14 Mayıs 2017 Pazar

Uşaqlığıma səfər



    Salam olsun sevgili bloqqer olan və olmayan məni oxuyan hər kəsə. Neçə vaxtdır aranızda ola bilmirəm yazmışdım keçən yazımda. Şükür yaxşı səbəblərə görə vaxtım olmurdu. İnstagramdan təqib edənlər bilirlər bu aralar həm balacamızın ferma konseptli ad gününü keçirdik, həm də xeyli gəzdik :)

        
    Ümumiyyətlə, hər fəsildə şəhərin səs-küyündən ayrılıb təbiəti, necə deyərlər, seyrə çıxmaq lazımdır mütləq. Baxmayaraq ki, həyət evində yaşayırıq 2-3 ağacımız sayəsində fəsillərin dəyişməsininə, hər dəyişimdəki gözəlliyə az-çox şahid oluruq. Lakin yenə də dağları, meşələri, yamacları payızın xəzəlində, qışın qarında, baharın gül-çiçəyində gedib gəzib görmək, yayın istisində bu sərin məkanlara sığınmaq şəxsən mənə enerji mənbəyi olur. Sanki gedib gəzib enerji toplayıb, yenilənmiş olaraq dönürəm geriyə.
 
    Bu dəfə fərqli bir yerə getmək qərarına gəldik. Həm qohum, həm də ailəvi dost olduğumuz və çox sevdiyimiz bir ailə ilə... Həm də hara getsək yaxşıdır?! Mənim vətənim - Füzulinin erməni işğalından azad olunmuş hissəsinə.
 
    Böyük bir həvəslə hazırlaşdığım bu səfərin başlanğıcı bir az məyusedici oldu. Belə ki, səhər uşaqlar yatmış ikən çantaları hazırlayan mən çamadanı düşürmək üçün  pilləkəni hələ hazır olmayan nərdivanala çıxdığım mansartdan nərdivanın sürüşməsi ilə tap deyə aşağıdakı böyük bir gül dibçəyinin üstünə düşməyimmi?! Ayağım dibçəyin kənarına elə zərblə çırpıldı ki, şükür gülə bir şey olmasa da dibçək qırıldı. Qışqırtıma hövlənak oyanan ev xalqı... Buz qoymalar falan... Nə isə... Elə o halda çıxdıq yola... 

    Yol boyunca ayağım şar kimi şişdikcə şişdi... Ağrısı da bir tərəfdən dilxor elədi məni... Amma buna baxmayaraq yolların kənarındakı diz boyu otlar arasındakı sarılı-bəyazlı çəmən çiçəklərinə, yamyaşıl təpələrə baxa-baxa, uzaqda yaxında bu yaşıllığa səpilmiş qoyun-quzuları, atları, inəkləri görən balacamızın sevinc dolu çığırtısına qoşulub deyə-gülə mənzili başa vurduq. 
        
    Torpaqlarını itirənlər üçün salınmış qəsəbədəki nənəmgilin evində qalacaqdıq.
Düşəndə ayağımı yerə basa bilmirdim. Çox üzülürdüm həyətin arxasındakı qurşağa çıxan yoncalığa gedə bilməyəcəm, zəmili təpələrə çıxa bilməyəcəm deyə.  Hər tərəf baharın sehirli əli ilə elə bir gözəlliyə bürünmüşdü ki, cənnətdən bir hissə idi sanki. Bu gözəlliyə baxa-baxa ruhumuz dincəlirdi. Halbuki, biz öz torpaqlarımızda Füzuli şəhərinin özündə yaşayarkən buraların havasını bəyənməz aran, isti yerlər olaraq baxardıq. İndi bu aran torpaqları belə bizə şəhərin beton yığınından sonra nəfəs alınacaq gözəl bir yer  kimi gəlirdi.
        
    Nə isə... Ayağımdan danışırdım axı... Orda baxan kimi "xalq təbibçisi arvadlar" ( :))) ) ayağıma çıxıq diaqnozu qoyub, 1-2 kənd o tərəfdə yaşayan sınıqçıya aparmaq lazım olduğu qərarına gəldilər.

    Doğurdan da "hər şeydə xeyir var" boşuna deyilməyib. Sınıqçı erməni işğalı altında olan torpaqlarımıza yaxın bir kənddə yaşayırmış. Normalda bəlkə də heç vaxt ora getməyə risk etməzdik. Lakin ayağım sayəsində gedib o gözəl torpaqları da görmək nəsib oldu. Sınıqçının evi düz təpənin başında idi. Maşınla təpənin yamacındakı yolda irəlləyərkən aşağıdakı düzlər, çay,  ağacdan çəpərlər, otlayan inəklər, hündür çinarlar bir təbiət mənzərəsini əks etdirən portret kimi gözlərimizin önünə sərilmişdi. Gedərkən deyil də qayıdarkən maşını saxlayıb şəkillər çəkdik bir xeyli.
        
    Aranızda sınıqçıya inanmayan varsa sevimli oxucular artıq inana bilərsiniz. Qadın gözümün qabağında yavaş- yavaş masaj edərək çıxan ayağımı və barmaqlarımı çıq-çıq deyə bir-bir yerinə saldı. Məəttəl qaldım.
    Nəticə - bir gün sonra daha rahat yeriməyə başladım. Beləcə gəzmək arzum da ürəyimdə qalmadı :)

    Səhərisi gün babamın qəbrini ziyarət etmək üçün yenidən yola çıxdıq, erməni işğalından azad edilmiş bir kəndə getdik. Kənddə müharibə və işğalın izləri hələ də dururdu. Yandırılmış, divan qalmış evlər o günlərin kədərini oyatsa, yeni tikilmiş yaraşıqlı evlər bir ümid işığı yandırırdı qəlbimizdə...
        
    Ziyarətdən sonra bir dəmiryolu qırağındakı qanqallıqda can yoldaşımın "bunun nəyini yeyirsiniz" deyən çaşqın baxışları altında xeyli qanqal yedik :) Cənub zonada çox qanqal olmur. Dolayısı ilə onlar bu tikanlı, heyvanın belə yaxın durmadığı bitkinin özəyini necə və nə üçün yediyimizə anlam verə bilmirlər :) Orda söhbət əsnasında belə bir nəticəyə gəldik ki, qanqalın özü deyil damağımızda qoyduğu uşaqlığımızın, öz torpaqlarımızda yaşadığımız günlərin dadıdır onu bizə sevdirən.

    Ordan da bir vaxtlar Füzulinin özündən köçüb sığındığımız qəsəbəsi - Horadizə gedib maşınla bir tur atdıq. Bu qəsəbədə bir vaxtlar biz ilk dəfə bir bina evində yaşamış və burda məktəbə getmişdik. (O məhəllədəki anılarımı Kelebek etkisinə qonaq ikən anlatmışdım. Oxumaq istəsəniz buraya toxunun) Həmin binanın yanına qədər getdik.

    Burda o qədər fərqli duyğular keçdi ki içimdən. Elə bil keçmişə dönüb kənardan uşaqlığımı izləyirəmmiş kimi gəldi mənə. İnsan həyatının bir hissəsinin ( hələ bir də bu qayğısız uşaqlığıdırsa) keçdiyi yerləri hər zaman gördüyündə fərqində olmur. Lakin uzun müddət aradan sonra gördüyündə bütün xatirələrinlə o zamana işınlanırsan sanki. Həmin dövrdəki həyatın, baş vermiş hadisələr canlanır gözünün önündə...

    Hər şey elə dəyişmişdi ki, mən oranın həmin bina olduğuna güclə inandım.Heyif ki, evə qonaq gəlib bizi gözlədiyi üçün çox qala bilmədik. Mən maşından düşüb o məhəlləni gəzmək, əvvəl qaldığımız evdən düz məktəbəcən olan yolla doğru xatırlayırammı deyə yerimək istəyirdim. Xatirəmdə qalmış hər hissəsini görmək istəyirdim. Olmadı. Gələn dəfəyə deyib ayrıldım ordan bir qəlb buruqluğu ilə...

    Horadiz qəsəbəsində işğaldan azad olunduqdan sonra elə bir abadlıq işləri aparılıb ki, kiçik bir avropa şəhərinə dönüb sanki. Çox heyif telefonumin enerjisi bitdiyi üçün şəkillərini çəkə bilmədim.

    Evə dönmədən  o babamgilin bağının arxasındakı gəzməyi arzuladığım yoncalığa, təpəliyə də çıxdım axsıyaraq da olsa :)
           
    İki günlük səfərimizi bitirib günortadan sonra yola düşdük. Yollar sürətlə tükənərkən,  o doğma torpaqlardan ayrılarkən, uşaqlığımdan, xatirələrimdən də ayrılırdım sanki. Qəribə bir hüzünlə bir dahakı səfərə görüşmək diləyilə qəlbimdə səssizcə vidalaşdım Füzulim ilə...

        











21 yorum:

  1. Ne güzel fotoğraflar.O çayırlarda koşasım geldi.Bu güzelliklerden sonra vedalaşmak zor olmuştur herhalde.

    YanıtlaSil
    Yanıtlar
    1. Həm də necə... O çəmənlərdə qaçmağı mən də çox istəyirdim, amma, ayağım imkan vermədi:(

      Sil
  2. aah gençlik :) eline sağlık umman :)sizin oralar pek güzel yahu..

    YanıtlaSil
    Yanıtlar
    1. :) Elədir. Vətənimin hər bucağı cənnət... Sevgilər♡♡

      Sil
  3. Ben de İzmir'de yaşarken İstanbul'a her geldiğimde zamanda yolculuk yapmış gibi hissederdim. Şimdi İstanbul 'da yaşıyorum, artık aynı his kalmadı tabi.

    İnsanın çocukluğunu geçirdiği yerler bambaşka oluyor.

    Manzara büyüleyici, fotoğraflarda kaybolmak istedim.

    Son olarak da ucuz atlatmışsın, geçmiş olsun.

    YanıtlaSil
    Yanıtlar
    1. Çoox təşəkkür edirəm Handan xanım. Nədənsə yazılarımı diqqətlə oxuduğunuzu və nöqtəsinə qədər anladığınızı hiss edirəm yorumlarınızdan. Bu da çooox sevindirir məni. Bol-bol sevgilər :)

      Sil
  4. Canım eline sağlıq. Geçmiş olsun ayağın yaxşı oldu çox şükür. Elbetde her işde bir xeyir var ve men inanıram bir gün gelecek bütün torpaqlarımız bize geri verilecek :)

    YanıtlaSil
    Yanıtlar
    1. Aaahhh inşallah Ulyacım. O günləri həsrətlə gözləyən nənə-babalarımızı yola saldıq əbədi diyarlarına. Rəbbim heç olmasa geridə qalanlara bu səadəti yaşamağı nəsib etsin. Təşəkkürlər canım mənim.

      Sil
  5. Çook gecmis olsun canım.ben inanmiyordum onlara ama :) ne biliyim yinede doktorlara güveniyorum.Ama sana iyi gelmesine sevindim.Ohh gezmis rahatlamissindir ne güzel darisi bana insallah :)💕😘

    YanıtlaSil
    Yanıtlar
    1. Məni ora gedərkən görsəydin kaş ki. Ağır əməliyyata girəcəkmişəm kimi hər kəsdən dua etməsini istəyərək minmişdim maşına :))) Ayağımı sındırıb, məni şikəst qoyacaqlar deyə qorxurdum. Amma hər şey gözümün qabağında oldu. Və inan yerinə salınan ayaq və barmaqlarımın necə rahatlamasını bütün vücudumda hiss etdim.
      Sən gəl bu tərəflərə məm səni gəzdirim canım mənim :)) ♡♡♡

      Sil
  6. Yanıtlar
    1. Təşəkkür edirəm. Bəyənmənizə sevindim.♡

      Sil
  7. Umman neler yaşanmış, kim nasıl üzüntüler çekilmiş oralarda. Topraklarına giderken ayağının çıktığına üzüldüm. Ama sonra düzeldi yazdığında çok ferahladım. Allah yeniden gitmeyi nasip eder inşallah. Güzel yerlermiş. Sen doğayı çok seviyor ve çok şevkle anlatıyorsun. Geçmiş olsun diyor, sevgiyle gözlerinden öpüyorum kızım.

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkürlər Ece ablam. Şükür yaxşıyam indi. Təbiət sevilməzmi?
      Rəbbimizin bizə ən böyük lütflərindəndir baxıb təfəkkür etmək üçün.

      Sil
  8. Geçmiş olsun canım mükemmel yazılarınla aramızda olmandan çok mutluyum inan sevgiler:))

    YanıtlaSil
    Yanıtlar
    1. Minnətdaram Kelebeğim. Mən də sizi tanıdığım üçün çox şanslıyam.♡♡♡

      Sil
  9. ne güzel olmuuuş ama fotolar şahane yaaaa :)

    YanıtlaSil
  10. Canım eline sağlık :) geçmiş olsun

    YanıtlaSil
  11. Ay bu yeşillik alanlar beni benden aldı. Doğayla iç içe yaşamak ne de güzel olur ❤️

    YanıtlaSil
  12. Çok geçmiş olsun Umman Hanımcığım, fotoğraflara bayıldım insana ne kadar huzur veriyor :)

    YanıtlaSil
  13. Geçmiş olsun ayağınız neyse ki iyileşmiş :). Ben de hiç ihtiyaç duymadım ama evet, anında halloluyormuş sorunlu bölge.
    Güzel yerler, güzel fotoğraflar.

    YanıtlaSil