Yeni ilə başlarkən bloqların birində 2020-də hər ay ortaq 1 kitab oxuyub, 1 film izləmək təklifini eşidincə dərhal qatılmaq istədim. Və bu ay bu vəzifəni uğurla yerinə yetirdiyimi söyləmək istəyirəm.🤗
Hələ də gec deyil qatılmaq istəsəniz Mor düşler kitaplığı və Gonca'nın Dünyasından... bloqlarını bir ziyarət edin məncə...
Yanvar ayında:
▪️ Kitab : Virginia Woolf - Kendine ait bir oda.
▪️ Film: Your name
✔“Para kazanın, kendinize ait ayrı bir oda ve boş zaman yaratın. Ve yazın, erkekler ne der diye düşünmeden yazın!..”
Hər nə qədər pdf variantda, çətinliklə oxusam da ( telefon və planşetdən oxumağı qəti sevmirəm😒) Virginia Woolf bu əsəri ilə məni dərin-dərin düşüncələrə daldırdı... Qadınlar... Və onların heç zaman bitməyən dərdləri... Səslərini duyura bilməmələri... Səssizlikləri...
Niyə bir Şekspir kimi yazan çıxmayıb qadınların arasından... Niyə şah əsərləri həmişə kişilər yaratmışlar?! Virginianı düşündürən və oxucusu ilə bölüşdüyü suallardır bunlar...
Bu sualın axtarışına çıxaraq müəllif fərqli yazıçıların əsərləri ilə tarixə səyahət edir. Şekspirin zamanından başlayır, onun xəyali bacısını təsvir edir və bir yazıçı kimi o dövrdə qarşısına çıxa biləcək maneələri və aqibətini canlandırır gözlərimizin önündə...
Virginia qadınların yaza bilməməyinə bir neçə səbəb göstərir...
Birincisi, o dövrdə sadəcə oğlanlar oxutdurulur, qızlar diqqətdən kənarda qalırdı. Odur ki, oxumaqla dünyagörüşü artan oğlanlar qızlardan fərqli olaraq düşüncələrini vərəqə tökə bilmə qabiliyyətinə yiyələnirdilər.
İkincisi, yazmağa istedadı çatan qızlar bu xüsusiyyətlərini çox açıb ağarda bilmirdilər. Çünki bu qızlar üçün ayıb sayılır, qınanırdı.
Bir başqa səbəb qızlar ev işləri və başqa məşğuliyyətləri, qayğları sayəsində yazmağa vaxt ayıra bilməzdilər.
Və nəhayət, bir səbəb daha - qızların, qadınların özlərinə aid bir otaqları yoxdur ki... Onlar salonda, hər kəsin girib-çıxdığı, məşğuliyyətlərinin gözlərinin önündə olduğu bir yerdə bəzən gizli, bəzən aşkar yazmağa çalışır, buna görə də fikirlərini doğru-düzgün cəm edə bilmir, beləliklə də kişilər qədər önəmli əsərlər yarada bilmirdilər.
İstər istəməz məni də düşündürdü bu məsələ. Nəyə görə bizim qadınlarımızın arasından bir Nizami Gəncəvi, Füzuli, Nəsimi çıxmayıb sualı keçdi beynimdən dəfələrlə... Və Virginianın nə qədər haqqlı olduğunu anladım.
Virginia bu əsəri ilə bütün yazmaq istəyən qadınlara səslənir - özünüzə aid bir otağınız olsun deyir. Tam qadınlara xitab edən, qəlbimizdəki duyğulara tərcüman bir kitabdır "Kendine ait bir oda"... Oxuyun, mütləq məncə...
Seçdiklərim:
Pdf oxuduğum üçün istədiyim kimi seçə bilmədim, xoşuma gələn cümlə olunca ekran şəklini çəkdim, ona görə seçdiklərim ardıcıl olmaya bilər.🙄
✔ Bütün bu yüzyıllar boyunca kadınlar erkeği olduğundan iki kat büyük gösteren bir ayna görevi gördüler, büyülü bir aynaydı bu ve müthiş bir yansıtma gücü vardı... eğer kadın gerçeği söylemeye başlarsa aynadaki görüntü büzülür; erkek hayata uyum sağlayamaz olur.
✔ İnsanların sessiz hayatlarında kimbilir kaç isyan mayalanmaktadır.
✔ İsterseniz kitaplıklarınıza kilit vurun; ama zihnimin özgürlüğüne vurabileceğiniz ne bir kilit var ne bir sürgü ne de kapatabileceğiniz bir kapı.
✔ Kısaca ve basit sözcüklerle, insanın kendi olması her şeyden daha önemlidir derken buluyorum kendimi. Başkalarını etkilemeyi hayal etmeyin, derdim, sizleri coşturacak biçimde söylemesini bilseydim.
✔ Örneğin zenginler çoğunlukla öfkelidirler, çünkü yoksulların onların servetine göz diktiğinden kuşkulanırlar.
***
O ki, qaldı "Your Name" animesinə "ba-yıl-dım"... 😍 Onsuz da animasiya sevən biri olaraq bu romantik filmi sevməməyim qeyri-mümkün idi. Və ikili arasındakı sirli bağı, sevgini qısqanmamaq da əldə deyil yəni.🤗
Sadəcə kiçik bir ipucu verim - şəhərdə yaşayan bir gənc və kiçik bir qəsəbədə yaşayan qız... Və arada bir bu gənclərin ruhlarının yer dəyişməsi... Bir gün bu yerdəyişmə dayanır. Görəsən nə baş verib? İzləyin öyrənin.😊
Mor Düşler Kitaplığı və Gonca'nın Dünyasından bloqlarına bu gözəl etkinlik üçün qucaq dolusu sevgi göndərib sağollaşıram sizinlə canlarım...
Növbəti postda görüşənədək.😘❤🌹
Növbəti postda görüşənədək.😘❤🌹
İkisini de beğenmeniz beni çok mutlu etti. 😍 Etkinliğe katılarak bizi yalnız bırakmadığınız ve yorumlarınız için teşekkür ederim. ❤️
YanıtlaSilAy ziyarətiniz və xoş yorumunuz üçün mən çox təşəkkür edirəm. Sağ olun, var olun. Əlimdən gəldiyi qədər sizə qatılmağa çalışacam.❤🌹🤗
SilKitabı çok çok çok sevmiştim. Filmi de oğluşlarla izleyip bayılmıştık :)
YanıtlaSilMaşallah Handan hanım o kadar donanımlısınız ki... Bayılıyorum size. Məncə bu oxumağı və yazmağı sevən hər bir qadının stolüstü kitabı olmalıdır. Film isə möhtəşəm idi həqiqətən. İnsanın içinə girib oralarda, onlarla yaşayası gəlir.😊❤🌹
Silaaaa heey ben de katıldım etkinliğe, kitabın ikinci bölümünü bitirdim. filmi de izlicem deee, o kendine ait bir oda foton çok güzel olmuş yaaa, yazın da, heyooooo :)
YanıtlaSilPdf olunca əslində bir azcıq saxtakarlıq etdim 🙈 Photoshopla düzəltmişəm o şəkli. Sənin də həm kitab, həm də filmlə bağlı yorumlarını səbirsizliklə gözləyirəm canımmm.❤🌹
Silyazdım bikaç gün önceee :)
SilOuuu tapıb oxuyacağam mütleq. ❤❤
SilÖncelikle etkinliğe katıldığın için çok çok teşekkür ederim. Yorumunu görünce çok mutlu oldum. Virginia Woolf'u PDF okumak çok zorlamış olmalı. Epey zor bir dili vardı çünkü. Çeviri farkı da varmış kitaplarımız arasında aynı alıntıları ben de çıkartmıştım oradan anladım. Your Name isee gerçekten aşık olunası bir filmdiii *-* İkisini de beğenmiş olmana sevindim :) Diğer aylardaki yorumlarını da merakla bekliyor olacağım senden ricam yazını paylaştığında lütfen bize bir şekilde paylaştığını duyur :) Sevgiler çokça :)
YanıtlaSilNə demək. Əsl mən sizə təşəkkür edirəm bu etkinliklə bizi yeni kitab və filmlərlə tanış etdiyiniz üçün. Əlimdən gəldiyi qədər qatılmağa çalışacam gələn aylarda da sizə. Mütləq xəbər edəcəm. Bloqumu ziyarətiniz üçün də ayrıca təşəkkür edirəm. ❤❤❤🌹😘
SilKendine Ait Bir Oda, benim okumak istediğim kitaplar arasında yer alan bir kitap. :)
YanıtlaSilYour Name anime filmini çook beğenmiştim. Anlatılmak istenen konu çok iyi işlenmiş ve izleyiciye de başarıyla yansıtılmıştı. Tekrar burada görmek güzeldi.
Sevgiler Umman! :)
Mütləq oxu məncə canım. Çox bəyənəcəksən. Ah o film bitirdi məni. İnan səni burda görmək çox daha xoş oldu mənim üçün. Sevginə qarşılıq bir qucaq da burda sevgilər...❤❤❤❤😘
Sil