26 Ocak 2017 Perşembe

Məşhur "Polyanna"nı, nəhayət, mən də oxudum :)

                        
     Oxuduğum bir kitab haqqındakı yazı ilə yenidən sizinləyəm. Polyannanı yəqin ki, bir çox insan oxuyub. Lakin mən bu əsər və qəhrəmanı  Polyanna haqqında sadəcə eşitmişdim. Yenə bir təvafüq nəticəsində onu oxumaq mənə də qismət oldu. Kitabı az səhifəli və axıcı olduğundan, həm də tez bir zamanda qaytarmalı olduğum üçün oxuduğum romanı yarım saxlayıb bir günə qurtardım və çox sevdim doğrusu (bu arada əslində nazik kitabları oxumaq daha rahatmış, mənim oxuduqlarım o qədər qalın olur ki, bitirməyim həftələr çəkir :( )

     Əsər Amerikalı uşaq yazıçısı Eleanor Porter tərəfindən  1913-cü ildə yazılıb. Qısa zamanda "Polyanna" bir uşaq ədəbiyyatı nümunəsi olaraq uşaqların, xüsusən, də qızların sevimli əsərinə çevrilib. Roman çap olunandan sonra qəhrəmanı Polyannanı ədəbiyyatçılar ən nikbin ədəbi personaj adlandırmışlar. Hətta psixologiyada "Polyanna sindiromu" deyilən bir anlayış da meydana gəlmişdir. Bütün bunları kitabın arxasında yazılmış məlumatlardan öyrəndik.
    "Polyanna"  11 yaşında yetim qalmış və vaxtilə zəngin olan anasının kasıb bir oğlanla ailə qurmağını heç cür bağışlaya bilməyən və illərdir küsülü olduğu xalası tərəfindən ictimai qınaqdan qurtulmaq üçün himayəyə götürülən bir qızın hekayəsidir. Qızın qeyri-adi xasiyyəti, təmiz qəlbi bir müddət sonra sərt və soyuq xalası Polli Harrinqtonu da yumşaldır. Xüsusən onun atasının öyrətdiyi "Məmnunluq oyunu" Polyannanı yaşadığı şəhərdə tezliklə məşhur edir. Bu oyuna görə insan həyatında başına gələn bütün hadisələrin gözəl yönünü tapa bilməlidir. Hətta həmin hadisələr nə qədər çox ağır olarsa, oyun bir o qədər də maraqlı alınır. Əslində bizim bildiyimiz "hər şərdə bir xeyir var" məntiqinin daha əyləncəli və asan anlaşılabilir halı işlənib əsərdə. Bu oyun sayəsində Polyanna həmişə şəndir, gümrahdır, həyatcanlıdır. Eyni zamanda bu əhval-ruhiyəsi ilə ətrafındakılara da sevinc qaynağıdır : xalası Pollinin soyuq və cansıxıcı həyatına isti nəfəs gətirir, qaraqabaq və qaradinməz Con Pendeltonun özünəqapanıq xasiyyətini dəyişdirir, həyatdan küsmüş, deyingən bir yataq xəstəsi olan xanım Snouya ondan daha ağır vəziyyətdə olanlardan danışıb, həyatında gözəl şeylərin də olduğunu göstərib onu bu əzabdan xilas edir, yetim Cimmi Binin isti bir evdə rahat bir şəkildə yaşaması üçün əlindən gələni edib, axırda buna müəəssər olur və nəhayət ən sonunda illər öncə küsüb ayrılmış xalası və Tomas Çiltonun barışmasına səbəb olur. Yazıçı beləliklə, həyata pozitiv yanaşıb, stəkanın dolu tərəfini görənlərin, başına gələnlər üçün səbir edib, hər şeydə şükür etməyə səbəb tapanların həm özlərinin, həm də ətrafindakıların həyatına necə müsbət təsir edəcəyini açıq-aydın göstərib. Bu baxımdan romanı uşaqlara və hətta böyüklərə də mütləq bir şəkildə oxudulacaq bir əsər olaraq qiymətləndirmək olar. Əminəm ki, hər kəs ordan özünə bir pay çıxarıb, həyata baxışını yenidən bir nəzərdən keçirəcəkdir.
Bizdən bu qədər... Sevgilər... 

25 yorum:

  1. Güzel yazınız için elinize sağlık

    YanıtlaSil
  2. Çocukken okumuştum, sonradan filmini de izledim. Bayılırım çok güzeldir. Keşke filmini yeniden çekseler dedim yazını okuyunca ne güzel olurdu. :)
    Sevgiler..

    YanıtlaSil
    Yanıtlar
    1. Məncə də çox gözəl olardı. Filmi Disney tərəfindən çəkilib.Amma çox köhnə filmdi.Yenisi çəkilsə mükəmməl olardı. Çünki bu əsər hər dövr üçün aktualdır.Gözəl yorumunuz üçün təşəkkürlər.

      Sil
  3. mende usaqlara oxumaq üçün hansı kitabı alsam deye düşünürdüm.içeriyini bilmediyim her hansı bir kitabı onlara alarkan canım cox sıxılır.Bu kitabı alım o zaman,oxusunlar.Teşekkürler gözel bilgilendirmen üçün💗

    YanıtlaSil
    Yanıtlar
    1. Mütləq bacı.Şiddətlə tövsiyə edirəm. Abışım oxudu, baxmayaraq ki, oğlandı çox bəyənmişdi. Bir az da onun söylədiklərindən həvəsə gəlib oxudum.Öpdüm çoxca.

      Sil
  4. Cocukken okudugum ve hala unutmadigim cok tatli bir kitap. Paylasim icin dee kocaman tesekkurler. 😊❤

    YanıtlaSil
    Yanıtlar
    1. Məncə də çox gözəl kitabdır.Mən təşəkkür edirəm.♡

      Sil
  5. En sevdigim cocuk kitabiydi. Hala evde durur.

    YanıtlaSil
    Yanıtlar
    1. Hər kəs oxuyubmuş. Bir mən qalıbmışam :) Yaxşı ki, oxudum amma.Bunu gələcək nəsillərin hamısına oxutmaq lazımdır.

      Sil
  6. Bende iki kere okudum her seferinde başka şeyler çıkardım gerçekten çok güzel bir kitap 😊

    YanıtlaSil
    Yanıtlar
    1. Polyanna anladığım qədəriylə Türkiyədə çox məşhur imiş. Uşaqlıqdan çox kitab oxuyan biri olaraq bu əsəri hələ indi oxuduğuma görə bizdə çox tanınmır demək ki. Amma bütün uşaqlara mütləq oxutmaq lazımdır. Ziyarətiniz və yorumunuz üçün təşəkkürlər.

      Sil
  7. İçimde her zaman küçük bir Polyanna vardır benim ve bardağın dolu tarafından bakmayı severim 😊. Polyanna çok güzel bir kitap ara ara tekrar okurum 😊. Emeğine sağlık sevgili Umman paylaşım için çok teşekkürler Sevgilerimle 😊

    YanıtlaSil
    Yanıtlar
    1. Bu sıcacık yorumunuz üçün mən çox təşəkkür edirəm. İçinizdəki Polyannanı ta burdan hiss edə bildim:) Sevgilər.

      Sil
  8. ben hiç okumadım sanırım, hatırlamıyorum. Sadece dinlediklerimden biliyorum polyannayı. Merak ettim sizin yazınızı görünce :)

    YanıtlaSil
    Yanıtlar
    1. Yaa.. Demək ki, məndən başqa da oxumayan varmış:) Hələ də gec deyil.Oxuyun məncə mütləq.Təşəkkürlər.

      Sil
  9. Teessüf ki oxumamışam.Amma oxumaq isterdim.İnşaallah yaxın zamanda kitabı tapın oxumağı düşünürem.Uşaqlara da oxutdurmaq isterdim.Cünki indiki uşaqlar heyatlarından pek memnun deyirler.Belke bu kitabı oxuyandan sonra heyatı anlayacaqlar.Teşekkürler

    YanıtlaSil
    Yanıtlar
    1. Mütləq oxutmaq lazımdır bacı. Düzdü sanki qız uşaqlarının daha çox sevəcəyi bir kitabdır amma bizim Abdullaha maraqlı gəlmişdi.

      Sil
  10. InsAllah oxumaq mene de nesib olar

    YanıtlaSil
    Yanıtlar
    1. Oxuyunca yorumunu da gözləyəcəm birdənəm.

      Sil
    2. imtahan bitsin oxuyacam

      Sil
    3. Gözəl kitabdı.Tövsiə edirəm

      Sil
    4. Mence de. Her kes oxumalıdır. Teşekkürler.

      Sil
  11. Super kitabdır , insana xoş təsərrüat bağışlayır.Hamınıza tövsiyyə edirəm.

    YanıtlaSil
    Yanıtlar
    1. Eynen. Cesaretlendirir ve heyata daha pozitiv baxmağı öyredir. Yorum üçün çox teşekkür edirem.

      Sil