7 Mayıs 2018 Pazartesi

Elektriksiz bir həyat



     Salam əziz bloq ailəm və yazımı oxuyan digər canım dostlarım. Başımdan keçən elektriksiz bir gün (əslində bir neçə saat) nəticəsində düşündüklərim və hiss etdiklərim belə bir yazı  yazmağa sövq etdi məni.
   
    İlk öncə sizə soruşmaq istəyirəm: Sizcə elektrik enerjisinin olmadığı bir həyat necə olardı?

     Bilirəm  "bəlkə də çox daha yaxşı olardı, televizor, internet olmazdı, insanlar bir-biriylə  daha çox ünsiyyət qurardı, eyni zamanda bir çox işimizi görən və bizi tənbəlləşdirən elektriktrik alətləri olmadığı üçün daha zirək, öz işini özü görən bir insanlıq mövcud olardı hal-hazırda" kimi düşünənləriniz vardır. Ki mən də bəzən o cür xülyalara qapılırdım. 


   Amma ...
   Həmin gün səhər erkəndən oyanmışdım. Hər kəsi işə, məktəbə yola salıb günün planlamasını edirdim. Bu gün işim daha çox idi. Sevdiyim birini ziyarətə gedəcəkdim. Əvə əl gəzdirib, qab-qaşığı yuyurdum. Eyni zamanda da bir-bir ağlımdan ard-arda görəcəyim işlərin siyahısını keçirirdim. Növbəti iş evləri tozsoranlamaq idi. Vaxt itirmək olmazdı. Lakin birdən hələm-hələm olmayan bir iş oldu - elektrik kəsildi. O an çox narahat olmadım. Uzun sürməz işıqlar yanacaq indicə deyə. Amma elə ki, qab-qaşıq yumaq məsələsi başa çatdı növbəti addım üçün elektrikin olmaması böyük bir problem kimi önümü kəsdi.
   Evləri tozsoranlaya bilmirdim. Bir sonrakı  işi görüm dedim. Gedəcəyim yerə məşhur şokolad souslu keksimdən bişirəcəkdim. Mikseri işlədə bilmirəm. Bir təhər əlimdə çalsam belə bişirmək üçün sobaya qoymaq lazımdır axı.

   Paltaryuyan maşındakı paltarları sərəcəkdim. İşıq söndüyü üçün maşının işi də yarımçıq qalmışdı. Paltarları sərə də bilmirdim. 

   Uşağı yuyundurum dedim elektrik yox kombi işləmir, dolayısı ilə isti su yox. 

   Dünəndən yuyub qurutduğum gedərkən geyinməyi planladığım paltarlar səbətdə ütülənmək üçün gözlərini mənə dikiblər :) Ütüləyə bilmirəm.

    Elektrikin hələ də gəlməməsindən narahat olub bəlkə sadəcə bizim evdə sönüb qonşulardan birinə soruşum bir deyib əlimi telefona atdım (biz həyət evində yaşayırıq, bina evindəki kimi bir dəqiqəlik qapıbir qonşuya keçib soruşmaq şansımız yoxdur). Həmişə tanışlarımla whatsapp vasitəsilə əlaqə saxlayıb, əksər vaxtlarda konturu olmayan mən whatsapp üçün internetin, internet üçün isə elektrikin lazım olduğunu unutmuşdum deyəsən. 

   Və eyni zamanda telefonumun enerjisi də bitmək üzrə idi. Biz başqa bir rəfiqəmlə bir yerdə görüşüb birlikdə gedəcəkdik ziyarətə. Evdən çıxarkən telefonla xəbərləşəcəkdik. Telefonun enerjisi bitsə o işin də sonu məchul idi.
   Bir anda özümü çarəsiz hiss etdim. Və elektrikə bu qədər bağlı qalmaq ürəyimi sıxdı. Hər şeyə bir anda çarə tapan insanoğlu öz rahatçılığı üçün  ixtira etdiyi bəzi şeylərin daha sonra həyatının mərkəzinə oturacağını və onu özündən asılı hala salacağını təxmin etməmişdi, məncə.
   Çox şükür ki, elektrik kəsintisi 1-2 saat sonra aradan qalxdı. Mən də çaparaq bütün işlərimi bitirib, ziyarətə gedə bildim. Və sıxıntılı başlayan bir gün maraqlı və gözəl bir şəkildə başa çatdı.
    Doğrudur, bəlkə də yuxarıdakıların heç biri həyati önəm daşıyan işlər deyil. Amma elektrikin həyatımızdakı böyük rolunu da görmüş oldum.
   Elektriksiz həyat bəlkə də gözəl olardı-elektrik heç kəşf olunmasaydı...
Amma elektrikə alışıb bütün işlərimizi onunla həll etdiyimiz bir zamanda elektriksiz bir həyat yaşamaq məncə çox çətindir?
Bəs sizcə?

6 yorum:

  1. Ouuu elektriksiz mümkün deyill😵

    YanıtlaSil
  2. Elektrik olmayınca olmuyor valla... İnternet de olmuyor, su da kesilebiliyor, ısınmak istesen kombi ama o da elektrikle çalışıyor. İnsanların planları dahi aksayabiliyor. Aynı sende de olduğu gibi...
    Sevgiler!

    YanıtlaSil
    Yanıtlar
    1. Doğrudur, hər işimiz elektrikdən asılı imiş. Elektrik olmayınca həyat da durur. Təşəkkürlər❤❤

      Sil
  3. Yaralı yerimizdir işıq. Əslində biz yeni nəsildə günah yoxdur. Biz artıq belə öyrəşmişik adicə evdə anam əvvəllər əllə yumaın zəhmətini görmüş biri kimi maşınını necə qoruyur. Biz bilmirik o zamanları . Lampa başında qurulan süfrələrin ləzzətini. Qonşuların vatsapla deyildə ,həyətdə oturub etdikləri söhbətin dadını. Uzun sözün qısası biz əslində çox şey qazanmamisiəq elektriklə,mənim fikrimcə çox şey itirmişik . Çox ləzzətdən məhrum qalmışıq....

    YanıtlaSil
  4. Eledir birdenem. Amma artıq bu rahatlığa öyreşenden sonra elektriksiz yaşamaq qeyri-mümkün görünür insana. Dövr süret dövrüdür. Her bir işimiz bir anda hell olsun isteyirik. Bir de mence dünya durduqca insanoğlu üçün her zaman öten günler gelen günlerden daha eziz olacaq.

    YanıtlaSil