15 Ağustos 2020 Cumartesi

Ölməmişəm... 🤗

 

  Salam olsun bütün yazımı oxuyan vəfalı, qəlbi gözəl insanlara... Mən gəldim yenə 🤗🤗🤗 

   Bu dəli qız yenə bir az uzaqlaşdı, döndü, dolaşdı, qaçıb özünü yetirdi bura...

    Beləyəm neyləyək?! Ara-sıra hər şeydən uzaqlaşmaq istəyirəm. Və inanın bu mənə çox yaxşı təsir edir. 

   Yazmadığım bu müddətdə bütün digər sosial şəbəkələrdən də uzaq durdum. Hərdən istəksizcə bir göz atdım, o qədər. 

   Sosial şəbəkələrlə bağlı içimdə get-gəl yaşayıram bu günlərdə. Hərdən dəli şeytan deyir hesablarını bağla, boş ver getsin. Sonra sosial aləmin yüksək bir dəyəri itirməsinə könlüm razı olmur 😜

   Nə isə... Dedim yazım içinizdə kiməsə maraqlıdır bəlkə, ölməmişəm, yaşayıram çox şükür... 😁

   Hərçənd ki, korona bəlasına biz də tutulduq (düzdür heç bir analiz, yoxlama olmadı, əlamətlərinə görə özümüz diaqnoz qoyduq :), amma çox rahat bir şəkildə atlatdıq getdi.

   Kənddən getdikdən sonra bir az Bakıda qaldıq. Yenidən sərt karantin rejiminə keçilincə Sumqayıtadakı həyət  evimizə geçdik. Və deyim ki, bu virus sayəsində həyət evinin necə böyük nemət olduğunu anlamış oldum.

   Orda qaldığımız müddətdə həyətimizdə bir az təmir işləri apardıq. Divarları boyadım məsələn böyük həvəslə(çox əyləncəli idi). Sonra ağaclarımız və güllərimiz üçün təbii gübrə, kompost hazırlamağı öyrənib dərhal tətbiq etməyə başladım. İndi hal-hazırda həyətimizin bir küncündə ağaclarımız üçün payızda dərman olacaq gübrəm çürüyüb hazırlanır. Bu inanın indiyə qədər öyrəndiyim ən faydalı bilgilərdəndir. Həm evdən atılan zibil azaldı, həm də heç bir şeyin israf olmadan lazımlı bir şeyə çevrilməsi içimi rahatlatdı (maraqlıdırsa Youtube-da  "kompost  nasıl yapılır" yazıb bir göz atın). 


   Bütün ailəcək evdə olmaq əlbəttə ki, işimi də birə beş artırdı. Hələ böyümə çağında olan uşaqları vaxtlı-vaxtında yeməklə təmin etmək... 🤦‍♀️
   
   Üstəlik paltaryuyan maşınımız xarab olub, usta falan da qapalı. Bütün paltarları əldə yuyurdum. Axşamdan islat, səhər erdən dur yu... Qısacası, oldum əməllicə əvvəlin qoçaq gəlinlərindən... 😊

   Bunca işin arasında yenə tək təxirə salmadığım işim kitablarımı oxumaq oldu. İyul ayında da 3 kitab oxudum. 



   Bir də həyatıma "yoga" adlı möhtəşəm bir şey girdi ki, bunu anlatmaqla bitməz. Hər səhər günə pozitiv başlamağıma səbəb, bütün tənbəlləşmiş vücudumu hərəkətə gətirən mükəmməl bir sehir... 🤗
 
   Üstəlik "Black Mirror", "Sherlock Holmes", "Unorthodox" seriallarını izləyib bitirdim.

   Və ən möhtəşəmi xaricdə yaşayan və təfsir dərsləri alan canım rəfiqəmlə ingilis dilində dərslərə başladıq. Bu sayədə həm Quranı daha dərindən anlayacağımı, həm də ingilis dilimi inkişaf etdirəcəyimi düşündük. Hərçənd ki, bu bir az diqqət və zaman istədiyi üçün çox yavaş irəliləyir. Amma hər şeyi yoluna qoyub davamlı məşğul olmağa çalışacam önümüzdəki günlərdə.🤲 
   
   Yəni əslində gerçək aləmdə var olmaq mənə sosial aləmdə var olmaqdan daha cazib gəldi bu aralar. 

   Sadəcə bloquma yazmamaq məni narahat edirdi. Amma bu ara verməyin ruhumu bir növ təmizləyib, mənə huzur verməsi hər dəfə qarşımda əngəl oldu.

   Hal-hazırda kənddəyik. Qurban bayramı üçün gəldik. Və Lənkəran zonasında karantin qalxdığı üçün bir müddət burda qalıb gəzməyə, dincəlməyə qərar verdik. 


   Təbiətlə hər görüşə gedişim mənim içimdəki huzuru bir az daha artırır. Qəlbim hədsiz ümid, fərəh hissi ilə dolur. İnsan təbiətin içindən çıxmış bir varlıq olduğu üçün, nə qədər təbiətlə iç-içə olsa, nə qədər ağaca, torpağa, dağa, dənizə, çaya yaxın olsa bir o qədər pozitiv və xoşbəxt hiss edir özünü. Bunu təəssüf ki, çoxları anlamır. 

   Belə... Yəqin ki, yazmağa çalışacam yenə bir müddət. Bir yığın hazır kitab yorumlarım gözləyir yayımlanmağı. Həm də darıxmışam burada içimi tökmək üçün, ürəyimin sözlərini bölüşdürmək üçün 😉

Ara-sıra gəlin siz də... Tək qoymayın məni buralarda... ❤❤❤

6 yorum:

  1. N: Gözəl bacım,bu həyatda daima qsçhaqaçda,qovhaqovdayıq.Bəzən insan çoox yorulur!Amma gözəl işlərlə məşğulsansa,bütün çətinliklərə rəğmən yenidən qalxıb yarım qalmış işlərinin arxasınca gedirsən...Sən də gözəllik aşiqi,ruh adamısan! Biz oxucuların da,gözəl əsərlərinin araya-ərsəyə gəlməsi üçün çoox səbirsizlənirik!Biz səni heç zaman tək buraxmadıq!İnanıram ki,o gözəl məkan da yaradıcılığında əvəzsiz rol oynayacaq və tezliklə yeni maraqlı əsərlərin oxucusu olacağıq!Sənə uğurlar!!!

    YanıtlaSil
    Yanıtlar
    1. Ay bacı, sen ele gözel arzular yazırsan men özümü mesuliyyet altında hiss edirem oxuduqca.🙃 Eser yazmaq menden çox uzaqdır hele. Arabir cızma qara edirem sadece. İnşeAllah arada ara versem de yaşadıqca buralarda olmağı düşünürem. Teşekkürler.😘❤

      Sil
  2. Gerçek hayatın gerçek güzelliklerine ne kadar çok vakit ayırsak o kadar iyi tabii ki. Yine de buraya yazı yazmaya geldiğine sevindim.

    Mutfaktan çıkamama halleri hepimizi vurdu ama maşallah sen nefis işler yapmışsın. Enerjin bol olsun :)

    YanıtlaSil
    Yanıtlar
    1. Çok çok sağolun. Enerji meselesinde sizinle asla yarışamam. Ben sizin pozitif bakış açınıza, her daim genç ruhunuza hayranım. Beni unutmadığınız için minnetdarım. Sizi seviyorummm ❤❤❤

      Sil
  3. Hoşgeldin bu kadar ara verme :)

    YanıtlaSil