31 Ağustos 2020 Pazartesi

Hər aya 1 Kitab, 1 Film

   


   Hər kəsə salam. "Hər aya 1 kitab 1 film" layihəsinin bu ay da içərisində olmağa çalışdım. Keçən ay bloguma doğru düzgün yazı yazmadığım üçün iyul ayını da atlamış oldum

 ( İyul ayının kitabı:

 Aşıklar Delidir Ya da Yazı Tura - Ayfer Tunç

Film : Umudunu Kaybetme)

   Əslində keçən ay da bu etkinliyə qatıldım sayılır. Ayfer Tunçun eyni kitabını tapmayınca başqa bir kitabını oxudum və üslubunu çox sevdim. Film isə öncədən sevərək izlədiyim filmlərdən idi. 

Avqust ayı:

■ Kitab : Paulo Coelho / Piedra Irmağının Kıyısında Oturdum Ağladım 

(Mən "Simyacı"nı oxudum)

■ Film : Yapay Zeka


Paulo Coelho / Simyacı (Kimyagər)

  


 ✔ "Ve bir şey istediğin zaman, bütün Evren arzunun gerçekleşmesi için işbirliği yapar."

   İndiyə qədər oxuduğum kitablar içində iki kitab var ki, oxuyarkən yazanın həyatı görmə və dünyanı qavrama qabiliyyəti, hadisələri oxuma bacarığı məni heyran qoyub. Birincisi "Balaca şahzadə", ikincisi isə yeni bitirdiyim "Simyacı" əsəridir. 

   "Simyacı" sanki bu dünyadan olmayan biri tərəfindən yazılıb. Bu bir romandan çox özünüdərketmə, varlığın və yaradılışın mahiyyətinə varma, kiçik qum dənəsindən tutmuş sonsuz böyüklükdəki qalaksilərə qədər hər şeyin ruhunun mövcudiyyətinə inanma, hər şeyin bir vəhdətdə birləşməsi və vahid bir əl tərəfindən idarəsi, həmçinin bütün varlıq və hadisələrin sadəcə seçkin şəxslər tərəfindən anlaşılan, bilinən ortaq dili, xəyallarına doğru gedərkən Yaradanın yollarımıza düzdüyü, yenə də mənəviyyatı güclü şəxslərin görə bildiyi işarələr kimi bir çox dəyərləri özündə cəm etmiş xəzinədir sanki...

   Santiago adlı gənc, ispan bir çobanın gördüyü yuxunun ardına düşməsi və "kişisel menkıbe"sinə çatmaq üçün vaz geçdikləri, qazandıqları, itirdikləri ilə birgə Misirə piramidalara yola düşməsi əsərin süjet xəttidir... 

   Az qala hər cümləsinin altını xətləmək istəyəcəyiniz, oxuduqca bir çox yeni keyfiyyətlər qazanacağınız, yenilikdən qorxmamağı, ətalətdən qurtulub cəsarətlə addım atmağı öyrənəcəyiniz bir kitabdır "Simyacı"...

   Kitabın arxa qapağındakı bir cümləni də qeyd edirəm bura:

" "Simyacı"yı okumak, herkes daha uykudayken şafak vakti uyanıp güneşin doğuşunu izlemeye benziyor."

   Mütləq, mütləq oxuyun...

Seçdiklərim:

   ✔ Göl bir süre sessiz kalmış. Sonra şöyle konuşmuş: "Narkissos için ağlıyorum, ama onun yakışıklı olduğunu hiç fark etmemiştim ben. Narkissos için ağlıyorum, çünkü sularıma eğildiği zaman, gözlerinin derinliklerinde kendi güzelliğimin yansımasını görebiliyordum".

   ✔ Bir düşü gerçekleştirme olasılığı yaşamı ilginçleştiriyor.

   ✔ Basit şeyler en olağanüstü şeylerdir ve yalnızca bilginler anlayabilirler bunları.

   ✔...her zaman aynı insanları görürsek onları yaşamımızın bir parçası saymaya başlarız. Yaşamımızın bir parçası saydıkça da onlar bizim yaşamımızı değiştirmeğe kalkışırlar... Çünkü, efendim, herkes bizim nasıl yaşamamız gerektiğini elifi elifine bildiğine inanır.

   ✔Ben de herkes gibiyim. Dünya gerçeklerine oldukları gibi değil de olmalarını istediğim gibi bakıyorum.

   ✔ Önsezilerin, içinde bütün insan hayatlarının bir bütün oluşturacak şekilde birbirine bağlandığı hayat ırmağının evrensel akışına ruhun yaptığı ani dalışlar olduğunu anlamaya başlamıştı: Öyle ki, her şey yazılı olduğu için, her şeyi bilebilirdik.

   ✔ Kumullar rüzgarın etkisiyle değişirler, ama çöl hep aynı kalır...

   


   ✔ Gizin kökü şimdidedir; şimdiye dikkat edecek olursan, onu iyileştirebilirsin. Ve şimdiyi iyileştirebilirsen, daha sonra gelecek olan da iyi olacaktır. Geleceği unut ve hayatının her gününü şeriatın kurallarına uygun olarak ve Tanrı'nın evlatlarına bahşettiği inayete güvenerek yaşa. Her gün kendisiyle birlikte ebediyeti getirir.

   ✔ Tek gerçek şudur ki, var olan bu dünya, bundan daha mükemmel bir dünyanın var olduğunun güvencesidir.

✔ "Kim ve ne olursa olsun," dedi, "yeryüzünde her insan, her zaman, dünya tarihinde başrolü oynar. Ve doğal olarak o bilmez bunu."


Yapay zeka


   ✔ " His love is real. But he is not."

   Ah bu film nə çox ağlatdı məni... Normalda bilim qurğu filmlərini, fantastikanı çox sevmirəm doğrusu. Amma bu filmdə texnologiya ilə duyğular, insani hisslər o qədər gözəl harmanlanıb ki... 

   Sevgi duyğusu ilə proqramlanmış ilk robot bir uşaq olarsa və onu alan ailədəki qadını ana olaraq qəbul edib, gerçək bir uşağın anasına bəsləyəcəyi məhəbbətlə bu qadına bağlanarsa, amma qadın onu təhlükəli hesab edib tərk edərsə nələr baş verər? Çox duyğusal səhnələrin ortaya çıxacağını film sayəsində görürük. Həmişə robotları təhlükəli hesab edən insanoğlunun bəzən özünün nə qədər acımasız ola bildiyini göstərən bir filmdir "Yapay zeka"... Mən çox sevdim...



28 Ağustos 2020 Cuma

Həyatın öyrətdikləri

    



   "İnsan beşikdən məzara qədər öyrənir" ifadəsi nə qədər doğru və yerində söylənmişdir. 


   Yaşa dolduqca həyatdan hər yeni öyrəndiklərimiz bizə əslində bu dünyaya nə üçün gəldiyimizi də xatırladır. 


   Hər birimiz mütləq mənada müəyyən bir mərtəbə atlamaq üçün yaşayırıq. 


   Və hər kəsin mərtəbəsi, mərtəbə atlamaq qabiliyyəti fərqlidir. Düşünsənizə bəzisi 1-2 mərtəbə atlamağı bacarmışlar sadəcə, bəziləri isə çox öndədirlər. 


   Bu qətiyyən bir yarış deyil. İnsanın bir qat daha huzurlu, bir qat daha məsud hiss etməyini reallaşdıran ilahi qanundur. 


   Həyat adlı bu müəllimin tələbəsiyik hamımız. Öyrətdikləri ilə hər dəfəsində Yaradanın bir-birinin içində gizlədiyi o incə sirləri görmək insanı valeh edir.


   Bu sirlərə vaqif olmaq əlbəttə ki, o qədər də asan olmur. Deyərdim ki, yorucu, hətta bəzən dözülməz dərəcədə ağrılı-acılı olur. 


   Ümumiyyətlə, sıxıntılı və depressiv bir dönəmdən keçirsinizsə bilin ki, həyat sizə yeni şeylər öyrətməyə hazırlaşır. Hər kəsə məlum olmayan sirlərini əmanət etmək üçün sizi bərkə-boşa salaraq bərkitməyə çalışır. Sizi o sirri öyrənməyə layiq bir hala gətirir.


   O sıxıntılı, qaranlıq günlərin birində heç gözləmədiyiniz anda bir aydınlıq yaşanır, həyat o sirli həqiqəti gözünüzü qamaşdıran bir aydınlanma ilə gözlərinizin önünə sərir.


Və təbriklər, bir mərtəbəni də uğurla atladınız!


   Bəzən sizin bu gün öyrəndiyiniz başqalarının illərlə aşina olduğu bir bilgidir. Siz heyrətlə və acgözlüklə bu yeniliyi mənimsəməyə çalışarkən başqasının rahat və soyuqqanlı bir şəkildə bunu həyatına tətbiq etdiyini görmək təəccübləndirir.


   Deməli, hər kəsin öyrəndikləri də fərqlidir. Kimində bəzi sirlər tez, kimində isə gec açılır. Bəzilərində isə heç açılmır.


   Odur ki, nə qədər sıxıntılı və ağır bir dövürdə olsanız sonradan gələcək bilginin də bir o qədər önəmli və dərin olduğuna inanın. 


   Və həyatın öz sirlərini hər kəsə açmadığının fərqində olub, o sıxıntılı anlarda dişinizi sıxın, səbir edin, o sirri daşımağa layiq görüldüyünüz üçün özəlliyinizin, fərqliliyinizin dadını çıxarın...

25 Ağustos 2020 Salı

Peyami Safa / Yalnızız


    ✔"Bizim ebedi kalmaya namzet tarafımız, herkese, her şeye, her zamana, her mekana şamil ve Allaha bağlı olan "şuurüstü" ruh bölgemizdir. Onu geliştirdiğimiz nisbette yalnızlık dramımızdan kurtuluruz."

   Başlayarkən birdən bu nədir, nə baş verir deyə tappadan hadisələrin ortasına düşür oxucu... Obrazları da, hətta deyərdim ki, yazıçını da qınayır qəbində, qeyri-əxlaqi məqamlara görə... Sonradan hadisələr və başlanğıcda oxucu üçün gizli saxlanılan məsələlər çözüldükcə hər şey aydın olmağa başlayır... 

   Semim obrazı var, kaş ki, yanımızda, yaxınımızda belə biri olsa deyə düşündürən. "Simeranya" adlı utopik bir xəyal dünyası olan adam... Mövzusu hələ də aktual olan, Avropalaşma cəhdi, qərbi dünya sevdası ilə milli kimliyini unutma qəfləti və bundan ortaya çıxan mərəzlər kimi mesaj yüklü süjet xəttinə malik, həyəcanlı, maraqlı və axıcı bir əsərdir. Dili isə tək kəlimə ilə mükəmməl. Yazıçının söz xəzinəsi və bu günlə səsləşən dünyagörüşü məni valeh etdi.

               

                Seçdiklərim :

 


▪︎ Aşka ait her mesele, yalnız onunla, onun içinde hallolunur. Aşk kendisine dışarda ne hedef, ne de vasıta arar. Dışarıdan himayeye de ihtiyacı yoktur. Bu sömürge değil, muazzam bir imperatorluktur.

▪︎ İnsanı yalnız bir illet öldürür : Sıkıntı. Öteki hastalıklar bunun vücuttaki çeşitli görünüşleridir.


▪︎ Yani prensibinde kutuplaşma bulunan olmak dramına karşı aciz insanın elindeki geçici silah, yalandır.


▪︎ Her sıkıntı bir isyan hazırlığıdır. Ruhta başlayan bu hazırlık vücudun hastalanması şeklinde organik bir isyana çevrilir.


▪︎ Bazen hakikat vahşidir. İnsanların arasına salıvermeye gelmez.


▪︎ Zengin bir hayal içinde meçhul, daima malumun en korkunç rakibidir.


▪︎İnsan ya geleneklere karşı koyup açık ve cesur yaşamalı, yahut da, inandığı bazı kıymetler varsa, onlar için fedakarlık yapmalı. En çirkin şey ikisine birden sahip çıkan müraıliktir (riyakarlıq).


▪︎Sana kolay bir formul vermek için diyebilirim ki, aşk iki kin arasında bir mütareledir (atəşkəs).


▪︎Unutmanın en emin çaresi hatırlamaktı.


▪︎Bütün ihtilaflarımızda yalnızlıklarımız çarpışıyor. Hatta kendi kendimizle mücadilelerimizde bile kendilerimiz bir-birine karşı yalnızdır.


15 Ağustos 2020 Cumartesi

Ölməmişəm... 🤗

 

  Salam olsun bütün yazımı oxuyan vəfalı, qəlbi gözəl insanlara... Mən gəldim yenə 🤗🤗🤗 

   Bu dəli qız yenə bir az uzaqlaşdı, döndü, dolaşdı, qaçıb özünü yetirdi bura...

    Beləyəm neyləyək?! Ara-sıra hər şeydən uzaqlaşmaq istəyirəm. Və inanın bu mənə çox yaxşı təsir edir. 

   Yazmadığım bu müddətdə bütün digər sosial şəbəkələrdən də uzaq durdum. Hərdən istəksizcə bir göz atdım, o qədər. 

   Sosial şəbəkələrlə bağlı içimdə get-gəl yaşayıram bu günlərdə. Hərdən dəli şeytan deyir hesablarını bağla, boş ver getsin. Sonra sosial aləmin yüksək bir dəyəri itirməsinə könlüm razı olmur 😜

   Nə isə... Dedim yazım içinizdə kiməsə maraqlıdır bəlkə, ölməmişəm, yaşayıram çox şükür... 😁

   Hərçənd ki, korona bəlasına biz də tutulduq (düzdür heç bir analiz, yoxlama olmadı, əlamətlərinə görə özümüz diaqnoz qoyduq :), amma çox rahat bir şəkildə atlatdıq getdi.

   Kənddən getdikdən sonra bir az Bakıda qaldıq. Yenidən sərt karantin rejiminə keçilincə Sumqayıtadakı həyət  evimizə geçdik. Və deyim ki, bu virus sayəsində həyət evinin necə böyük nemət olduğunu anlamış oldum.

   Orda qaldığımız müddətdə həyətimizdə bir az təmir işləri apardıq. Divarları boyadım məsələn böyük həvəslə(çox əyləncəli idi). Sonra ağaclarımız və güllərimiz üçün təbii gübrə, kompost hazırlamağı öyrənib dərhal tətbiq etməyə başladım. İndi hal-hazırda həyətimizin bir küncündə ağaclarımız üçün payızda dərman olacaq gübrəm çürüyüb hazırlanır. Bu inanın indiyə qədər öyrəndiyim ən faydalı bilgilərdəndir. Həm evdən atılan zibil azaldı, həm də heç bir şeyin israf olmadan lazımlı bir şeyə çevrilməsi içimi rahatlatdı (maraqlıdırsa Youtube-da  "kompost  nasıl yapılır" yazıb bir göz atın). 


   Bütün ailəcək evdə olmaq əlbəttə ki, işimi də birə beş artırdı. Hələ böyümə çağında olan uşaqları vaxtlı-vaxtında yeməklə təmin etmək... 🤦‍♀️
   
   Üstəlik paltaryuyan maşınımız xarab olub, usta falan da qapalı. Bütün paltarları əldə yuyurdum. Axşamdan islat, səhər erdən dur yu... Qısacası, oldum əməllicə əvvəlin qoçaq gəlinlərindən... 😊

   Bunca işin arasında yenə tək təxirə salmadığım işim kitablarımı oxumaq oldu. İyul ayında da 3 kitab oxudum. 



   Bir də həyatıma "yoga" adlı möhtəşəm bir şey girdi ki, bunu anlatmaqla bitməz. Hər səhər günə pozitiv başlamağıma səbəb, bütün tənbəlləşmiş vücudumu hərəkətə gətirən mükəmməl bir sehir... 🤗
 
   Üstəlik "Black Mirror", "Sherlock Holmes", "Unorthodox" seriallarını izləyib bitirdim.

   Və ən möhtəşəmi xaricdə yaşayan və təfsir dərsləri alan canım rəfiqəmlə ingilis dilində dərslərə başladıq. Bu sayədə həm Quranı daha dərindən anlayacağımı, həm də ingilis dilimi inkişaf etdirəcəyimi düşündük. Hərçənd ki, bu bir az diqqət və zaman istədiyi üçün çox yavaş irəliləyir. Amma hər şeyi yoluna qoyub davamlı məşğul olmağa çalışacam önümüzdəki günlərdə.🤲 
   
   Yəni əslində gerçək aləmdə var olmaq mənə sosial aləmdə var olmaqdan daha cazib gəldi bu aralar. 

   Sadəcə bloquma yazmamaq məni narahat edirdi. Amma bu ara verməyin ruhumu bir növ təmizləyib, mənə huzur verməsi hər dəfə qarşımda əngəl oldu.

   Hal-hazırda kənddəyik. Qurban bayramı üçün gəldik. Və Lənkəran zonasında karantin qalxdığı üçün bir müddət burda qalıb gəzməyə, dincəlməyə qərar verdik. 


   Təbiətlə hər görüşə gedişim mənim içimdəki huzuru bir az daha artırır. Qəlbim hədsiz ümid, fərəh hissi ilə dolur. İnsan təbiətin içindən çıxmış bir varlıq olduğu üçün, nə qədər təbiətlə iç-içə olsa, nə qədər ağaca, torpağa, dağa, dənizə, çaya yaxın olsa bir o qədər pozitiv və xoşbəxt hiss edir özünü. Bunu təəssüf ki, çoxları anlamır. 

   Belə... Yəqin ki, yazmağa çalışacam yenə bir müddət. Bir yığın hazır kitab yorumlarım gözləyir yayımlanmağı. Həm də darıxmışam burada içimi tökmək üçün, ürəyimin sözlərini bölüşdürmək üçün 😉

Ara-sıra gəlin siz də... Tək qoymayın məni buralarda... ❤❤❤