Harda qalmışdıq?🤔🙂
Ordan sonra getdiyimiz məkan Praqada gəziləcək yerlər arasında adına nədənsə heç rastlamadığım, hətta bu yazını yazarkən bina haqqındakı məlumatları çətinliklə tapa bildiyim Wallenstein sarayı (Waldstein palace) oldu.

Araşdırıb öyrəndiyim qədəriylə hal-hazırda Çexiya senatorluğu olan bu yer əslində Praqada ən sevdiyim yerlərdən biri oldu. XVII əsrdə tikilmiş sarayın həyətində gəzərkən özümü orta əsrlərdə kralın sarayının bağçasında hiss elədim.
Girişdən binanın önünə gəlmək üçün filmlərdə gördüyümüz yaşıl labirint divarların arası ilə gəzməyi düşünün...
Payız olduğu üçün yarpaqlar saralmış, bir qismi tökülmüşdü, amma yenə də gözəl görünürdü. Labirint bitincə önündə böyük meydan və əzəmətli saray ucalır. Həyətdəki heykəllər, yaşıl kollar, yavaş-yavaş başlayan günbatımının əsrarəngiz havasına bürününcə əməllicə nağıllar aləminə səyahət etmiş kimi oldum.

Növbədə Praqanın ən önəmli yerlərindən biri var idi - Karl (Charles) körpüsü.
1342-ci ildə yaşanan sel fəlakəti ilə ağır xəsarət görən Judith körpüsünün yerinə IV. Charles’ın emriyle 1357-1402 illər müddətində inşa edilmiş bu körpüdə Hz. İsa və xristianların digər müqəddəs hesab etdikləri şəxsləri təsvir edən 30-a qədər heykəl var.
Körpünün üstündə o qədər çox turist var idi ki, bu ağırlığa çökməyən bu qədim tikilini ürəyimdə alqışladım mən.😊
Körpüdən görünən mənzərələr isə möhtəşəm idi. Günəşin batmağa başladığı zamanda onsuz da hər şeyi öz tilsimə bürüyən son şüaların çayın durğun sularında yaratdığı gözqamaşdıran qızılılıq, bəyaz, əzəmətli gəmilərin bir az da görkəm alması, uçuşan, sahildəki dəmirlərə muncuq kimi sırayla düzülən çoxsaylı qağayıların səsi, uzaqlarda görünən rəngarəng qədimi binalar, körpünün üzərindəki küçə musiqiçilərinin bir-birinə qarışan musiqiləri, rəssamların müxtəlif əl işləri və fərqli dillərdə danışan turistlərin səsi... Maraqlı və qeyri-adi mənzərə var idi burda... Baxdıqca hər fraqmentini yaddaşıma yazdığım mənzərə...
Körpünün bu başından girib gəzə-gəzə o başından çıxdıq. Ordan da son gəzinti məkanımıza tərəf irəlilədik.
45 hektarlıq sahəyə yayılan və içərisində tarixi saraylar, ofislər, bağçalar, hərbi və dini tikililər olan ərazisinə görə dünyanın ən böyük qalalarından biri sayılan Praqa qalası Premysl Xanədanı tərəfindan IX əsrdə inşa etdirilmişdir.
Lakin bura çatdığımızda mənim səhərdən başlayan miqrenim artıq əməllicə ağırlaşdığı üçün nə yalan deyim yaddaşımda Vitus Katedralından başqa heç bir şey qalmayıb.
Həm artıq axşam düşdüyü üçün, həm də miqrenim son hədlərdə olduğundan heç bir binanın içərisinə girmədən sadəcə qalanın həyətində dolanıb çıxdıq.
Bura eyni zamanda şəhər mənzərəsinin izlənə biləcəyi ən ideal nöqtələrdən biri imiş. Şəhərin axşam mənzərəsi də yetəri qədər gözəl idi.
Bura eyni zamanda şəhər mənzərəsinin izlənə biləcəyi ən ideal nöqtələrdən biri imiş. Şəhərin axşam mənzərəsi də yetəri qədər gözəl idi.
Güclü səhər yeməyindən sonra sadəcə günorta dondurma yemişdik, odur ki, əməllicə acmışdıq. Bizi gəzdirən həmyerlimizin tanıdığı türk restoranına getdik.
Tək istədiyim isti bir şorba içmək idi. Doğurdan da şorbanı içib, ardınca da bir az yemək yeyincə ağrım yüngülləşdi sanki.
Tək istədiyim isti bir şorba içmək idi. Doğurdan da şorbanı içib, ardınca da bir az yemək yeyincə ağrım yüngülləşdi sanki.
Amma yenidən çölə çıxınca, səs-küy, gözümə-gözümə vuran işıqlar, hətta sanki qəsdimə durmuş tez-tez yanımızdan ötən polis, ambulans maşınlarının siqnalları bütün gücümü tükətmişdi.
Bir az da gəzək, körpünün axşam görüntüsünü də görək dedik. Amma bundan sonrası imkansızdı artıq...
Belə gəzə bilməyəcəyimizi anlayıb avtobus saatımız gələnə qədər yenidən həmyerlilərimizin evinə gedib bir az dincəlmək qərarına gəldik. Evə çatdıqda halımı görən evin eyni dərddən "muzdarip" xanımı mənim üçün bir yataq hazırladı bir az yatmağım üçün. Artıq ağlım başımdan çıxırdı hardasa. Odur ki, özümü yatağa necə atdığımı bilmədim.
Oyandığımda hər zamankı kimi keçib gedən miqrenin geridə buraxdığı yüngüllük, rahatlıq və qəribə sevinc bürümüşdü məni. Vaxtımız çox az idi. Namaz qılıb, xanımın hazırladığı bir fincan isti, zəncəfilli çayı içib, görüşüb çıxdıq evdən. Yolumuz yenidən başladığımız yerə Budapeştə idi.😊
Çok güzel anılar biriktirmişsin, fotoğraf karelerine ve yazına bayıldım sevgili Umman. :)
YanıtlaSilNə gözəl anılardı həqiqətən. Heç vaxt unutmayacağım. Bəyənmənə çox sevindim canım mənim. ❤
Silay en çook yeşil ve su olan fotiler güzeeel :)
YanıtlaSilBəliiii.. Hara olur olsun insanı cəlb edən ilk şey yenə də təbiətdir, təbiilikdir..❤🌹
Sil