12 Mart 2018 Pazartesi

9.Mim - Məni mən edən sevdiyim şeylər



  
 Ən sevdiyim mövsümün ən sevdiyim ayından salamlayıram sizləri canlar...               
   Bahar gəlib çatdı yurdumuza şükür... Yaşasın günəşli, çiçəkli-böcəkli bahar günləri !!! Novruz bayramını necə böyük həvəslə gözləyirəm anladamam.

   Bir müddətdir bir çox bloqda bir mimlə qarşılaşıram. Doğrusu kimin başlatdığını bilmirəm. Axtarıb tapmağa da bir az tənbəllik etdim. "Məni mən edən sevdiyim şeylər" adlı bu mim yazılarından elə ilkini oxuduqda mən də yazacam dedim.
Çünki mim yazılarındakı suallar doğurdan da çox vaxt bizim durub içimizə yönəlməyə, indiyə qədər özümüzə də etiraf etmədiyimiz, düşünmədiyimiz cavabları verməyə səbəb olur. Mim yazılarını sevdiyimi artıq 2024-cü dəfə  qeyd etdikdən sonra keçirəm sevdiyim şeylərə 😊⬇️

Qəhvə qoxusu...☕


Sobada bişməkdə olan və bütün evi dolduran vanelli keks qoxusu...🍮

Eyni zamanda nərgiz və yasəmən qoxusu...🌼
(Qoxularla işimiz bitdiyinə görə, keçək digərlərinə :))

Südlü qəhvəmi qurtum-qurtum içərkən kitab oxumaq və ya  pəncərədən çölü seyr etmək...🍵

Browni,kakaolu islaq keks,bitter şokolad (ən tündündən)  kimi məni məndən alan dadlar :)🍫

Çiçəkdən çiçəyə uçan rəngbərəng kəpənəklər( mətbəximdə divardan soyuducuya, stor pərdəyə qədər hər yerdə bunun izlərinə rast gələ bilərsiniz  :))🦋 

Hər yeri yamyaşıl örtük və gül-çiçəklə gözəlləşdirən, ilıq günəşli bahar günü...☀️


Qızmar günəşli, isti bir yay günündə siestadan sonra canlanan kənd həyatı...🏡

   Sevdiklərimə ən çox istədikləri şeyi alıb onlara surpriz edərkən üzlərindəki ifadə...🙆‍♀️
Heç gözləmədiyim halda mənə edilən surprizlər...😗 

Balalarımı qucaqlayıb doyunca öpmək(xüsusən, ən məsum olduqları zamanda, gecə yuxusunda :))😚

Hər kəsin bacaracağıma şübhə ilə yanaşdıqları məsələlərin öhdəsindən haqqıyla gəldiyimdə keçirdiyim qürur hissi... :)😎

Evimə yeni bir əşya almaq...

Sakit-səssiz bir məkanda və zamanda kitab oxumaq( və ya oxuya bilmək :))📚


Arada özümlə baş-başa qalmaq...💆‍♀️

Şəlalənin gurultusu, çayın şırıltısı, yağışın tıppıltısı... Qısacası, su səsi...🌊

Ən sevdiyim mahnını bezənə qədər təkrar-təkrar dinləmək :) 🔊🎶

Kefimə düşəndə, təkbaşına ikən, telefonumda qarışıq şəkildə dinlədiyim hər növ musiqiyə(slow, ritmik, arabesk, ağlınıza gələn hər növ) uyğun rəqs etməyə çalışmaq(çox əyləncəli olur:) 💃

Ağ süfrə salınmış masada, büllur güldan içərisindəki təravətli güllər...💐

Geniş bir otaqda, böyük bir pəncərədən asılmış və küləyin xəfif-xəfif oynatdığın tül pərdə...

Səyahət etmək...


Fərqli mədəniyyətlər və fərqli mətbəxlər tanımaq...

Rəsim çəkmək, boyamaq, eyni zamanda fotoları editləmək və sair və ilaxır...
Bu  beləcə uzanıb gedər...
Təbii ki,bunların hamısı dünyəvi sevgi və istəklərdir...
Bir də Rəbbimin məni sevdiyinə inanmaq , O'na sıxıntılı anımda əl açacağımı və məni duyacağını bilmək, Peyğəmbərimizin(s.ə.s) bizim üçün şəfaət edəcəyinə ümid etmək, Quranda vəd olunan surpriz və müjdələri xəyal etmək var ki, bu gözəllikləri nə saymaqla, nə də sevməklə bitməz...








14 yorum:

  1. Nece gözel şeyler var burada :) sevdiyin şeylerin hamısı menimde sevdiklerim :)))

    YanıtlaSil
    Yanıtlar
    1. Eyni duyğunu bu mimi eden bir çox bloqqerin yazısını oxuyunca mence keçirdim :) Belke de oxumağı,yazmağı, qelbindekileri paylaşmağı sevenlerin ortaq sevgisidir bunlar. Kim bilir...

      Sil
  2. Çok samimi ve güzel bir mim olmuş. :) Kalemine sağlık Umman! ^-^

    YanıtlaSil
    Yanıtlar
    1. Teşekkür edirem.Bu mimi başladanlar sağ olsunlar:) Sevgiler.

      Sil
  3. tatlı aile işteeeee, çiçekler, kokular, öpücükler, hep böyle sevecen mutlu olsun eviniiz :)

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Aminnn... Teşekkürler gözel insan,xoş dileklerin üçün.❤

      Sil
  4. Çooox gözəl mim yazısı olmuş çünki yazılması çətin olan bir mövzu. Mən sevdiklərimi bir yerə yığmaq istəsəm bacarmaram yəqin. Yazı çox sevmirəm daha çox payız tərəfdarıyam, amma Bakının yağışlı yazına heyranam. Sevgilər....

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Əvvəl mənə də çətin gəldi sevdiklərimi düşünüb bir yerə yığmaq. Amma yazdıqca xatırladım. Hələ çooxlarını ələdim. Oxu-oxu bitməzdi hamısını yazsaydım:) Təşəkkürlər birdənəm

      Sil
  5. Seni sen edenlerinle, ne güzelsin seen :)
    Tül perdenin seninle dans edişini izledim sanki okurken, nergis çiçeklerinin güzel mi güzel kokusunda. Kocaman sevgiler :)

    YanıtlaSil
    Yanıtlar
    1. Ayy ancaq bu qədər gözəl özətlənərdi yazım. Bizdən də kocaman təşəkkür və sevgilər❤

      Sil
  6. Yaaa çok güzel bir mim :)) Ne güzel şeyler seviyormuşsun bayıldım hepsine cıvıl cıvıl hayatın tadını çıkarabiliyorsun bu harika birşey :) Kocaman sevgiler olsun sana bol bol kalpler yolluyorumm :)🌸🌸💕💕

    YanıtlaSil
    Yanıtlar
    1. 😊 Vallah yazını bilmirəm ama yorumunuz cıvıl-cıvıl həqiqətən də. Yaşamağı sevirəm, həyatı sevirəm. Buna görə içindəki bir çox şeyi də sevirəm. Bir sürü qəlb də bizdən gəlsin😊💞💞💞

      Sil
  7. Çok güzel ve samimi cevaplar. İyi ki katılmışsınız mime :)
    Sevgilerimle

    YanıtlaSil
    Yanıtlar
    1. Beyenmenize sevindim. Çox teşekkür edirem. Bizden de bol-bol sevgiler.❤

      Sil