4 Ocak 2017 Çarşamba

Asan keks (mürəbbəli)

    Hər kəsə yeni ilin ilk günlərindən salamlar. Bu aralar günlər günəşli keçsə də havada qışın şaxtası hiss olunur əməlli-başlı. Hələ bir də axşam oldumu hər yer buz bağlayır. Belə havada evdə oturub heç yana çıxmaq istəmir insan. Adyala bürünərək bir  tərəfdə oturmaq,  əlindəki bir fincan isti çay və ya qəhvəni içərkən qurtum-qurtum ən sevdiyin kitabın maraqlı dünyasında qeyb olmaq istəyirsən... Çayın yanında ləzzətli bir keks də oldumu dəyməyin keyfimə :) Bu gün sizi çox yormadan asan başa gələn, eyni zamanda çox ləzzətli və maraqlı bir keks resepti ilə tanış etmək istəyirəm. Bir də gördünüz ürəyiniz istədi və ya uşaqlar sizdən bir şirniyyat hazırlamağınızı xahiş etdi, amma, baxdınız ki, evdə şəkər qurtarıb. Yəqin ki, həmən vaz keçərsiniz bişirməkdən. Eee şəkərsiz şirniyyatmı olar? Qaldı sabaha -deyə düşünməyin bu resept elə tam belə ekstrimal günlər üçündür. Nə isə çox uzatdım keçirəm keksimizə.




Lazım olan ərzaqlar:
3 yumurta
2 stəkan mürəbbə
1 stəkan süd
1 stəkan duru yağ
2 stəkan un
1 qabartma tozu
1 vanel



Hazırlanma qaydası:


Əvvəl yumurtalar mikserlə aşağı xodda bir az çalınır.
● Sonra üzərinə mürəbbə də əlavə olunub daha yüksək xodda 5-10 dəqiqə təkrar çalınır.
● Üzərinə ardıcıllıqla süd , yağ, ən axırda isə un, qabartma tozu və vanel əlavə olunur.
● Yağlayıb, unladığınız istədiyiniz formalı keks qəlibinə tökülür
● Əvvəlcədən isidilmiş 175 °-li sobada ustü qızarana qədər bişirilir.
● Bişdikdən sonra bir az soyumuş keksin üzərinə nazik təbəqə şəklində mürəbbə suyu çəkilir. Xırda doğranmış qoz və ya fındıq səpilir.
● Vəəəə bu qədər... Keksimiz hazırdır. İsti çayın yanında nuşi-canla yeyilir:)

Qeyd: İstədiyiniz mürəbbədən istifadə edə bilərsiniz. Mən əlimdəki meyvəsiz mürəbbə suyunu dəyərləndirdim. Lakin meyvə dilimli və ya giləli mürəbbə ilə daha mükəmməl bir ləzzət əldə olunacağına əminəm. Sadəcə istifadə edəcəyiniz mürəbbənin meyvələrinin tumlu olmamasına diqqət edin. Allah eləməmiş dişlərimiz gedər arada:)))

    Sevgilər....

19 yorum:

  1. Ellerine saglıq.menimde evde meyveleri bitmiş ne qeder desen mürebbe şiresi var.yaxsı reseptdi.tenbellik etmeyib hemen bişirecem.

    YanıtlaSil
    Yanıtlar
    1. :) Maşallah bacı mən yorumu görənə qədər bişirib dadmısan belə. Hızına hayranım:)

      Sil
  2. sizi takipteyim :) benim bloguma da beklerim

    http://gezgiccift.blogspot.com/

    YanıtlaSil
    Yanıtlar
    1. Çok teşekkür ederim. Hemen ziyaret ediyorum bloğunuzu.

      Sil
  3. Blogunuzu Deep Tone'un bugünkü blog tanıtımından öğrenip uğradım takip edebilmek için. Merhaba :)

    YanıtlaSil
    Yanıtlar
    1. Öylemi??? Benim sayenizde haberim oldu Deep Tone-un bloğumu tanıtmasından:) Hemen bakayım bir. Çok teşekkür ederim ziyaretiniz ve yorumunuz için. Ben de kısa sürede geliyorum bloğunuza.Sevgiler...

      Sil
  4. Həm Deepin tanıtımınına görə,həm də yazdığınız gözəl şərhlərə görə bu gün burdayam.
    Nə gözəl bloqdur.Abonə oldum.Artıq tez-tez ziyarət edərəm buranı. :)

    YanıtlaSil
    Yanıtlar
    1. Təşəkkürlər Aysel.Mən də tez-tez ziyarət edirəm bloqunuzu. Anladığım mövzularla bağlı postlara mütləq şərh yazmağa çalışıram. Çox sağ olun ziyarətin iz və xoş sözləriniz üçün :*

      Sil
  5. Blogunuzu Deep Tone'un tanıtımından gördüm sizi takipteyim bloğunuzun bir yılı hayırlı olsun bana da beklerim sevgiler :)

    YanıtlaSil
    Yanıtlar
    1. Sağ olun, var olun. Hemen gidiyorum bloğunuza.Sevgiler...

      Sil
  6. heeey kek tarifi oleeeeey deneriim :)

    YanıtlaSil
    Yanıtlar
    1. :) Vallahi biz çox sevdik. İnşallah siz də sevirsiniz.

      Sil
  7. Mmmm...nefis bir tarif, harika görünüyor, eline sağlık Umman'cığım, afiyet bal olsun.
    Sevgilerimle...:)

    YanıtlaSil
  8. Çox təşəkkür edirəm. Yaxın olsanız da ikram etsək kaş ki :)

    YanıtlaSil
  9. Yanıtlar
    1. Ooo sən çox xoş gəlmisən ay bacı! Bilirəm ən gözəl şəkildə bişirərsən sən... Bircə vaxtımız olsa :))

      Sil
  10. Çox gözel bişirecem indi 🥰

    YanıtlaSil