12 Ocak 2017 Perşembe

Sözəbaxan uşaqlar böyütmək üçün

                             
     Yazıya keçmədən öncə məni bu mövzuda yazmağa sövq edən səbəblərdən bəhs etmək istəyirəm. Açığı çox sevdiyim bir yaxınım məndən belə bir yazı yazmağımı istəyəndə gülmüşdüm. Çünki heç vaxt özümü uşaq tərbiyəsilə bağlı məsləhət verəbiləcək bir mövqedə görməmişəm. Hətta  yaxşı ana olmadığımı düşünüb məyus olduğum, düzgün tərbiyə verə bilirəmmi deyə həyəcan keçirib ağladığım  zamanlarım çox olub.
      Bizim uşaqları isə həmişə Allahın lütfü olaraq görmüşəm. Çünki körpəlikdə bir çox valideynlərin çəkdiyi yuxususluq, ağlağanlıq, köp problemi, böyüdükcə aqressivlik, oyuncaqlarını paylaşmamaq və s. kimi problemləri yaşatmayıblar mənə çox şükür. Nisbətən böyüdükdən sonra da əslində mənim nəzərimdə nadinc olan uşaqlar ətrafda hər kəs: qonum-qonşu, qohum-əqraba tərəfindən təriflənən, çox ağıllı olduqları söylənilən uşaq oldular. Bu məni sevindirdiyi qədər təəccübləndirir də. Hələ üstəlik sən necə edirsən ki, uşaqlar belə ağıllıdırlar deyə sual veriləndə lap çaşıram. Çünki açığı təbii ki, əməl etməyə çalışdığım bir sıra  tərbiyə üsulları olsa da ciddi şəkildə hər hansı bir üsulu özümə etalon etməmişəm. Hal belə olunca məndə maraq yarandı. Doğurdan görəsən necə olur ki, bizimkilər bizdən başqa hamının dediyinə görə  ağıllı uşaq olublar :) (bir də aralarında dalaşmasalar kaş ki)         
     Buna görə bir az araşdırma etdim, bəzi uşaq psixoloqlarının yazılarını oxudum. Və beləcə bəzi şeylər mənə aydın oldu. Bu yazıda sözəbaxan uşaqlar böyütmək üçün mənim bilərək və ya bilməyərək etdiyim və psixoloqların məsləhət gördüyü bir sıra məqamları maddələr şəklində açıqlayacam. İnşallah ehtiyac duyan və oxuyanlara faydası olar deyə ümid edirəm.


1. Tərbiyəyə hamiləlikdən başlayın.
Bu psixoloqların qeyd etmədiyi lakin mənim üçün ən birinci və ən önəmli maddədir. Ətrafda və özümdə etdiyim müşahidələrdən belə qəti qənaətə gəlmişəm ki, əgər sakit, rahat, əsəbsiz və stressiz bir hamiləlik keçirmisinizsə dünyaya gələn övladınızda ciddi bir sağlıq problemi yoxdursa sakit, sevgi dolu və sözəbaxan olur. Hamiləlik boyunca özünüzü hər cür neqativ düşüncələrdən qoruyun. Həyata, insanlara, hər şeyə pozitiv baxın. Təbii ki, burda qadından çox ətrafdakılara iş düşür. Kaş ki, hər kəs bunun nə qədər önəmli olduğunun fərqinə varıb, bir neçə ay namizəd ananın nazını çəkməyə, onun əsəblərini qorumağa çalışsa...
2. Övladınıza güvən hissini aşılayın.
Dünyaya gəldiyi andan etibarən onun hər ehtiyac duyduğunda yanında olun. Bolca qucaqlayın, öpün. Yedirərkən göz təması qurun. Xoş sözlərlə, üzünüzdəki sevgi dolu gülümsəmə ilə onu nə qədər çox sevdiyinizi hiss etdirin. Xüsusən yıxılanda bir yeri harasa dəyib ağrıyanda qucağınıza alıb sakitləşənəcən yerə qoymayın. Mümkün qədər övladınıza nəzakətli davranın. Ona dəyər verdiyinizi hiss etdirin. Beləliklə övladınızda sizə qarşı güvən hissi oyanacaq və özünü güvəndə hiss edən bir uşaq aqressivlikdən uzaq və  sakit olaraq böyüyəcəkdir.

                           
3. Sevərkən ərköyünləşdirməyin.
Bəzən övladımızı o qədər çox sevirik ki, onun səhvlərinə göz yummağı bacarır, cəzalandırmağa qıymırıq. 1-2 dəfə yalnış hərəktələrinə reaksiya verilmədiyini görən bir uşağa sonradan doğruları başa salıb, səhvini izah etmək əməlli-başlı müşkül bir məsələyə dönür. Bu işdə duyğularınızı qətiyyən işə qarışdırmayın. İlk öncə xəbərdarlıq olunan lakin israrla eyni yalnış hərəkəti edən uşağa heç güzəştə getmədən yaşına uyğun bir cəza verin. Bu şəkildə qarşılıq görən bir uşaq etdiyi yalnışın fərqinə varacaq və onu düzəltməyə çalışacaq. Amma burda da önəmli bir nöqtə var. Hər xırda səhvini də övladınıza irad tutmayın. Çox zərərli və ya uyğun olmayan bir hərəkət etmədikcə onu cəzalandırmağa çalışmayın. Belə olduqda sözlərinizin və tutduğunuz iradın da bir dəyəri olacaq onun üçün.

4. Övladınıza yaşına uyğun məsuliyyətlər yükləyin.
Məsələn yeni yeriməyə başlamış övladınız evdəki pilləkənlərdən özü çıxıb-düşmək istədikdə buna izin verin, yerə düşmüş oyuncağını özü götürmək istədikdə mane olmayın . 2 yaşında bir uşaq oyuncaqlarını özü toplamağı, 2-də oxuyan bir uşaq artıq çantasını özü yığmağı, paltarlarını özü geyinməyi, soyunduqlarını qatlayıb yerləşdirməyi, böyüdükcə yatağını toplamağı, özünə çay süzməyi, süfrə hazırlamaqda sizə kömək etməyi bacarmalıdır. Uşaqlara öz işlərini görməyə imkan verdikcə onlarda həm özünə inamı təlqin etmiş, həm  qabiliyyətlərini ortaya çıxarmağa imkan yaratmış, həm də yığışdırmağın, iş görməyin heç də asan olmadığını göstərib onların səliqəli olmasına səbəb yaratmış olursunuz.
                                

5. Uşaqları danlaq və tənqidlə laqeydləşdirməyin.
Tez-tez danlanan, bir çox hərəkəti tənqid olunan uşaq müsbətə doğru dəyişmək üçün hər hansı bir təşəbbüsdə olmur. Çünki bu hal ilk növbədə onda özünə inamı qırmış, ikincisi isə söylənilənlərə qarşı laqeydləşdirmişdir. Həmişə demişəm az söz dəyərlidir. Övladınızda gördüyünüz səhvləri onu qırmadan, bir şəxsiyyət kimi qəbul edərək hərdən bir münasib bir dillə başa salsanız onun bu səhvi qısa bir zamanda necə ortadan qaldıracağının da şahidi olacaqsınız.

6. Övladınızı dinləyin.
Bəzən iş-güc necə başımızı qatırsa yanımızda dayanıb dəqiqələrlə danışan balamızın hansı mövzudan bəhs etdiyinin fərqində olmuruq belə. Fikrimiz başqa yerdə hərdən "hə-hə" deyib qulaq asırmışıq kimi göstərməyə çalışırıq özümüzü ( məndə çox olur:( ). Lakin uşağın anlatdıqlarına ürəyimiz sıxılsa belə maraqla qulaq asıb, reaksiya verməyin nə qədər önəmli olduğunu qeyd etməyə ehtiyac yoxdur hər halda. Danışdıqlarına onunla birlikdə gülüb, onunla birlikdə kədərləndikdə uşağa verdiyiniz dəyəri göstərmiş olursunuz. Hər gün axşam bağçada və ya məktəbdə keçirdiyi günü danışdırın övladınıza (bizdə bu işə ataları baxır:) ). Bununla həm ona özünü ifadə etmək bacarığını, həm də sizin danışıqlarınıza da eyni təmkinlə qulaq asmaq xüsusiyyətini aşılamış olursunuz.

                               
7. Övladınızı mükafatlandırın.
Hər kiçik xoş əməlinə görə uşağı mükafatlandırmaqdan çəkinməyin. Mükafatlandırmaq yalnız maddi mənada - hər hansı bir hədiyə almaq deyil. Övladınıza sarılıb təşəkkür etmək, onun məhz sizin övladınız olduğu üçün nə qədər xoşbəxt olduğunuzu və bunun üçün hər gün nə qədər çox şükür etdiyinizi söyləməniz uşaq üçün ən dəyərli mükafatdır. Çəkdiyi rəsmi, yazdığı şeiri, hekayəni, sizin üçün etdiyi sürprizləri mütləq dəyərləndirin. Övladınızın nəzakət və həssasiyyətini artırmış olarsınız beləcə.
     Qısacası, övladınızı sevin, amma, ərköyünləşdirməyin, ona dəyərli olduğunu hiss etdirin, lakin, səhvlərini başa salmaqdan, yeri gəldikdə cəzalandırmaqdan çəkinməyin. Bir sözlə - həyatda Rəbbimizin bizdən istədiyi bir çox şey kimi orta yolda olun. Belə etdiyiniz  təqdirdə sevgi və dəyər görən, yalnışları sakitcə başa salınan bir uşaq niyə aqressiv olsun ki? Niyə sözə baxmasın ki? Unutmayın bunlar tətbiq olunmuş və nəticəsi bəlli olan üsullardır :)) 
Sevgilər...

21 yorum:

  1. Başarılı ve öğretici yazınız için tebrikler..:)

    YanıtlaSil
    Yanıtlar
    1. Sağ olun. Oxuduğunuz üçün təşəkkürlər :)

      Sil
  2. Sen menim dünyada tanıdıgım en gözel,en temkinli,en semimi,en mehriban anasan.ona gore Canlarım çox agıllı,sozebaxan ve hamıya qarşı terbiyeli ve saygılıdılar.MaşaAllah gözel ailenize.Rebbim nezerlerden qorusun💓💓💓

    YanıtlaSil
    Yanıtlar
    1. Oyyy çox sağ ol ay bacı belə gözəl sözlər üçün. Vəə hər yazımı səbirlə oxuyub gözəl şərhlər yazdığın üçün :**

      Sil
  3. Maşallah Allah bağışlasın ve tebrik ediyorum bilinçli bir anne olmanızdan dolayı.

    YanıtlaSil
    Yanıtlar
    1. Əstağfurullah çox təşəkkür edirəm.

      Sil
  4. Gerçekten çok faydalı ve güzel bir yazı olmuş emeğine sağlık

    YanıtlaSil
    Yanıtlar
    1. Faydalı olduysa çox sevindim. Çox sağ olun.

      Sil
  5. bence de sevgi ve güven vermek olmalııı :)

    YanıtlaSil
    Yanıtlar
    1. Deyilmi?! Sevgiylə böyüyüb özünü güvəndə hiss edən bir uşağın gələcəyi də parlaqdır mütləq.

      Sil
  6. Ayy emeğinize sağlıkk.... harika bir yazı olmuşşş :) sevgilerrr

    YanıtlaSil
    Yanıtlar
    1. Bəyəndiyinizə çox sevindim.Təşəkkürlər.

      Sil
  7. Çocuk yetiştirmek dünyanın en zor mesleği...
    Ne mutlu ki bilinçli anne babaların sayısı gün geçtikçe artıyor.
    Çok güzel ve şefkatli bir yazı olmuş elinize sağlık :)

    YanıtlaSil
    Yanıtlar
    1. Aynen öyle.Ziyaretiniz için çok teşekkür ederim.

      Sil
  8. Bizde bol sevgi, sıfır ceza oldu, şimdi de tepemizden indiremiyoruz uşağı. Geri dönüş zor artık, hayırlısı :)

    YanıtlaSil
    Yanıtlar
    1. :))) Bol sevgi varsa düzələr hər şey heç narahat olmayın. Böyüdükcə verdiyiniz sevgi sizə geri dönəcək inşallah.

      Sil
  9. Canım.bacım.Cox gözel sözler yazmısan( tebii ki bütün yazdıqlarının canlı sübutusun)Senin qeder.sebirli olmasam bu konuda senden alan meslehetlerimle.elimden geleni edirem.Teşekkürler


    YanıtlaSil
  10. Ah keşke hepsini yapabilsek ama olmuyor gerçek yaşamda yorgun oluyorsun,işin oluyor,müdürden fırça yemiş oluyorsun çocuğun nasıl büyüyor fark edemiyorsun bir türlü

    YanıtlaSil
    Yanıtlar
    1. Əlbəttə uşaq böyütmək, onu düzgün tərbiyə etmək çox çətin işdir. Hələ bir də işləyən anasınızsa bu çətinlik iki qat artır. Rəbbim bütün anaların yarsımcısı olsun.

      Sil
  11. Annelik ne güzel, ne özel değil mi? Rabbim dileyen herkese nasip etsin.

    YanıtlaSil
  12. Amin. Hər bir qadının bu gözəl duyğunu dadmağa haqqı var.

    YanıtlaSil