3 Eylül 2018 Pazartesi

Edam məhkumunun son günü - Viktor Hüqo



🔹️Viktor Hüqo
🔹️Fransa ədəbiyyatı
🔹️160 səhifə
🔹️Qiymət 4/5
   ✔"İçinde bulunduğu umutsuz durumda insan, zinciri bir saç teliyle bile kırabileceğine inanır."

   Bir neçə saat sonra həyatınızın sona çatacağını bilsəniz nələr düşünərdiniz? Daha çox keçmişdəki xatirələri mi zehninizdə canlandıracaq, yoxsa sizin olmadığınız bir gələcəkdə baş verəcəkləri mi xəyal edərdiniz?

   Ailənizi, varsa övladınızı, dostlarınızı, ata-ananızı, sizdən sonra onların halını düşünərək hansı hissləri keçirərdiniz? 

   Sizdən sonra yenə doğacaq günəşi, dalğalanacaq dənizi, o budaqdan bu budağa tullanaraq cəh-cəh vuran quşları, sapsarı taxıl zəmilərini, qıpqırmızı lalələri qınayardınızmı?

   Fransız yazıçı Viktor Hüqo da bir məhkumun edamdan öncə keçirdiyi hiss və həyəcanını, xəyallarını, arzularını qələmə alaraq onların halından az da olsa anlamağa təşviq edir oxucunu.

   Uzun illər öncə "Səfillər"-lə qələminə heyran olduğum yazıçının bu əsəri də olduqca təsirli gəldi mənə. Yazıçı insan psixologiyasını çox yaxşı analiz edib, hansı halda necə reaksiya verəcəyini, qəlbindən keçən duyğularını gözüylə görürmüşcəsinə işləyib əsərində. Və  bu duyğuları tərənnüm etməklə o hər hansı bir cinayətkarın məhkəmədə deyil də giyotində, hakim tərəfindən deyil də cəllad tərəfindən həm də minlərlə insanın gözü önündə reallaşdırılan edam cəzasına etirazını bildirir, əslində. Gələcək nəsillərə bir insanın həyatına bu qədər acımasız bir şəkildə son verməyin qəddarlığını anlatmaq istəyir sanki.

   Bu tərz əsələrdə ən diqqətimi çəkən məqam obraz və məkan məhdudiyyətinə baxmayaraq oxunaqlı olmasıdır. Əsərdə edama gedən bir şəxs var. Onun nə üçün həbs olunduğunu, nə üçün edam əmri verildiyini belə dəqiq bilmirik.  Sadəcə bir cinayət, bir qətldə günahlandırıldığı aydın olur sətirlər arasında. "Yazıçı hekayəsini xüsusi adlardan arındıraraq hər hansı bir cinayətə görə hər hansı bir gündə edam ediləcək hər hansı bir cinayətkarı müdafiə etməklə kifayətlənmişdir."

   Ətrafında 5-6 məhbus obrazı var bir-bir qarşımıza çıxan və xəyallarına gələn keçmiş yaxınları. Bir də azadlıqdan uzaq, qaranlıq, ürküdücü zindan divarları. Əslində yetəri qədər ürək sıxan bir mənzərə canlanır gözlər önündə, deyilmi? Amma əsəri sona qədər oxuyursan. Çünki gerçək söz sənətkarının qələminin məhsuludur.
   Hər şeyə rəğmən hər günümüzü aydınladan parlaq günəşin, mavi səmanın, xırmandakı çiçək-böcəyin, yol kənarında toz altında itib-batmış otların, qısacası, həyatınızın qədrini bilmək, yaşamağın gözəlliyini duymaq istəyirsinizsə və insan həyatının dəyərini, nə olur olsun bir həyata son verməyin dəhşətini anlamaq istəyirsinizsə bu əsəri oxuyun deyərdim.

Seçdiklərim:

   Ne! Güneş, ilkbahar, çiçeklerle dolu tarlalar, sabah uyanan kuşlar, bulutlar, ağaçlar, doğa, özgürlük, hayat, bunların hiçbiri artık bana ait değil mi?
                         ***

   Ölecek olan benim! Ben, burda duran, yaşayan, hareket eden, nefes alan, başka bir masaya benzeyen ve başka bir yerde de olabilecek bu masada oturanla aynı kişi, ben, şu dokunduğum, hissettiğim, elbisesinin etekleri işte böyle kıvrılan ben!
                         ***

   Ah! Birkaç saat içinde ölmek, bir sene önce böyle bir günde özgür ve tertemiz olduğumu, sonbahar gezintilerimi yaptığımı, ağaçların altında aylak aylak dolaştığımı ve yapraklar arasında yürüdüğümü düşünmek!

1 yorum:

  1. Harika bir eser, daha önce okumuştum. Okuduktan sonra benim başıma gelse, son günümü nasıl geçiririm diye düşünmüştüm. Tanıtım için teşekkürler.

    YanıtlaSil