9 Mart 2020 Pazartesi

Sözüm var sənə...



   Bütün ömrüm boyu yolunu gözlədim... Hər qəlbimə bir addım yaxın düşəni sən zənn etdim. Və hər səni tapdığımı düşündüyüm məqamda bir bahar coşğusu oyandı qəlbimdə... Bitdi düşündüm... Artıq o var yanımda... Dərdimə dərddaş, sirrimə sirdaş, sevincimə yoldaş... Sonra yenə yalnış seçim, yenə aldanmışlıq...

   Ən ağırı da özünün-özünü aldatdığını anlaman... Layiq olmadığını bilə-bilə baha dəyər biçmən... Qəlbində digərlərini yana sıxışdırıb onun yerini genişlətmən... Onun sən olduğuna özünü inandırman...  Sən olmadın, qısacası... Sən olmadın... 
 
   Bilirsənmi o coşğunun sönməsi nə qədər acı olur... Bu yenə bitmək bilməyən zaman döngüsündə səbir platformasında gözünü gələcək  qatarın yollarına dikmək deməkdir... Bu dəfə o qatarın içində gözlədiyinin gələcəyinə özünü inandırmaq deməkdir... 

   Dörd yanımda xəyallarımın qırıqları... Hara dönsəm batır, canımı ağrıdır... Bir ara toplayım gərək... Yeni biri qırılmadan... Yoxsa hərəkət də edə bilməyəcəm...

   Ürəyim qanayır anlayırsanmı? İçinə yığılmış, sənə anlatacağım günləri gözləyən duyğular sığmır artıq ora... Bir də sən zənn etdiklərimin məzarları... Çatlayıb divarları... Ürəyim qanayır...

   Anlaşılmaq bu qədər çətinmi?! Bəs hiss edilmək? Mənim duyğularımmı anlaşılmayacaq qədər dərindir, yoxsa qarşıma çıxanlarmı anlamayacaq qədər dayaz?! Bir ömür... Bircəciyidəmi anlamadı? Duymadı?
  - Duymadı. Bircəciyi də duymadı. Çünkü onlar sən deyildin. Kəpənək ömrü yaşayan dostluqlardı. Onlar sən deyildin...

   Düşüncə yalnızlığından, duyğu tənhalığından yorulan dostum,  ruh ekizim buralardayam. Görüşmək nəsib olacaqmı bilmirəm. Əslində başqalarına aldanmasam yolunu gözləmək də başqa bir gözəllik, lakin, aldanınca ağır olur bir az, bilirsən. Gec oldu, gəlişin uzun çəkdi... Günlər keçir, ömür bitir... Bitmədən bir görüşsək? 

   Çünki ölənə yas tutmaqdan çox yoruldum mən...

   Çünki içimə atmaq, özümlə danışmaq istəmirəm yenə ... 

Gəl də, həyəcanlarıma ortaq ol artıq ...
 
 Gəl ki, sənə anlatacaq çox şeyim var...









6 yorum:

  1. Bu yazı çok güzel olmuş, duygu yüklü olsa da. :')
    Yüreğine sağlık sevgili Umman!

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Bəyənmənə çox sevindim canım bloqdaşım.❤🌹😘😘

      Sil
  2. bamteli var ya, bamteli... ona toxundu.

    YanıtlaSil
    Yanıtlar
    1. Cann... Aynı dertten muzdariplik işte... 😔

      Sil
  3. Anan ürəyinə qurban!!

    YanıtlaSil