Hər kəsə salam. Yenə gecikmiş bir yazı ilə qarşınızdayam. Bu aralar 2020 planlarım içərisində qeyd etdiyim şəxsi biznes məsələsinə qarışıb başım. Vaxt problemi yaşayıram yenə. Odur ki, vaxtında yaza bilmirəm bura.
Mənim canım bloqdaşım, vəfalı dostlarımdan biri Birpembesever bloqunun sahibəsi Tuğçe xanım bir mim başladıb, sağ olsun məni də mimləyib. Mim yazım çox gecikdi bilirəm, amma əsas olanı, gec də olsa yazmaqdır məncə.
Odur ki, başlayıram yazmağa.
Mimin mövzusu belədir: " Bloq yazmağa necə başladın?"
Deməli belə, əslində bloq aləmi ilə mən Amerikada yaşadığımız günlərdə tanış oldum. Dördüncü övladımın dünyaya gəlməyinə bir neçə ay qalmış necə oldusa bir dəfə hamilə günlüyü tərzində yazılmış bir bloq çıxdı qarşıma ,(türk dilində). Təəssüf ki, o bloqun adını indi xatırlamıram. Yazılar sadə dillə, səmimi, sanki bizimlə söhbət edir kimi idi. Bu çox xoşuma gəldi. Yavaş-yavaş altda yazılan yorumlar sayəsində başqa-başqa bloqlar da kəşf etməyə başladım.
Uzun müddət səssizcə sadəcə oxudum. Sonra bir gün cəsarətimi toplayıb yazılara yorum yazmağa da başladım 😊.
Belə-belə 1 il ötdü. Biz artıq vətənə qayıtmış, sonbeşiyim də dünyaya gəlmişdi. Mən artıq düzənli şəkildə bloq yazılarını oxuyurdum, hətta tez-tez yeni yazı varmı deyə baş çəkib, izlədiyim bloqlar da var idi. Bunlardan indi izləyə bilməsəm də ikisinin adı yadımdadır - 1.Yolun neresindeyim ; 2- Tuguna
Uzun müddət səssizcə sadəcə oxudum. Sonra bir gün cəsarətimi toplayıb yazılara yorum yazmağa da başladım 😊.
Belə-belə 1 il ötdü. Biz artıq vətənə qayıtmış, sonbeşiyim də dünyaya gəlmişdi. Mən artıq düzənli şəkildə bloq yazılarını oxuyurdum, hətta tez-tez yeni yazı varmı deyə baş çəkib, izlədiyim bloqlar da var idi. Bunlardan indi izləyə bilməsəm də ikisinin adı yadımdadır - 1.Yolun neresindeyim ; 2- Tuguna
Yavaş-yavaş mən də yazsam olarmı, deyə fikirlər dolaşmağa başladı beynimdə.
Yeni il bayramında kəndə getmişdik. Kənddə adətən çox gec yatıram. Balacam yatdıqdan sonra kitab oxuyur və ya telefondan film izləyirəm(öz evimizdə yorğunluqdan bu o qədər də mümkün olmur 😒)
Elə bir uzun qış gecəsində bloq açmağa qərar verdim. Yadımdadır, necə açmaqla bağlı, indi varmı bilmirəm, o vaxt Bloghocası deyə bir bloq var idi, ordan oxuyub açdım bloqumu...
Amma necə həyəcanlı, necə sevincli idim... Elə bilirdim ki, böyük bir iş görürəm və tezliklə axın-axın insanlar bloquma axışacaq. Çünki Azərbaycanda bir ilk bloqqer olduğumu düşünürdüm. 😂
Təbii ki, belə deyilmiş. Məndən öncə açıb yazan, amma təəssüf ki, böyük əksəriyyəti sonradan bloqunu tərk edən, yalnız buraxanlar da var imiş.
Nə isə beləcə bloq yazmağa başladım. Lakin tam 1 il özümdən başqa heç kim bilmədi bloq yazdığımı. Çəkinirdim, həm nədənsə çox da öz ətrafımın oxumasını istəmirdim yazılarımın. Amma bir dənə də olsun yorum gəlməyincə artıq oxunsun dedim və beləcə, bloqumun bir yaşında bütün ətrafıma duyurdum bunu. Bir şey dəyişdimi mənim üçün? - Dəyişmədi.😅
Türk bloqqerlərlə tanışlığıma səbəb isə Kelebeketkisi bloqunun sahibəsi oldu. Onun bir yazısı var idi: "Yorum yazın mütləq sizi ziyarət edib, takibə alacağam" deyə. Ona yazdım, o bloqumu ziyarət etdi. Sonra onun bloqunda qonaq yazıçı oldum. Bloqların öz yeni postlarını paylaşdıqları bir platforma qurulmuşdu. Sonradan nədənsə ləğv olundu, oradan, bir də Google + dan da bir çox türk bloq dostu qazandım özümə. (Yaxşı ki, bloqdaşlarım var deyirəm hər zaman.)
Belə, belə yazmağa davam etdim və edəcəm də inşəAllah. Çünki yazmaq mənim üçün çoox dəyərli bir məşğuliyyətdir. Ümid edirəm ki, yazılarımı oxuyanlar, bəyənənlər var və olacaq da.🤗
Belə, belə yazmağa davam etdim və edəcəm də inşəAllah. Çünki yazmaq mənim üçün çoox dəyərli bir məşğuliyyətdir. Ümid edirəm ki, yazılarımı oxuyanlar, bəyənənlər var və olacaq da.🤗
Beləcə Tuğçe xanıma məni ötən günlərə aparan bu maraqlı mimi başlatdığına və məni də mimlədiyinə görə çox təşəkkür edir, onun yazısını oxumaq istəyənləri Birpembesever bloquna da dəvət edirəm. Yazımı oxuyan və hələ də mimlənməmiş olan varsa onu da mən mimləyirəm. 🥰
İyi ki başlamışsınız yazmaya. Daim olsun...
YanıtlaSilÇox teşekkür edirem. Sağ olun, var olun.❤
Silay ne güzelmiş blog öykün. amerika, kelebek etkisi, tuçiş hihi. ne güzel yazıların var zateen. hep burada olalım hep berabeer :)
YanıtlaSilCann. Sağol canım dostum. Hep sizin gibi güzel dostların desteği sayesinde hala daha buralardayız. Siz de hep var olun.🌹❤
Sil