19 Kasım 2018 Pazartesi

Səhər yuxum / Ahmet Batman



   Yeni bir kitab rəyi ilə qarşınızdayam dəyərlilərim! 

   Sosial şəbəkələrdə rast gəldiyim Ahmed Batmana aid cümlələr diqqətimi çəkirdi həmişə. Məncə bu adam yazmağı, xüsusən, bəzi duyğuları ən dərindən hiss edib, bu hiss etdiklərini yazıya tökməyi bacarır. 


   Ona görə də yazıçının kitabı mənə alındığında çox sevindim. Türkcə orginal adı "Sabah uykum" olan kitabın mənə azərbaycan dilindəki variantı "Səhər yuxum" alınmışdı.
   Gəl gör ki, kitab gözlədiyimi mənə vermədi, məni içinə almadı, bəzi kitablarda olduğu kimi kənardan- kənardan oxudum, nə oxuduğumu çox hiss etmədən, dərk etmədən. 

   Amma yazıçını günahlandırmaq istəmirəm. Belə kitaba əcnəbi qalmağımın bir neçə səbəbi var.

   Birincisi, bu kitabla tam olaraq mən bunu anladım ki, hədsiz romantika mənlik deyil. Nəsə sırf dünyəvi sevgidən bəhs edən, sevdiyi əkscins üçün ölüb bitən və bu duyğularını bəzəyib-düzəyib ortaya qoyan əsərlər mənə şişirdilmiş duyğu yumağı kimi gəlir və gərəyindən çox sentimentallıq təsiri bağışlayır. Bəzilərinin bəlkə də ən gözəl, ən təsirli hesab etdikləri fikir və cümlələr mənə yapışmır, yad gəlir beləcə. Bunu daha öncəki postların birində Miraç Çağrı Aktaşın "Bana seni seviyorum deme hissettir" kitabına yazdığım rəydə də qeyd etmişdim.
   İkinci səbəbi isə kitabı orijinal dilində deyil dilimizə tərcüməsini oxumağımdır. Ümumiyyətlə, bütün dünya yazıçılarını öz yazdıqları dildə oxuya bilmək kimi utopik bir arzusu olan mən, bizə çox yaxın, hamının rahat şəkildə anlaya bildiyi türk dilində olan kitabları dilimizə tərcümə etməyi çox lüzumsuz görürəm. Bu kitabda, tərcüməçi qardaş bizdən inciməsin, söz tərcüməsi vardı sadəcə. Hisslər, duyğular itib batmışdı bu sözlərin arasında. Qısacası, hiss edə bilmədim... Dərk edə bilmədim... 

   Amma sizin üçün bəyəndiyim bir neçə cümləni də qeyd edib götürdüm. Bir qisminin tərcüməsinə dözməyib düzəliş etdiyim bu cümlələrlə sizi baş-başa buraxıb sağollaşıram.

***
Mənə elə cümlələr saxla ki, oxuduqca sən olum.

***
Ağrı-acılar beynin sənə qıya bildiyi qədəridir...

***
Nəfəs alırmış kimi darıxdıqlarımız, bir ömür boyu qəlbimizdə gizlədiklərimiz var.

***
Tam sənlik bir halım var.
Sənə yaxınlaşan, məndən uzaqlaşan...
Mən sən olub sənə doğru gələrkən sən kim olub qaçırsan məndən?

***
Və unutma ki, tor hər zaman dənizdən kiçikdir, mütləq qaçırtdığın balıqlar olacaq.

***
Səni mənə gətirməyən yolların da bir bildiyi vardır.

***
Bəlkə də bir nəğmənin notları olaraq doğulduq.
Səni nəğmənin sonuna, məni nəqarət yerinə qoydular bəlkə...
Dillərdə mən dolaşdım, ancaq həmişə sonum sən oldun.
Bitməsəydin yaxşıydı, lakin mümkün deyildi...

***
Əgər edə bilsəydim səninlə üst sətirlərin arasında yaşamaq istərdim. Yerimiz geniş olsun, arada başqa sətirlərə də keçək və heç kəs bizim gizləndiyimiz kitabı oxumasın...

***
Yarımçıq qalası olsaq, yarım səndə qalsın...

***
Dünya torpaqdan ibarətdir, bu gün üstündə yatırıq, sabah altında.

***
Sən mənim yerinin dolmasını istəməiyim boşluğumsan.

***
Kəşf edə bilmədiyimiz eşqlər və qəlbimizi tapa bilmədikləri üçün başqa yerlərdə gizlənənlər var.

***
Aldığın nəfəs onu başqasıyla paylaşa bildiyin qədərdir. Sən özünə birisini qata bildiyin qədərsən.

***
Yolun açıq olsun, ən çox da mənə dönən tərəfi.

***
Bəlkə də eşq mənim olanın sənin olması, sənin olanın məndə yaşamasıdır.

***
Bizimki eşqin duran halı idi. Mən sənə kökləndim, saatları sənə uyğun qurdum. Gülüşümü gəlişinə saxladım, gəlişini bəlkə də son nəfəsimə...

***
Kişi beyni düşünər, qadın beyni hiss edər və hisslər düşüncələrdən həmişə irəlidədir.

4 yorum:

  1. Yazdıklarına katılıyorum Umman. Yazarın kalemi çok güzel ancak dünyevi sevgi, hisler çok anlatılıyor bu doğru. Ben daha önce kitaplarını okumadım ancak sosyal medyada alıntılarını fazlaca görürdüm.

    YanıtlaSil
    Yanıtlar
    1. Bəli, bəlkə də bir çox insana qəribə gəlir düşüncələrim. Amma mənim çoxca sevgidən (xüsusən qarşı cinsə) bəhs edən kitablara qarşı bir antipatiyam var😊 Bəlkə də yaşımız o yaş deyil artıq ona görə😉❤

      Sil
  2. Bu kitabı pdf olaraq oxumuşdum. İlk səhifələrini oxuduqdan sonra məndə yarımçıq qoyub, tamamlamışdım. Haqlısınız məndə dünyəvi sevgiyə bu qədər önəm verən kitabları qətiyyən oxuya bilmirəm. Və yaşınızla heç bir əlaqəsi yoxdur çünki 20 yaşı olan mənədə eyni ilə sizin kimi təsir etmişdir. Önəmli olam ruhən gənc olmaqdır.

    YanıtlaSil