İndiyə qədər baxdığım türk serialları içərisində axıra qədər məni eyni maraqla özünə bağlaya bilən, heç bezmədən hər seriasını böyük həvəslə gözləyib izlədiyim, bitdikdən sonra da yerinin boş qaldığını hiss etdiyim iki serial olub: "Asmalı Konak", "İstanbullu gelin"
"İstanbullu gelin"-in hər seriyası mesaj dolu idi sanki. Qəhrəmanların enişli-çıxışlı həyatı ilə baxanlara gerçək həyat anlatılırdı. Vaz keçməmək, dözümlü olmaq, mücadilə etmək və hər çətinlikdən sonra gələn mütləq yaxşı sonluq... Qısacası, motivasiyaedici bir çox məqam vardı bu serialda. Hələ bir də ən sevdiyim, bütün diqqətimlə ekrana yapışdığım psixoloq Gülseren xanımla olan səhnələr var idi ki, hər kəliməsi bir məna, dərs... Bəzən dəfələrlə izləyirdim o səhnələri...
Ssenarisinin gerçək bir həyat hekayəsindən yola çıxaraq bir psixoloqun qələmə aldığı hekayə əsasında qurulduğunu öyrəndiyimdə mən əsl hekayəni mütləq oxumalıyam deyə düşündüm. Və şükür ki, oxumaq nəsib oldu da. 🤗
Əvvəldən onu deyim ki, burdakı Sürəyya tamamilə başqa bir insandır. Ümumiyyətlə əsərlə serial arasındakı tək ortaq cəhət bəzi qəhrəmanların adları və bir iki məqamdır deyə bilərik. Ona görə ilk əvvəl bir az xəyal qırıqlığı yaşadım. Mənim o canım, sevimli Sürəyyam niyə belə qələmə alınıb deyə üzüldüm də. Amma oxuduqca yavaş-yavaş bu iki hekayəni bir-birindən ayırdım. Hər ikisini fərqli əsər olaraq qiymətlənirib öz yerlərinə qoydum qəlbimdə...😊
Ah Gülseren xanım ah... O necə gözəl bir həyata baxışdır elə... Sevgi dolu, şəfqət dolu... Anlatdığı, təsvir etdiyi hər qəhrəmana qarşı oxucuda böyük bir məhəbbət oyadır. Hələ sadəcə əsərdə adını çəkdiyi qızı Yağmuru iki cümlə ilə elə təsvir edir ki, bu sevgini qısqanmamaq əldə deyil vallahi.
Ela... Çirkin ördək balasının zərif qu quşuna döndüyü gerçək bir həyat hekayəsinin qəhrəmanı... Sadəcə görünüşcə deyil, daxilən, mənən, psixoloji olaraq təmizlənib, yenilənib həyata dönməsi... Oxuduqca onun bu mücadilə, bu təmizlənmə dövründə sən də keçmişinə boylanıb yaralarını görə bilirsən.
Qısacası, kitab məndə bir qəlb dolusu duyğu buraxdı, coşğu buraxdı. Psixologiyaya olan sevgimi, psixoloqlara olan marağımı birə on artırdı. Heç bir şeyin gec olmadığını, özünü dəyiştirməyin, yeni bir mən olmağın mümkünlüyünü dərk etdirdi.
Bu qadının üslubunu, düşüncələrini çox sevdim. Bütün kitblarını tapıb oxumağa da söz verdim özümə. Baxaq, qismət.😊
Seçdiklərim
✔Mutlu olmak, iyi ki varım, iyi ki yaşıyorum ve iyi ki bu güzellikleri göre biliyorum diyebilmek için öncelikle dünyaya insan olarak gelmek gerekiyor. Sonra da mutlu olmaya karar vermek...
✔İçimizde bizi hiç rahat bırakmayan, bizden sürekli bir şeyler isteyen, verdikçe alan, aldıkça, istekleri durmadan değişen, arsız mı arsız bir şeyler var...
✔Keyif ve mutluluk kanatlı bir kuşa benziyor, konduğu yerde uzun süre kalmıyor. Hüznü ve acıyı ise konduğu yerden kaldırmak zor...
✔Bir çocuğun nasıl bir ortamda, kimlerin elinde, ne şartlarda büyüdüğü o çocuğun kaderini yazıyor...
✔Kin ve öfke çok keskin duygulardır. İnsanın hem içini çok acıtır, hem de enerjisini yer. Buraya yatırılan enerji tam bir israftır. Keşke insanlar bu enerjiyi başka türlü kullanabilseler...
✔Hayat ne kadar garip? Yaşarken, yaşarken ayağımıza takılan küçücük bir taş her şeyi nasıl alt üst edebiliyor? Kocaman taşları zıplayıp atlarken, özellikle en yakınlarımızdan gelen o küçücük taşlar, nasıl da kaderimizi bu kadar değiştirebiliyor?..
✔Ağzına kadar duygu dolu bir küp gibidir insan. Sevdikçe, sevildikçe kabına sığmaz, rengârenk, pırıl pırıl olur, yedi dağın çiçeğinin kokusu yayılır etrafa, ılgın ılgın akar duygular...
✔İhanete en yatkın insanlar, hayattan beklentileri en yüksek, göğüslerinde taşıdıkları yürekse en zayıf olanlardır.
✔Güçlü ve hırslı olanlar kadar, zayıf ve çaresizlere de kucak açan, her birine sadece uzaktan göz kırpmakla yetinen ama ihtiyac duyduğumuz gıdayı sadece elini hiç çekinmeden uzatıp alanlara veren bir dünya bu...
okunacaklar listesinde yerini aldı.
YanıtlaSil😊 Əminəm siz də çox sevəcəksiniz.❤🌹
YanıtlaSiliki kitabını okudum hıhım faydalıı. bunu okumadım ama aklımda olsuuun :)
YanıtlaSilOxusan sevərsən deyə düşünürəm. Çox şey qatdı mənə şəxsən. ❤
Sil