3 Ocak 2016 Pazar

Payızdan qalma qış...



               




       Bayramla əlaqədar yoldaş və uşaqlara bir həftə tətil idi. Biz də bu fürsəti əldən verməyib şələ-şüləmizi toplayıb kəndə qaçdıq.Bura uşaqlar üçün dünyanın ən əyləncəli yeridir. Sonbeşiyim, 8 aylıq körpəm belə daha şən, daha səsli-küylü olur nədənsə burda.
       Kənddə ən böyük yenilik qaz sisteminin çəkilməsi və bununla da həm istilik, həm də insafsızca ağac kəsimi probleminin aradan qaldırılmasıdır.Hər dəfə sobaya atılan odun parçası seyrəkləşən meşələrimizi xatırladaraq məni narahat edirdi doğrusu. Sadəcə budur məni qaz çəkilməsinə sevindirən.Yoxsa gecələri çatır-çatır yanıb, zərif işığı ilə romantik hava yaradan, bütün paltarlarımıza his iyi hopduran odun sobalarının yeri bir başqa idi təbii ki... Elə məhz həmin his iyi kənd ab-havası idi məncə.Amma neyləməli...Yenilikləri də qəbul etməliyik. Biz bu gözəllikdən məhrum qalsaq da olar.Varsın meşələrimiz yaşasın...

      Kənddə bir-iki yerə gəzməyə də getdik. Həm getdiyimiz yerlərdə, həm öz bağımızda telefonumun kamerasından yan qaça bilməyən qış gəlsə də payızdan qalma mənzərələrin fotolarını paylaşmaq istəyirəm sizlərlə.Ümid edirəm ki, Rəbbimin yaratdığı bu əvəzsiz gözəlliklərə baxan hər bir kəsə zövq verərək qiyabən də olsa kənd gəzintisi yaşadar fotolarım :)



Payızın nisgilli havası dağların mənzərəsini bir az da gözəlləşdirib məncə...


Ocaq üstündə bişən plovun ləzzətini varın siz düşünün...Vallah nə varsa kənddə var...




Çay kənarındakı bu tənha ağac nədənsə yaşıdlarının bir çoxunu əbəbədiyyətə yola salmış, həyatının son günlərində böyük bir səbirlə onlara qovuşacağı günü gözləyən yaşlıları xatırlatdı mənə...


Cəmi bir həftədir balaca dünyalarını qırıb böyük dünyaya göz açmış, uşaqların bir an rahat buraxmadıqları sarı cübbüşlər :) Bu qədər şirinlikimi olar ?!



Körpuləri həmişə sevmişəm.Mənə iki ayrı aləmləri qovuşduran əfsanəvi qəhraman kimi gəliblər hər zaman...Ya da fərqli dünyalara götürən sehirli vasitə...Sizcə də elə görünmürmü?


Yanındakı portağal ağacının yarpaqlarındakı vəfanı görüb tökülən yarpaqlarından incimiş, etiraz olaraq meyvələrini də fəda etməyə qərar vermiş heyva ağacı...


Bu da körpünün bizi apardığı nağıllar dünyası :)


Görəsən hayana uzanır yollar..



Müvəqqəti olaraq bütün gözəlliklərini torpağın bağrına əmanət etmiş, lakin füsünkarlığından zərrəcə bir şey itirməmiş ağacların bəzədiyi təpələr...


Yarpaqlarını israrla qoruyub, qürurla öz gözəlliklərinin sudakı əksinə tamaşa edən şamlar...


Bu evdə yaşamaq istəməzmi insan?!

Bu yazımız da bu qədər.Ümid edirəm ki, xoşunuza gəldi rəsimlər. Növbəti yazımda görüşmək diləyilə... Sevgilər...






8 yorum:

  1. Ahh ,nece ozledim bir bilsenn.eslinde inkişaf getdikce,dovr müasirleşdikce dogal olan her şeyden uzaqlaşırıq ve cox teessüf ki,bizden sonra gelen nesil o gözellikleri yaşaya bilmeyecek.o odun sobasından gelen çıtırtılar,his qoxan üst başımız ,soyuq havalarda üstünde hemişe çayımızın isti şekilde hazır olması,peçin üstünde qovurdugumız kabak çekirdekleri...

    YanıtlaSil
  2. Çox doğrudur. Dünya inkişaf etdikcə həyat bəsitləşir, dayazlaşır...

    YanıtlaSil
  3. ne güzel bir paylaşım valla içim açıldı sağol beni nerelere götürdün.

    YanıtlaSil
    Yanıtlar
    1. Təbiət hamımızın ilham qaynağımız... Və incə zövqləri olanlardır sadəcə təbiətin vurğunu...Sevgilər.

      Sil
  4. Resimler süper yeşili özledik.

    YanıtlaSil
    Yanıtlar
    1. Ahh bir də professional fotoaparatım olsa :( Telefonla bu qədər olur. Bəyəndiyinizə çoox sevindim.

      Sil
  5. Köyünüz ne kadar güzelmiş bayıldım 😊. Fotoğraflar çok güzel gerçekten emeğinize sağlık Umman. Sevgilerimle ❤

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox təşəkkür edirəm. Mən də ara-sıra açıb baxıram şəkillərə. Hər dəfəsində də fərqli duyğular yaşayıram.Ziyarətiniz üçün təşəkkürlər.

      Sil