21 Mart 2017 Salı

Bahar bayramınız mübarək!!!


         
Nəhayət ki, həftələrdir hazırlığı görülən Novruz bayramımız gəlib çatdı. Bu bayramı nə qədər çox sevdiyimi təsəvvür edə bilməzsiniz. Uşaqlar böyüdükcə onlara da milli adət-ənənəmizi aşılamaq, bu gözəlliklərin nəsildən-nəsilə ötürülməsini təmin etmək üçün bayrama olan həvəs və marağım da artır.
Hal-hazırda bayramı qeyd etmək üçün Lənkərana uşaqların nənə-babasıgilə gəlmişik. Bütün qohum-əqraba burda yığılacağıq.


Mart ayı başlayan zaman buğdadan səməni göyərdirlər. Bu gün o səməninin ortasına qırmızı lent bağlayıb süfrəyə qoyulur. Əvvəl günlərdən bütün şirniyyatlar hazır olur artıq : şəkərbura, paxlava, badambura, qoğal (şirin), partlama. Bununla yanaşı bayram süfrəsinin bəzəyi qovurğa, çərəzlər, meyvələr öz yerini alırlar. Uşaqların böyük həyəcanla gözlədikləri yumurtalar qaynadılıb, boyanır.  Bu gün axşam və sabah yumurta döyüşü olacaq aralarında. Yumurta döyüşündə iki uşaq əllərindəki yumurtaları bir- biriylə toqquşdurur. Kiminki sınsa cəza olaraq o birinə təzə yumurta verir.
Eyni zamanda axşam papaqatma olacaq. Uşaqlar papaqlarını götürüb qohum-əqrəbanı dolaşırlar. Onların qapısına papaq atıb bayrampayı yığırlar. Hər kəs evində əvvəlcədən uşaqların papaqlarına qoymaq üçün pay ayırır.
Yenə qız-gəlinlər qulaq falına çıxacaq. Gələn ilədək diləklərinin baş tutub-tutmayacağını eşitdikləri sözlərə əsasən yozacaqlar.
      
Bu axşam hamı öz evində, süfrəsinin başında olur. Sabah tezdən isə balacalar böyükləri ziyarət etməyə başlayır. Bizdə qaynatam və qaynanam ailənin ən böyüyü olduqlarından bütün qohum-əqrəba onları ziyarətə gəlir. Səhər tezdən oyanıb ev-eşiyə əl gəzdirib başlayırıq qohumları qəbul etməyə. Hər gələn özüylə bayram payı gətirir. Gedərkən biz də onların qablarını bayram sovqatı ilə doldururuq.
Bir də Novruz bayramının 3 simvolundan bəhs etmək istəyirəm. Bahar qız, kosa və keçəl. Bahar qız adından da bəlli olduğu kimi baharın təmsilcisidir. Novruz günü faytonla təmtəraqlı bir şəkildə bahar qızı qarşılayıb şəhəri gəzdirir xalq. Keçəl qışın, kosa isə isti yazın, yayın təmsilçisidir. Onlar da meydanda gülməli oyunları ilə insanlarda şən əhval-ruhiyyə oyadırlar. Axırda keçəlin ölümü qışın bitməsi kimi qiymətləndirilir.
      
Novruz haqqında yazmaqla bitməz. O qədər maraqlı və çoxlu adətləri var ki... Amma mənim bu bayram günündə vaxt tapıb ancaq bu qədər yazmağım mümkün oldu.
Bir daha bu yazını oxuyan, oxumayan bütün dostlarımın, xalqımın və bütün türk dünyasının bayramı mübarək olsun!



10 yorum:

  1. Ah ne güzel kutlamalar :) Eski adetlerin, gelenek göreneklerin günümüzde devam etmesini çok seviyorum. Daha okurken içim ısındı :)

    YanıtlaSil
    Yanıtlar
    1. :) Hələ bayram təlaşı ilə atladığım və də təəssüf ki, bir qismini unutduğumuz o qədər adətlərimiz var ki. Mən də çox sevirəm qədimdən qalan adət-ənənələri. Kaş ki hamısını yaşada bilsək

      Sil
  2. Ay ne kadar güzel..Bahar bayram gibi doğrudur böyle yayınlar yapalım cıvıl cıvıl olsun her yer biraz icılız ısınsın.

    YanıtlaSil
    Yanıtlar
    1. Eynən söylədiyiniz kimi Novruz bütün insanlara bir canlanma, sevinc bəxş edib gedir. Ona görə çox sevirəm bu bayramı.Təşəkkürlər.

      Sil
  3. Sanada baharımız hayırli uğurlu gelsin insallah nede güzel kutlanıyormuş 😃 ya gelinlere ne demeli.İnsallah Rabbimden istenilen her dualariniz gerçek olur ummancım.Sofrada harika tabi 😊🌼💙💙💙

    YanıtlaSil
    Yanıtlar
    1. İnşallah bu bahar bütün dünyaya uğur gətirsin. Artıq daha gözəl, qorxusuz, şad-xürrəm günlər yaşayaq. Təşəkkürlər canım.

      Sil
  4. İyi bayramlar... Ruhumuzun hep bahar canlılığında kalması dileğiyle...

    YanıtlaSil
    Yanıtlar
    1. Amin aminnn... Bahar kimi cıvıl-cıvıl olsun hər kəs ♡♡♡

      Sil
  5. Sizin de :) İçim açıldı daha bahar gelmeden ;)

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Baharın ismi belə insanın içini isitməyə yetir. Qatı qəlblərə şəfqət, mərhəmət gətirsin bu bahar. Bəlkə dünyamız daha gözəl olar beləcə.Yorum üçün çox təşəkkürlər.

      Sil