27 Kasım 2020 Cuma

Hər Aya 1 Kitab, 1 Film



   Bir gün həyatıma boylanıb baxdığımda çox mütəəsir olduğum bir şeyi kəşf etdim. Bir çox şeyi yarım qoyduğumun fərqinə vardım. Bunların hamısı iradəm daxilində olan şeylər deyildi. Bəs nə ilə əlaqədardır bütün bu yarıda qalmalar, tam olaraq nələri yarım qoymuşam, bir yazımda genişcə toxunacağam yəqin ki, bunlara. Bu yarıda qalma məsələsini kəşf etdikdən sonra özümə əlimdən gəldiyi qədər heç bir şeyi yarım qoymayacağıma dair söz verdim. 

   Odur ki, bu il bloqdaşlarım tərəfindən başladılan və il boyu sadəcə bir ay qatıla bilmədiyim "Hər aya bir kitab, bir film" etkinliyinə davam etməyi düşünürəm. 

   Mən sentyabrda da ayın kitabını oxuyub, filmini izləmişdim. Amma ayın 27-si başlayan  müharibə ilə biz tamam başqa məsələlərə fokslandığımız üçün həmin ayın kitab və film yorumunu da paylaşmaq qismət olmamışdı. Vətənimdə hər şeydən önəmli olan "Ana Vətən" müharibəsi gedən bir dövrdə, yəni oktyabrda isə ümumiyyətlə etkinliyə qatıla bilmədim. Lakin gec də olsa sentyabr ayını indi yayımlamaq istədim. Ay bitməmiş imkan olsa noyabrı da yayımlayacağam çox güman ki. 

Sentyabr ayı

◾Kitab: Hasan Ali Toptaş / Bin Hüzünlü Haz (əslində eyni müəllifdən başqa bir kitab idi, mən bunu tapdım)

◾Film : Bizim İçin Şampiyon


Hasan Ali Toptaş / Bin Hüzünlü Haz



✔"Hayat nedir diye sorarsan, bilmiyorum evlat," der emin bir sesle, "sormazsan, biliyorum..."

   Bu kitab haqqında heç nə yaza bilməyəcəm. Sadəcə onu deyim ki, oxucuya sən hələ olmamısan, get hələ çox oxumalısan bu cümlələri anlaya, qavraya bilmək üçün. Hələ  həyatın bilmədiyin, çözmədiyin çox sirləri var, hələ söz aləmində mənasını tam olaraq anlamadığın çox ifadələr var. Oxu, çox oxu ki, bir gün açıb sətirlərimdə göz gəzdirdiyində məni də anlayasan. 

   Bəli, tam da bunu dedi mənə kitab. İlk oxuduğumda sadəcə sözlər uçuşdu ətrafımda, bir xəyal dünyasının bulanıq görüntüləri içərisində hiss etdim özümü. Ha boylansam da bir şeylər görə bilsəm də nə olduğunun fərqinə vara bilmirdim sanki. Cümlələr  durmadan sel kimi axaraq alıb məni ağuşuna apardı.Amma bitirdim, əlimdə qalan - heç nə... Sonra ikinci dəfə oxudum. Bir şeylər ancaq bu zaman aydın olmağa başladı. Amma sadəcə duyğularım anladı, kitabdan danış desəniz yenə heç nə deyə bilməyəcəm. Qısacası, deməyim odur ki, əziz oxucu Hasan Ali Toptaş qələmi bambaşqa bir aləmdir. Və məni bu aləmlə tanış etdiyinə görə bloqdaşlarıma minnətdaram.❤


Seçdiklərim: 

✔Oysa, uzun süredir buralarda kimse kimseyi tanımıyor artık. Yalnızca, tanıyormuş gibi yapıyor...


✔Bu, insanoğlunun baştan beri kurtulamadığı ve sonsuza dek de asla kurtulamayacağı, tuhaf bir yazgıymış zaten; önce ne yapıp edip bin bir güçlükle, kıvrana kıvrana yaratır, sonra yaratma sevinci gibi gözüken hazin bir teslimiyetle yarattığının kulu kölesi olur, ardından da ille onu ellerimin arasında tutacağım, ya da içinden bir daha, bir daha doğacağım diye, kendini hırpalaya hırpalaya helak olur gidermiş...


✔...gecekondu semtlerinden koparılmış ürkek çiçeklere benzeyen genç kızların hikâyelerini görebildiğim halde; hayallerini elektrikli süpürgelerin gürültülerinde öğütüp öğütüp toz torbalarıyla birlikte her gün çöpe boşaltan donuk bakışlı kadınların, tatlı dilli kafes kuşlarıyla, güler yüzlü çiçeklerle ve çeşit çeşit alışveriş manzaralarıyla süslü hikâyelerini göremiyordum sözgelimi.


 Bizim için Şampiyon


   Filmin fragmanlarını, reklamını çox görmüşdüm, amma sırf at yarışı ilə əlaqədar bir film olduğunu düşündüyüm üçün, açığı, izləmə həvəsim olmamışdı. Bu ayın filmi olaraq bunu seçdikləri üçün bir izləyim dedim. Sən demə hekayəsi bir at yarışından çox daha dəyərli bir həyat hekayəsinə dayanırmış. Əzmin, ümidin, inamın, sevgi və onun gücünün, mücadilənin hekayəsidir bu. Çox bəyəndim.


Hiç yorum yok:

Yorum Gönder