31 Aralık 2020 Perşembe

2020-nin hesabatı...

  


   Beləcə, bir ili də başa vurduq... Necə bir il oldu, ilahi... Yaxşısı ilə pisi ilə yaddaşlard unudulmaz iz qoydu 2020... Pandemiya ilə bambaşqa bir dünyada yaşadıq bu il, sonra müharibə, sonra qələbə... Qazandırdığı bir çox şey oldu bizə, eynən itirdiyimiz kimi... Qələbə qazandıqlarımız içində ən dəyərlisi oldu... 30 illik həsrətə məhz 2020-də son qoyduq. Və öyrəndiklərimiz oldu. Dünya həyatının düşündüyümüz qədər dəyərli olmadığını, həyatımızın bir tükdən asılı olduğunu, sevməyin, birlikdə olmağın, sərbəstcə gəzməyin nə böyük nemət olduğunu öyrəndik. 

   Mənə nə qazandırdı 2020? Bir çox mənəvi qazanclarım oldu bu il, bir aydınlanma dövrü olduğunu deyə bilərəm😇. Amma anladaraq uzatmaq istəmirəm doğrusu.  Çünki bu yazı bir il boyunca oxuduğum kitabların hesabatıdır özümə. Odur ki, başqa şeylərə çox girmək istəmirəm.

   Bu il ilk dəfə olaraq 2021 hədəflərindən də söz etməyəcəm. Çünki 2020 bizə həyatla bağlı çox plan qurmamağı hər şeyin İlahi təqdirə bağlı olaraq irəlilədiyini və biz nə qədər özümüz üçün hədəflər qoysaq da heç bir şeyin əlimizdə olmadığını elə gözəl bir şəkildə isbat etdi ki... Əlbəttə, özüm üçün düşündüyüm, həyata keçirmək istədiyim bir çox şey var, amma bunları təvəkkül duyğusu və təmkinlə, ən azından yaşayacağımız dünya şərtlərinə uyğunlaşdıraraq reallaşdırmaq nəsib olar deyə ümid edirəm. Qısacası, anlayacağınız kimi, artıq heç bir şey üçün iddialı deyiləm😊.

   Unutmadan onu da qeyd edim, bu ilki qədər həyatım boyu film izləməmişdim. Ən az 50 film izlədiyimi deyə bilərəm. Eyni zamanda bəzi seriallara da baxıb bitirmə imkanım oldu. Yadımda qalanları qeyd edirəm unutmayım deyə:

1. İn Treatmant

2. Black Mirror

3. Anne with an "e"

4. Sherlock Holmes

5. 13 reasons why

6. Dark

7. Unorthodox

   İzlədiyim film seriallar da həqiqətən mənə çox şey qatdı. Ümid edirəm ki, 2021-də də izləmə imkanım olar. 

   Oxuduğum kitabların siyahısını ən sona qeyd edirəm öncə bəzi kateqoriyalar üzrə ayırmaq istəyirəm.


Oxunan ümumi kitab sayı :  41 📚

Bədii : 31kitab 📖

Psixoloji və şəxsi inkişaf : 10 kitab 📌

Uşaq ədəbiyyatı : 6 kitab 🧸

Ən çox oxunan müəlliflər : Alfred Adler (2), Adem Güneş(2), Frans Kafka(2), Stefan Zweig(2), Frensis Börnet(2) 🖋

Yeni kəşf etdiyim yazıçılar : . Jose Saramoga, Michael Ende, Ayfer Tunç, Michelle Cohen Corasantı 🖊

Favoritlərim : 💞

1. Cek London / Martin İden    

2. Paulo Coelho / Simyacı   


2020 -də oxunanlar

  • 1. Gülseren Budayıcıoğlu / Hayata dön
  • 2. Virginia Woolf / Kendine ait bir oda
  • 3. Alfred Adler / Yaşamın anlam ve amacı
  • 4. Coşğun Kərimov / Kvan
  • 5. R.J.Palacio / Mucize
  • 6. George Orwell / Hayvan Çiftliği
  • 7. Cek London / Martin İden
  • 8. Jose Saramoga / Bilinmeyen adanın öyküsü
  • 9. Frans Kafka / Dönüşüm
  • 10. Frans Kafka / Milenaya mektuplar
  • 11. Alfred Adler / İnsanı tanıma sanatı
  • 12. Peyami Safa / Yalnızız
  • 13. Livaneli / Huzursuzluk
  • 14. Adem Güneş / Bırak ve rahatla
  • 15. İlhami Algör / Fakat Müzeyyen Bu Derin Bir Tutku
  • 16. Michael Ende / Momo
  • 17. Sam Horn / Tongue Fu
  • 18. Stefan Zweig / Bir Kadının Yaşamından Yirmidört Saat
  • 19. Jane Austen / Akıl ve Tutku
  • 20. Orhan Pamuk / Kırmızı Saçlı Kadın
  • 21. Adem Güneş / Çocuk Eğitiminde Doğru Bilinen Yalnışlar
  • 22. Sinan Akyüz / Yağmurun Gelini
  • 23. Burak Aksak / Leyla ile Mecnun
  • 25. Ayfer Tunç / Aziz Bey Hadisesi
  • 24. İsmail Acarken / Enneagram
  • 26. Gülseren Budayıcıoğlu / Kral kaybederse
  • 27. Müthiş Psikoloji / Hayır Diyebilme Sanatı
  • 28. Hacı Şahin / Haradan başlamalı
  • 29. Alexandre Dumas / Kamelyalı kadın
  • 30. Stefan Zweig / Mariya Antuanet
  • 31. Alı Benjamin / Hayalet kalp
  • 32. Hasan Ali Toptaş / Bin Hüzünlü Haz
  • 33. Mark Wolynn / Seninle başlamadı
  • 34. Sait Faik Abasıyanık / Alemdağ'da Var Bir Yılan
  • 35. Michelle Cohen Corasantı / Badem Ağacı
  • 36. Selma Laqerleyf / Nilsin vəhşi qazlarla qəribə səyahətləri
  • 37. Elinor Porter / Pollianna böyüyür
  • 38. Canni Rodari / Çipollinonun macəraları
  • 39. Paulo Coelho / Simyacı (Kimyagər)
  • 40. Frensiz Börnet / Balaca prinses
  • 41. Frensiz Börnet / Sirli bağ

   Belə... Bəs sizin üçün necə keçdi 2020? Nələr oxudunuz, nələr izlədiniz yorumlara yazın biz də bilək.

   2021 ilə bağlı çox arzularım yoxdur doğrusu. Sevdiklərimizlə qucaqlaşa, rahatlıqla görüşüb, gülüşüb, söhbətləşib yemək yeyə biləcəyimiz, hər an aramızdan birini itirmə qorxumuzun olmadığı normal bir il olsun yetər... Hər birinizə sağlıq və sevinc dolu normal bir il arzulayıram...

4 yorum:

  1. Sherlock Holmes ve Dark dizileri çok güzeldi. :)
    2020 yılı senin için kitap okuma açısında çok verimli olmuş. Ben pek fazla okuyamadım. :') Daha iyisi bu yıl için olur inşallah.
    Seni son yazımda mimledim bu arada, sevgiler! ^-^

    YanıtlaSil
    Yanıtlar
    1. Bu il men de kitab oxuma performansımı beyendim. Ümid edirem yeni ilde her şey üreyinizce olar. Minnetdaram ziyretlerine göre. Gec xeberdar oldum, amma derhal baxıram mim üçün. Teşekkürler.❣⚘

      Sil
  2. Salamlar:)

    2020 de men demek olar ki çox az kitab oxudum. Qeyd etdiyiniz kimi çox çetin bir il oldu bütün dünya üçün. 2020nin evvelinde pandemiya xeberi ile birge ailemizin +1 olacağını öyrendik ve qelebe xeberleri ile qucağımıza aldıq ��
    Çetin amma öyredici il oldu. Axı imtahan asan proses deyil, bu da bizim imtahanımız oldu, kimisi çox şey öyrenib çıxdı, kimisi heç ne..

    Öyrenenlerden olduğumuz üçün şanslıyıq!

    Sağlam qalın! Yeni ilimizde heyat çetinlikler vermesin inşallah!

    YanıtlaSil
    Yanıtlar
    1. Salammm :) Her defe yorumunuzu görmek meni çox sevindirir inanın. Ailenizin bir üzvünün de artması sizin üçün bu ili çox daha anlamlı edib, eminem. Tebrik edirem.💐 Beli qelebe bütün xalqımız üçün bu ilin en gözel, hetta tek müjdesi oldu. Çetin bir il oldu, amma düşününce mene belke de en çox şey qatan il oldu. 2021-de çox daha gözel günlerimiz olsun. Çox-çox sevgiler. ❤⚘

      Sil