bitti. Gözəl rəylərin üçün təşəkkürlər

    YanıtlaSil
    Yanıtlar
    1. Çox sağ ol birdenem. Sonunu oxucunun xeyal gücüne buraxıb belke de.😊❤

      Sil
  6. İnstagramda yazmıştım ama buradan da yazayım. :)
    Bize katıldığınız için teşekkürler ♥

    YanıtlaSil
  7. Bilinmeyen adanın öyküsü kitabını bir blogda daha gördüm, epey övmüştü. Merak uyandırdı, elimdeki kitap bitince alacağım.

    YanıtlaSil