6 Nisan 2017 Perşembe

Qısqanclıq - dəyər verməkmi, dəyərdən salmaqmı?


       
   İnsanın daxili sirli-sehirli bir aləmdir.  Duyğular, hisslər bu aləmin  bir-birindən fərqli, hətta bəzən bir-birinə zidd , lakin eyni yerdə bərabər,  əl-ələ qərar tutmuş  sakinləridir. Bu aləmdə sevgi də var,  kin də, şəfqət də var, nifrət də... Lakin bu hisslərin dozası , səviyyəsi hər insanda fərqlilik kəsb edir.
Bəzisinin qəlbində sevgisi hər şeyi üstələyir, bəzisinin nifrəti, biri hər şeyə kin güdərkən, bir başqası şəfqəti ilə sarılır ətrafındakılara. Amma dozası nə olursa olsun, hər kəsin içində bütün duyğuların rüşeymi var.  Yəni nə qədər sevgi dolu biri olsa da həmin insanın qəlbində əslində kin də var, nifrət də. Və düşünsək ki, Rəbbimiz bir zərrəni belə boşuna yaratmayıb, deməli, bizim xoşagəlməz kimi baxdığımız həmin xüsusiyyətlər də əslində bir hikmətə görə qoyulub insanın daxilinə. Bizə düşən sadəcə hər duyğunu öz yerinə və yaradılışına uyğun istifadə etməkdir.

   Qısqanclıq da belə duyğulardan biridir. Qısqanclıq bəzən başqasına edilən paxıllıq, gözügötürməməklik kimi də anlaşılır. Lakin mən bu qısqanclıqdan deyil, ailədaxili, ər-arvad münasibətlərindəki qısqanclıqdan danışmaq istəyirəm.

   Qısqanclıq həyat yoldaşı ilə bağlı şübhələrin qəlbdə yaratdığı, daha çox sahiblənmə, başqaları ilə paylaşa bilməmək və sevdiyini itirmək narahatlığı ilə bağlı olan bir duyğudur. Bu şübhələrin və narahatlığın mahiyyəti müxtəlif ola bilər. Yəni daha ciddi məsələlərdən başlayıb, ən xırda detallarda da özünü göstərə bilir.

   Qısqanclıq yaxşı duyğudur, yoxsa pis?
Əvvəlcə bunu dəqiqləşdirək. Qısqanclıq əslində insanın fitrətinə uyğun, qısqananı və qısqanılanı bir çox təhlüklərdən qorumağa səbəb olan bir duyğudur. Bu hiss sayəsində evlilik həyatı daha canlı qalır və cütlük arasındakı yaxınlıq da qorunmuş olur. Belə bir ifadə var: Sevən qısqanar. Və ya qısqanmaq əslində qarşındakına nə qədər çox dəyər verdiyini göstərir. Bu bəlkə də müəyyən mənada doğrudur. Lakin yuxarıda qeyd etdiyim kimi, baxır bu qısqanclıq hansı səviyyədədir.
   Qısqanclıq duyğusu həddini aşdıqda artıq zərərli olmağa başlayır. Ailədəki etibar hissi zədələnir, hər şeyin dadı-duzu qaçır. Davamlı qadın və ya kişi həyat yoldaşını sıxışdırmağa başlayır. Hər şeyin hesabını sorur ki, bu da ailə xoşbəxtliyində öz mənfi nəticələrini göstərir. Belə bir münasibətdə qısqanan tərəf özünə olan hörməti itirir,  qarşı tərəf isə ona yaraşdırılan bu sədaqətsizliklə yaralanmış olur.
Peyğəmbərimizin(s.ə.s.) hədis-i şərifində Allah (C.C) ın bu iki cür qısqanclığa münasibətini də öyrənmiş oluruq: " “Bu bir həqiqətdir ki, uca Allah bəzi qısqanclıqları sevər, bəzi qısqanclıqlara isə buğz edər. Sevdiyi qısqanclıq kişinin bir şübhə nəticəsində xanımını qısqanmasıdır. Sevmədiyi qısqanclıq isə ortada hər hansı bir şübhə və ləkə olmadığı halda kişinin ailəsini qısqanmasıdır”.
          
   Bəs qısqanclıq hissi nədən yaranır? 
Məncə ilk olaraq qısqanclıq yaşanmış bir travmanın əsəridir. Bir kişi və ya qadının uşaqlığında öz ailəsində ata və ya ananın evi tərk etməsi və ya əvvəlki münasibətlərində sevdiyinin onu tərk etməsi yaxud da yaxınında (dost, qonşu, qohum) belə bir hadisənin yaşanması ilə etibar, inam hissi zədələnir. Və çox sevdiyi, dəyər verdiyi həyat yoldaşının da onu tərk edə biləcəyi ilə bağlı narahatçılıqları yaranır.
   Digər tərəfdən mütəxəssislər qısqanclığın özünə inamsızlıq duyğusunun bir nəticəsi olduğunu da qeyd edirlər. Məsələn özünü yetəri qədər gözəl hesab etməyən bir qadın yoldaşının hər zaman onu daha gözəli ilə aldada biləcəyi hissinə qapılır.

   Hər bir dərdin olduğu kimi qısqanclığın da əlacı var təbii ki. Yenə mütəxəssislər ailədəki qısqanclıq hissini dəf etmək üçün aşağıdakıları diqqətə almağı tövsiyə edirlər:

¤ Həyat yoldaşını qısqanan biri daha çox qorxutmaq yoluna əl atır. Halbuki sədaqət, etibar qorxutmaqla deyil,  sevgi ilə qazanılacaq bir duyğudur. Həyat yoldaşını davamlı nəzarətdə saxlamaq, hər hərəkətini izləmək, ona şübhə ilə yanaşmaq və qısqanclığını qəzəb hissi ilə ortaya qoymaq qarşı tərəfi daha da uzaqlaşdırır.
Baxın Josh Billings bunu necə gözəl ifadə edib : " Sevgi teleskopdan baxar, qısqanclıq isə mikroskopdan"  :)

¤ Qısqanclıqla baş edə biləcəyimiz digər bir yol isə şəffaf ünsiyyətdir. Yəni eyhamla, kinayə ilə, üstüortülü verilən mesajlar bu problemi daha da artıra bilər. Açıq-aydın bir şəkildə narahatlığı, bu narahatlığa səbəb olan davranış və ya halları müzakirə etmək işlərin daha da böyüməsinin də qarşısını almış olur.

Nəticə-i kəlam: Qısqanclıq doğurdan da qarşındakına verdiyin dəyərdir. Lakin dozasını aşan qısqanclıq qarşındakını sədaqətsiz, etibarsız və vəfasız biri olaraq dəyərdən salmaqdır.

Siz necə düşünürsünüz?


22 yorum:

  1. aman aman kıskançlardan korkarım yaaa her deliliği yaparlaar :)

    YanıtlaSil
    Yanıtlar
    1. :)) Lazımından çox olunca elədirlər. Özlərinə də zərər verirlər, qarşı tərəfə də...

      Sil
  2. Azerice yazdığın için çok anlayamadım ama kıskançlık insanı yer bitirir canım. Hayatından çalar.. :)

    YanıtlaSil
    Yanıtlar
    1. :(( Niyə biz türkcəni rahat anlayırıq bəs?? Mənə çox maraqlı gəlir. Oysa sözlərimizin böyük bir qismi eynidir. Açığı üzülürəm belə olunca.
      Amma sənə də çox təşəkkür edirəm canım. Tam anlamadığın halda səbirlə oxuduğun və yorum yazdığın üçün.♡♡♡

      Sil
    2. Aa yanlış anlama sakin bebeğim ya kötü birşey demek istemedim. Sorun bende o gün başın ağrıyordu okuduğum hiç bir şeyden anlamadım. Özür dilerim. 😣😐😐😙😙

      Sil
    3. :) Yox əstağfurullah. Mən də kötü anlamadım zatən. Sadəcə eyni dili fərqli şəkildə danışan iki millət nümayəndələri olaraq bir-birimizi yaxşı anlamadığımıza üzüldüyümü söylədim. Sən də yalnış anlama. Öpdüm çoxca.

      Sil
  3. Hastalık seviyesinde olunca çok zararlı. Paranoyaklık aslında bizim o kıskançlık dediğimiz.

    Güzel bir konuya değinmişsin.

    YanıtlaSil
    Yanıtlar
    1. Doğru. Önəmli olanı fitrətimizdə olan qısqanclığı xəstəlik səviyyəsinə gəlməyə izin verməmək. Çox təşəkkür edirəm dəyərli yorumunuz üçün.

      Sil
  4. Emeğine sağlıkk :)

    YanıtlaSil
  5. Benim eşim beni çok kıskanıyor ya.Hiç birseyimide görmedi.Ben ondan öncede basım yerde gezerdim biliyo.Ancak biri bana baksın istemiyo.Sosyal medya bile actirmadi ki benim vardi ve ailem disinda erkek yoktu.Yani hic o taaklarda bezim yok Allaha sükür ama seni çok seviyorum sadece cevre cok kötü sen ii niyetlisin diyor.Birazda görüntü olarak beni güzel buldugundan olsa gerek :) ama öyle psikopat degil cnkü bende erkeklerle samimiyeti dogru bulmuyorum Anlasip gidiyoru böyle canm :)

    YanıtlaSil
    Yanıtlar
    1. Benimkisi de aynı canım nişanlandık bütüünn sosyal medyayı kapattırdı. Gider geçen sayfada kirpiklerimi paylaştım diye iki gün küstü resmen. Hiiç anlamıyor benn..:))

      Sil
    2. Canlarım çox gec dönürəm. Qüsuruma baxmayın nolur.
      Açığı sevindim yazdıqlarınıza. Yalnız deyilmişəm :)
      Bəzi şeyləri eşitdikdə haqq verməmək olmur doğrusu onlara. Amma insan yenə də güvənilsin, inanılsın istəyir.
      Yenə də ailənin huzuru xoşbəxtliyi hər şeydən önəmlidir məncə. Varsın sosyal medya hesablarımız olmasın. Nə itiririk ki?!

      Sil
  6. Azerilerin yazılarını okumak, söylediklerini dinlemek her zaman huzur vermiştir.
    Selam olsun soy kardeşim :).
    Kıskançlık konusunda hem dini hem insani boyutta yazmışsınız, haklısınız da. Art niyet ve aşırılık barındırmadığı sürece kıskançlık sevgidendir.
    Fazlası ve boş yere olanı psikopatlıktandır diyelim :)

    YanıtlaSil
    Yanıtlar
    1. Və aleykum selam :) İlk öncə çox xoş gəldiniz bloquma. Söylədikləriniz məni çox şad etdi.
      Qısqanclıq haqqında söylədikləriniz çox doğrudur. Kaş ki, hər kəs bu gözəl duyğudan yerində və dozasında istifadə etsə. Sevgilər.

      Sil
  7. Yanıtlar
    1. Aaa həmən baxıram. Təşəkkürlər Deep.♡♡♡

      Sil
  8. Kıskançlık benden uzak olsun sıkılıyorum daralıyorum sonra:))

    YanıtlaSil
    Yanıtlar
    1. Təxmin edirəm. Siz hiss etdiyim qədəriylə daha özgür ruhlu, məhdudiyyətlər qoyulmasını sevməyən bir xanımsınız. Hər kəsin yaradılışı fərqlidir. İnşallah ətrafınızdakılar həmişə bunun fərqində olub, düşüncə və duyğularınıza saygı duyması diləyilə sevgilər...

      Sil
  9. "Halbuki sədaqət, etibar qorxutmaqla deyil, sevgi ilə qazanılacaq bir duyğudur." ne kadar güzel söylemişsin:) Değinilmesi gereken bir konu bu kıskançlık. Bazı insanlar ne kadar kıskanırlarsa sevgilerini o kadar gösterebileceklerini düşünüyorlar. Sınırında kıskançlık tabii ki güzeldir ama sınırı aşmamak gerek:)

    YanıtlaSil
    Yanıtlar
    1. Sən də çox gözəl anlamışsın:) Nə demiş dahi şairimiz Nizami : "Artık içiləndə dərd verir su da". Hər şey qədərində gözəldir doğurdan da. İnsanoğlu bunu bir anlasa... Təşəkkürlər ♡♡♡

      Sil
  10. Necə gözəl izah etmisən, məncədə qısqanclıq sevdiyini başqa biri ilə paylaşamamaq hissidir. Həm Hz. Əli :"qısqanmayan kişidən xeyir gəlməz" deyə bir hədisi var. Ona görə məncə həddində olan qısqanclıqda sevginin əlamətidir.

    YanıtlaSil