29 Kasım 2020 Pazar

Həyatın öyrətdikləri 🌟

   


   Hər kəsin həyatı fərqlidir. Çünki hər kəsin daxili aləmi fərqlidir. Bəziləri sərtdir. Həyatdakı mövqeyi də buna uyğundur. Ətrafındakılar daxildə sevmir bəlkə, amma hörmətlə yanaşmağa məcbur hiss edir özünü. 

   Bəzisi yumşaq xarakterlidir. Qəlb qırmaq istəmir, davranışında, münasibətlərində ehtiyatlıdır. Ətrafdakılar bəlkə də sevir onu, amma  hörmətdə qüsur edə bilirlər. Arxayındırlar ondan zərər gəlməyəcəyinə. 

   Nə yaman bir ziddiyyətdir bu, deyilmi?! 

   Deməli, orta yolda olmaqdır ən doğrusu. Nə sərt, kobud olub qəlb qıracaqsan, nə də nəzakət xatirinə sənin qəlbini qırmalarına imkan verəcəksən. Bu yolu tuta bilmək hər iki xarakter üçün əlbəttə ki, o qədər də asan deyil. Amma alışqanlıqlarımız xarakterimizə yön verdiyinə görə yoxlamağa dəyər. 

Hiç yorum yok:

Yorum Gönder