27 Mayıs 2017 Cumartesi

Ramazanla yeni həyata...

       
   Şükür, bir Ramazana da çıxardı bizi Rəbbimiz. Günahlı savablı bir ili də geridə qoyduq.
  
  Yeni ilimiz Ramazanla başlayır əslində. Ramazan yeni bir həyata, tərtəmiz bir səhifəylə başlamağa imkan yaradır çünki. Bütün ildə üzərimizə çökən kiri-pası bu ayda təmizləmək şansı verib Rəbbim bizə.
   
   Bircə ay... On iki ayın bircə ayı... Etdiyin savablara digər vaxtlardan fərqli olaraq 70 qata qədər artıq savab yazıldığı ay...

   Bizə Rəbbimizi, onun qulu olduğumuzu ən çox xatırladan ay... Nəfsimizə ən yaxşı hökm edə bildiyimiz ay... Quranı haqqıyla oxuyub anlaya biləcəyimiz, mənəvi feyzlər ala biləcəyimiz bir ay...
   
   Aylardır yüklədiyimiz mədəmizin şəfa bulduğu bir ay... Acların halını anlaya bildiyimiz, nemətlərin dəyərini gördüyümüz,  bir qurtum suyu belə sevdiyimiz, bütün qəlbimizlə Ona döndüyümüz bir ay...
   
   Salavatlarımızla yer üzü üzü suyu hörmətinə yaradılmış gül üzlü Peyğəmbərimizə daha da yaxınlaşdığımız bir ay...
   
   Bu bircə ayı dəyərləndirməmək necə böyük nəsibsizlik, necə böyük bir itkidir düşününcə...
  
  Ramazanı haqqıyla yaşamaq, yalnız mədəmizlə deyil, dilimizlə, gözümüzlə, qulağımızla oruc tutmaq və bu bir ayda qazandığımız fəzilətləri digər Ramazana qədər sürdürmək bir başlanğıc deyilmi?

   Ramazanla yeni bir həyata başlamağa nə deyirsiniz? Günahlarımızın bir çoxundan arınmış bir şəkildə yeni bir səhfə açaq önümüzdə... Digər Ramazana qədər diqqətli yaşamaq üçün söz verək özümüzə... Mən verdim belə... Siz necə??? Verdinizsə sizin də yeni iliniz, yeni həyatınız mübarək olsun...

18 yorum:

  1. Ramazanınız mübarek olsun.:)

    YanıtlaSil
  2. :)) Maşallah ən tez aldığım və ən tez cavabladığım bir yorum olaraq keçdi bloq tariximə :)
    Sizin də Ramazanınız mübarək olsun! ♡♡♡

    YanıtlaSil
  3. Her ramazan bu sefer daha dikkatli olacağım diyorum ama hiç olmuyor.. Bu sefer inşallah..

    YanıtlaSil
    Yanıtlar
    1. İnşallah canım. Niyyət əməlin yarısıymış. Niyyət edək ən azından.

      Sil
  4. Ruhum inanılmaz huzurlu, mutfağım çok çok bereketli, işlerim her zamankinden hızlı oluyor ramazanda. Kocaman sofralarda sevdiklerimizle birlikte huzurlu mutlu iftarlar yapalım, durulup dinlenip kendimizi bulalım :)

    YanıtlaSil
    Yanıtlar
    1. Saydıqlarınızın eynisi bizdə də olur. Ramazan bərəkəti söz gəlimi deyilməyib, hər halımızla hiss edirik onu. Amin deyirəm diləyinizə də... Heç bir süfrə ruzisiz və qonaqsız olmasın inşallah.♡♡♡

      Sil
  5. Hayırlı Ramazanlar. Rabbim evlerimizin bereketini arttırsın, oruçlarımızı kabul eylesin. :)

    YanıtlaSil
  6. :) hayırlı ramazanlar canım

    YanıtlaSil
  7. Hayırlı Ramazanlar. Ne güzel bir blogunuz var. Takipteyim artık. Yazılarınızı zevkle okuyacağım. Sevgiler.

    YanıtlaSil
    Yanıtlar
    1. Xoş gəldiniz :) Gözəl sözlərə görə minnətdaram. Hər zaman gözləyirik :)

      Sil
  8. Hayırlı Ramazanlar, yüreğinize sağlık

    YanıtlaSil
  9. Ramazan bayramınız mübarək , inşallah elə bir müqəddəs ay keçirərsiniz ailənizlə birlikdə ayın sonunda cəhənnəm atəşindən xilas olanlardan olarsınız💓💕💖

    YanıtlaSil
    Yanıtlar
    1. Ahh inşallah birdənəm. Rəbbim cümləmizi xilas olanlardan etsin.

      Sil
  10. Hayırlı Ramazanlar :) Bana da beklerim

    YanıtlaSil
  11. Hayırlı ramazanlarımız olsun, tuttuğumuz oruçlarımız, ettiğimiz dualarımız, yaptığımız ibadetlerimiz kabul olsun inşallah 🙏
    Ramazanın yeri hep ayrıdır! O huzuru çok seviyorum! Allah nicelerini nasip etsin hep birlikte.
    Ve aynen dediğin gibi bembeyaz bir sayfa açalım bu vesileyle... ❤

    YanıtlaSil