✔ "Evrende biyolojik ritmi bozulan tek canlı insandır. Biyolojik ritminizin bozulduğunu hissettiğinizde evrenin sakinliğine kendinizi bırakın."
Adəm Günəşin bir psixoloq olaraq düşüncələrini o qədər çox sevirəm ki, ən sadiq azarkeşlərindən biriyəm deyə bilərəm. Hər psixoloqun öz dəst-xətti, özünəməxsus üslubu var. Adəm Günəş həqiqətən insanların dərdinə dərman olmaq, problemləri aşmaqda hər bir valideynə yardımçı olmaq baxımından mənə çox səmimi gəlir. Uzun müddətdir youtube-dakı Pedagoji Okulu kanalına abunəyəm və vaxtım olduqca əvvəldən başlayaraq tək-tək seri şəklindəki videolarını böyük məmnuniyyətlə izləyirəm.
Adəm Günəş eyni zamanda bir çox kitabın da müəllifidir. Uşaq psixologiyası ilə bağlı yazı və videolarla valideynlərə yol göstərməklə yanaşı, Adəm Günəş yetkin insanlara da uşaqlıqda uğradıqları psixoloji travmalardan, həmçinin şüuraltlarında qalmış mənfi duyğulardan arındırmaq üçün bir çox faydalı məsləhətlər verərək həyatlarını daha məsud və xoşbəxt yaşamalarına səbəb olur.
"Bırak ve rahatla" kitabı da məhz bu qəbildən olan kitablardandır. Kitabda uşaq vaxtı duyğuları zərərə uğramış yetkin insanların həmin duyğularını bərpa etmək, gücləndirmək, insanı özü ilə, həyatı ilə barışdırmaq, dolayısı ilə, insanın özü kimi olmasına köməklik etmək, həmçinin duyğularını idarə etməsinə, özünü hər şey üçün gərginləşdirmədən rahat hiss edib, bir növ axışına buraxmasına yardımçı olmaq üçün konkret həll yollarını irəli sürür. 6 həftəlik evdə öz-özünə ediləcək bir terapiya ilə tam arınmış, rahatlamış bir şəkildə həyata dönərək həyatınızı yeni başdan yaşayacaq, ətrafdakıların diqqətini çəkəcək qədər rahatlayıb bir iç huzuru əldə edəcəksiniz deyir müəllif. Və mən Adəm Günəşə çox inanıram. Çünki sadəcə ondan dinləyib əməl etdiklərim qədəri ilə belə əvvəlki məndən nə qədər çox öndə olduğumu görə bilirəm.
O ki, qaldı bu terapiyanın detallarına, kitabdan oxuyub öyrənmək daha yaxşı olar, amma mən yenə qısaca məlumat vermək istəyirəm.
Bu terapiya, duyğuların bərpası müddətində 4 həftə ailəndən(yəni sadəcə həyat yoldaşı və uşaqlarından) başqa hər kəslə əlaqəni kəsirik, telefon, televizor, internet, musiqi dinləmək, hətta kitab oxumaq kimi bəzi alışqanlıqlarımızdan müvəqqəti olaraq ayırlırıq. Bir həftə sadəcə bu düşdüyümüz boşluqda özümüzlə baş-başa qalaraq içimizdəki üsyanlarla mübarizə aparırıq. İkinci həftədən etibarən kitabda tövsiyyə olunan məşğələlərlə duyğularımıza yönəlir, basdırdığımız, zərərə uğradılmış hisslərimizi, incikliklərimizi yavaş-yavaş bərpa edirik. Detallar çoxdur. Dediyim kimi ən yaxşısı kitabı oxuyub öyrənmək. Sonda bu terapiya ilə yeni bir həyata başlayanların öz dilindən öz terapiya mərhələlərini və təsirlərini anlatması çox yerinə düşüb. Sadəcə kitabı oxumaq belə məndə elə xoş bir ovqat oyatdı ki, mən də özümü sanki, kiçik bir terapiyadan çıxmış kimi hiss etdim.
Və doğrusu sözü gedən bərpa kampına başlamağı düşünür və çox istəyirəm. Şərtlər imkan versə təbii ki. Edə bilsəm təəssüratlarımı buraya yazmağa söz verərək bitirirəm yazımı. Sevgilər və xoş mütaliələr...
Seçdiklərim:
✔ "Zihin, bastırılmış duyguları yönetemez...
Çünkü duygular bastırıldıkça güçlenir...
Zihin, sadece gelişimi normal devam etmiş duyguları yönetebilecek yeteneğe sahiptir..."
✔ "Oyalanma davranışları, bir bilinçaltı savunma aracıdır..."
✔ "Örneğin, arkadaşları tarafından sürekli dışlandığını düşünen bir çocuğun oyalanma davranışı arkadaşlarının eşyasını çalma şeklinde ortaya çıkabilir..."
✔ "...kaygı ile yaşanılan bir olay, duygusal yoksunluk içinde geçen günler, çocukluk yıllarında yaşanan ilgisizlikler, bireyin geçmişini hatırlayamamasının temel sebebidir."
✔ "öfkeli bir bireyin ortaya koyduğu çılgınca davranışlar, ‘çocuklukta hassaslaşmış duyguların’ bireyi acı içinde kıvrandırmasından başka bir şey değildir..."
✔ "Müzik insana iyi gelir, ruha gıda veren bir yanı vardır... Ancak birçok kişi müziği iyi gelen yanı için değil, duygularım bastırmak için bir oyalanma aracı olarak kullanmaktadır. "
✔ "Birçok kişi duygularının zarara uğramış yanını sürekli beslemek için aynı duyguyu yaşatacak dizilerin peşinde koşar."
✔ "...kitap okumak oldukça faydalı bir davranıştır, ancak kişi kitap okumaya kendini duymamak ve dinlememek üzere yönelmişse, kitap okumayı bıraktığı anda hayatında bir boşluk oluşuyor, canı sıkılıyorsa bu faydalı davranış kişinin kendiyle baş başa kalmamak üzere tutunduğu bir oyalanma aracıdır."
✔ "Uyku, müzmin depresyon ve iç bunaltıları yaşayan, kendini var etmekte zorluk çeken kişilerin sıklıkla başvurduğu bir oyalanma davranışıdır..."
✔ "İnsanın kendiyle baş başa kalmaya, içe doğru derinleşmeye, yaşamı telaşsız gözlerle seyretmeye, duygusal bir dinginlik içinde kahve yudumlamaya ihtiyacı vardır... Bu lüks değil, ihtiyaçtır. Bu ihtiyaç giderilmediğinde kişi gergin ve huzursuzdur."
✔ "Organizma, her an gelebilecek dış tehdide o kadar alışmıştır ki bir an olsun kendini bırakmayı emniyetsizlik olarak görür."
✔ "Affetmek, bizi zarara uğratan birini bağışlamak, onunla artık iyi olmaya çalışmak demek değildir... Affetmek; zarara uğradığımız bir bireyin duygularımız üzerinde bıraktığı olumsuz hislerden kurtulmaktır..."
Hiç yorum yok:
Yorum Gönder