15 Kasım 2018 Perşembe

Ömürlük payız...


     Sən getdin ya...

    Zamanım yarpaqlarını tökmüş ağacların payızında qaldı...
    Xəzanım bitmədi...
  
   Qəlbim bir ömür sondahar nəğməsini çaldı...
   Mövsüm dəyişmədi...
   Baharım gəlmədi...

   Boz buludlu səmama bir daha günəş doğmadı...
   Şoran torpağıma rəhmət yağmadı...
   Torpağım çat-çat oldu...

   Və bütün rənglər axdı, getdi...
   Bircə boz rəng qaldı...
   Hara baxsam boz rəng...
   Kimə baxsam həmrəng...
   
   Bütün simalar hissizləşdi...
   Gülən, ağlayan eyniləşdi...
   
   Gedişinlə dünyam dəyişdi...
   
   Sən getdin ya...
   Ürəyim dondu...
   Yazılarım soldu...
   Və şeirlərim öldü...

                                            Umman Aslan.

6 yorum:

  1. Gidişler ne kadar da etkiliyor insanı değil mi? Kaleminize sağlık...

    YanıtlaSil
    Yanıtlar
    1. Eledir. Çox ağır olurmuş gedişler. Bunu men atamın gedişiyle anladım daha çox.Rebbim heç kime yaşatmasın deyecem amma, heyatın acı heqiqeti. Her şey fani. Ve her şey, her kes geldiyi kimi gedir bir gün.Teşekkür edirem deyerli yorumunuz üçün.

      Sil
  2. Sonbahara uymuş bu şiir.. Resim çok güzel. *-*

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkür edirəm. Bəyənmənə sevindim ❤

      Sil
  3. çok duygusal ve hüzünlüüü ne güzeeel anlatmışsın hislerini kii.

    YanıtlaSil
    Yanıtlar
    1. Sənin qədər olmasa da... Dəstəkləyici və gözəl yorumların üçün minnətdaram Deep ❤❤

      Sil