7 Mart 2017 Salı

Havada bahar qoxusu var


         
   Bu gün Azərbaycanda üçüncü ilaxır çərşənbəlırindən olan yel (hava) çərşənbəsi qeyd olunur. Ənənəmizə sadiq qalaraq bu çərşənbə haqqında topladığım məlumatları paylaşmaq istəyirəm bloqumda.

   Yel çərşənbəsinə xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə" də deyilir. Bu əslində insanların düşüncəsində yaranışdan etibarən nəfəs alınan havanı təmsil edir.

   Yel çərşənbəsindən başlayaraq artıq havanın şaxı sınır, soyuq küləklərin yerini ilıq mehlər, ilıq yellər alır. İnanca görə, yel çərşənbəsində hava təmizlənir. Bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən ilıq, isti yellər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən külək yelin özünün təzələnməsi kimi də qəbul edilir.

   Yel çərşənbəsi insanların fəaliyyətlərinə və adət - ənənələrində əks olunan fərqliliklərə görə də seçilir. Bu çərşənbə günü də  bütün evlərdə təmizlik işləri aparılır. Xüsusən qadınlarımız, qızlarımız evdə tam mənada təmizliyə riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyirlər. Həmçinin evlərdə hər tərəf silinib, təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə başlanılır.
     
   Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.

   Yel çərşənbəsi ilə bağlı bəzi maraqlı inanclar da var. Məsələn yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edir və Yel babanı çağırırlar. Əgər Yel baba səsi eşidib əssə və söyüdün budaqları torpağa toxunsa, dilək yerinə yetir. Eyni zamanda qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır.

♡ Baharın qoxusunu duyduğumuz yel çərşənbəniz mübarək olsun !!! Ömrünüzdə hər zaman bahar yelləri əssin! ♡


15 yorum:

  1. Benim eşimde Azerbeycan göçmenlerinden. Terekeme deniyormuş sanırım. Kars'a yerleşmiş çok büyük dedeleri.

    Ne kadar güzel adetler varmış. Ev hanımı olsak bizde çarşambayı böyle güzel değerlendirebilirdik fakat çalışınca her şey hafta sonuna sıkıştırılıyor.

    YanıtlaSil
    Yanıtlar
    1. Yaaa çox sevindim. Bilməzmiyim tərəkəmələr də gözəl adətlərə sahibdirlər. Bizdə də təəssüf ki, adətlərin hamısı yerinə yetirilmir. Amma çox maraqlı və bir tarixi olan bu adətləri yaşatmağa çalışmalıyıq məncə. Bu gözəllikdən övladlarımız məhrum qalmasınlar deyə. Çox təşəkkür edirəm ziyarıtiniz və gözəl yorumunuza görə.

      Sil
  2. yazının sonunda "öykü" diyorsa kurgu öykü yazdıklarım. gelcem yine görüşürüüz :)

    YanıtlaSil
  3. Seninle birlikte çok degisik seyler ögreniyorum umman 😃tesekkr ederim.

    Bide röportaj icin bloglar eşleşti görmediysen haber vereym dedim 😃

    YanıtlaSil
    Yanıtlar
    1. Bunu bilmək çox mutlu edir məni. Mən təşəkkür edirəm.
      Görməzmiyim?! Biz xəbərləşdik Məryəm xanımla. Ən qısa zamanda yapacam reportajı. İyi ki varsınız ♡♡

      Sil
  4. Ne kadar huzur veren bir bloğunuz var :) Annesi'nin Prensesi etkinliğinde eşleşmişiz yorumunuzdan görüp hemen geldim :) En kısa sürede mail olarak dönüş yapacağım :) Röportaj için oldukça da heyecanlıyım :) Çok sevgiler <3

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəlib, səfa gətirdiniz:) Vallah mən də çox həyəcanlıyam. İnşallah gözəl bir reportaj olur. ♡♡

      Sil
  5. Yazının sonundaki dileğinize AMİN diyorum.. Dünyanın her yerinde bütün güzel şeyleri, yenilenmeleri kadınlar yapıyor.. yaşasın kadınlar diyorum ben de :) Sevgiler kalpten..

    YanıtlaSil
  6. blogunuzu izlemeye aldım sizide bloguma beklerim

    YanıtlaSil
  7. yel çarşambası ne güzel bir isim buu :)

    YanıtlaSil
  8. :) Elədir. Əslində hava çərşənbəsi deməkdir. Hər dörd ünsürlə bağlıdır ya çərşənbələr. Amma belə adlandırmağı məsləhət biliblər demək ki, dədə-babalarımız :)

    YanıtlaSil
  9. Gene büyük zevkle okudum ellerine sağlık canım:))

    YanıtlaSil