Bu aralar lap çox darıxıram sənin üçün atam. Gülümsəyən üzün gəlib durur gözlərimin önündə. Ürəyim soyulmağa başlayır düz içindən. Bu elə bir hissdir ki, təsəvvürü namümkün...
30 Ağustos 2018 Perşembe
27 Ağustos 2018 Pazartesi
Babaya mektup / F.Kafka
✔"Yazdıklarımın konusu sendin, öyle ya, senin göğsüne yaslanıp yakınamayacaklarımdan yakınıyordum orada yalnızca."
23 Ağustos 2018 Perşembe
Tətil gəzintimiz 2. Quba-Çənlibel gölü.
Hər kəsə qucaq dolusu salamlar. Beləliklə gəzməyə keçən həftə qaldığımız yerdən davam edirik.😊
İlk gəzintinin yorğunluğunu çıxarandan sonra bu dəfə qaldığımız yerə daha yaxın bir yerlərə çıxmaq istədik. Yaxınlıqda Çənlibel adlı bir gölün olduğunu eşidib gedib görək dedik.
20 Ağustos 2018 Pazartesi
Öyrəndim ki... - Gülben Ergen
🔸️Müəllif: Gülben Ergen
🔸️Milliyət: Türk
🔸️Səhifə: 193
🔸️Qiymət: 4/5
✔"Öğrendim ki, sözü yemindir iyi insanların."
Özünə inanan, dəyərləri olan və öz dəyərlərindən nə olur, olsun heç vaxt güzəştə getməyən, qadınlıq aləmini layiqincə təmsil edən qadınları çox sevirəm.
Gülben Ergen sənətçilər içərisində bir çox sosial layihələrdə canla-başla iştirakını bildiyim və çox nadir bəyəndiyim məşhurlardan biridir.
16 Ağustos 2018 Perşembe
Tətil gəzintimiz 1. Qubanı tanıyaq.
Tətil günlərini fürsət bilib bu qızmar yayın istisindən, qaynar şəhər həyatının səsindən-küyündən, boğucu havasından, boz beton yığınından qaçıb dənizə, dağa, bağa, meşəyə, çay qırağına, qısacası, süni bir yaşayışdan, təbiətin qoynundakı təbii həyata hər kəs qaçmaq istəyir yəqin ki.
13 Ağustos 2018 Pazartesi
Möhtəşəm yüz il
🔸️Müəllif: Okay Tiryakioğlu
🔸️Milliyət: Türk
🔸️Səhifə : 228
🔸️Qiymət : Orta - 3/5
✔"Fırtınanın gövdəsində çatlar yaratdığı uçurumun ağzındakı qocaman bir ağacdansa, üstündən küləklər əsərkən əyilən, amma az sonra yenidən dikələn bir buğda sünbülü olmasındadır insanın hünəri!"
Sətirlərində qan, barıt və yanıq ət qoxusu, qulağınızın dibində yaralı fəryadları, at kişnərtisi, qılınc cingiltisi, top guppultusu sədalarının bir an çəkilmədiyi, qanlı döyüşlər, saray daxili intriqalar, bir kölənin bitməyən nifrəti, qədirşinas bir cəsusun sadiqliyi və adı tarixlərə keçmiş, az qala bütün dünyaya sahib bir sultanın yalnızlığı... Kitabın qısaca özəti budur...
Yazıçı əsəri yazarkən maraqlı bir üsula əl atıb. Biz hadisələrə üç mühüm şəxsin nəzərləri ilə baxıb, onların iç dünyasının səsini dinləyərək, nələr hiss etdiklərini və düşüncələrini daha rahat anlaya bilirik.
Vəhimi Orhun Çələbi. Atası Sultan Yavuz Səlim xan tərəfindən öldürülmüş, özü isə elə həmin xan tərəfindən dustaqlıqdan azad edilərək "Çelik Hilal" adlı məxfi bir təşkilatın qurucusu vəzifəsi ilə vəzifələndirilmişdir. Ömrü boyu atasının ölümünə duyduğu qəzəb ilə, azad olunmağın minnəti arasında qalsa da, əvvəl Səlim xana, sonradan isə Sultan Süleymana sədaqətlə xidmət edən, qeyri-adi strateji zəkası və igidliyi ilə özünü heç vaxt ələ vermədən düşmən tərəfin bütün gizli planlarını ifşa etməyi, onların niyyətlərini öyrənərək sultana əksiksiz çatdırmağı bacaran bir cəsusdur. Sonradan İbrahimdən hökümdara bir zərər gələcək əndişəsi ilə Hürrəmlə yaxınlaşıb Parqalının da gizli niyyətini üzə çıxarır.
Parqalı İbrahim. Uşaq olarkən atası ilə ticarət məqsədilə çıxdıqları gəmi səfərində türklər tərəfindən əsir götürülmüş, sonradan Aybükə xatun kimi zəngin bir xanım tərəfindən satın alınaraq bir övlad kimi, yaxşı təlim və tərbiyə verilərək böyüdülmüşdür. Hər cür naz-nemət içərisində böyüməsinə baxmayaraq əsir götürülmə, ailə və ölkəsindən uzaq düşmə nisgili onun qəlbində nifrət və intiqam duyğusunu alovlandırmış, bir gün yüksək mövqeyə gələrək bütün bunların qisasını bütün Osmanlı hakimiyyətindən almaq arzusu ilə yaşamışdır. Bu məqsədinə çatmaq üçün plan quraraq gənc sultanla tanış olmağı və onun qəlbinə girməyi bacarır. Süleymanın ona safdilliklə bağlandığını düşünsə də əslində sultanın onun bütün plan və niyyətlərini bildiyindən bixəbərdir. Sonradan tatar əsirlərin arasından seçdiyi Ruslana (Hürrəm) ilə sultanın yanında və sarayda öz mövqeyini möhkəmlədəcəyini düşünsə də irəliləyən zamanda nədənsə Hürrəm ondan üz döndərərək, ən böyük düşməninə çevrilir.
Və Sultan Süleyman. Sərt və daha qəddar olan atası Sultan Səlimin ölümündən sonra hakimiyyətə gələn Süleyman daha mərhəmətli və ədalətlidir. Bir çox saray əyanı və xalq onun bu məziyyətləri ilə taxtda çox otura bilməyəcəyini düşünsələr də sonradan onun qərarlı və igidliyi ilə neçə alınmaz qalaları və ölkələri Osmanlı torpaqlarına qatıb, ölkəni gücləndirəcəyinin də şahidi olacaqlar. Süleyman hər şeyə sahib olsa da yalnızdır. O əslində hökümdarlıq dərdində olmayan, qanlı döyüşləri və istilaları arzu etməyən, həssas bir ruha sahib şairdir. Həyatın onun çiyninə yüklədiyi vəzifələr sultana ağır gəlir, onu sıxır. Bu yalnızlıqdır ki, Parqalı İbrahimin saxta olduğunu bilə-bilə dostluğuna ehtiyac hiss edir, onu özündən uzaqlaşdıra bilmir. Eləcə də Hürrəmin bütün qüsurlarını görsə də ona duyduğu yaxınlıq səbəbilə hamısına göz yumur.
Əsərdə tarixdə məşhur olan bir çox döyüşlərin və onların pərdə arxasının şahidi oluruq.
Hürrəmlə münasibəti, aralarında keçən hadisələr haqqında daha əfraflı oxuyacağımı zənn etsəm də yanılmışam. Serialdan fərqli olaraq burda Süleymanın hərəminə çox az yer verilib. Daha çox onun siyasi mövqeyi və döyüşlər yer alıb əsərdə.
Bir də Hürrəmə həsr etdiyi və eşqi tərənnüm edən bir neçə şeiri
də var səhifələr arasında.
də var səhifələr arasında.
Diqqətimi çəkən bir məqama toxunmaq istəyirəm burda. Əsər boyunca biz Süleymanın ədalətini və mərhəmətini görürük. Sultan igidliklə döyüşən düşmən, kafir cəngavərlərin, sərkərdələrin, kralların halına acıyır. Onlara xüsusi hörmətlə yanaşır. Bir kralın məğlubiyyətinin və ölümünün ağır olduğunu düşünür.
Lakin nədənsə biz Süleymanda bu kafirlərə duyduğu hörmət və ədalət hissini həmin dövrün digər müsəlman hökmdarı olan Səfəvilər pardşahı Şah İsmayıl Xətaiyə qarşı hiss edə bilmirik. Hətta əksinə hər məqamda ona təhqir edici xitablar yönəldən, hər xoşagəlməz hadisələrin arxasında şiə barmağını axtaran qatı və məzhəbpərəst bir şiə düşməni görürük.
Tarixdə çox gənc yaşında taxta oturub, böyük bir Səfəvi imperiyası yaratmağa müvəffəq olan, igidliyi ilə tanınan Şah İsmayılı qorxaq, guya kafir düşmənlərlə əlbir bir xəbis kimi göstərilməsini heç cür anlaya bilmədim. Bu doğurdan da o dövrdə Osmanlı hakimiyyətinin müsəlman qardaşı olan bir hakimiyyətə qarşı ədalətsiz baxışı idimi, yoxsa yazıçının şiə düşmənliyinin izharıdırmı, tam anlaya bilmədim. Amma nə olur olsun, bu baxış və tutum məni heç açmadı açığı. Və Süleymanın ədalət və mərhəmətini gözümdə bir mərtəbə düşürdü.
Bu arada kitabın türkcədəki orginal adı "Qanuni" -dir. Okay Tiryakioğlu bu səpkidə - Osmanlı dövründə saray və siyasət - seriya şəklində bir neçə kitabı da çapdan çıxmışdır.
Nə vaxtsa hamısını tapıb oxumaq ümidilə əsərə orta qiymət verərək sağollaşıram sizinlə...
Seçdiklərim:
Seçdiklərim:
Həqiqət heç vaxt sonadək gizli qala bilməz. Bu, həqiqətin təbiətinə ziddir. Onu nə qədər dərinə basdırırsan basdır, bir gün torpağın üstünə çıxacaq...
***
Kölə sahiblərinin nə vaxtsa amansızca icad etdikləri ən yaxşı üsuldur bu - əzilən insan başqa birini əzməkdən, eynən özü kimi çarəsiz, məzlum adamlara hökm etməkdən zövq alır...
***
Mən sənin üçün bir nərdivan olduğumu onsuz da bilirəm, amma əslində sənin mənim üçün bir pilləkən olduğunu heç vaxt bilməyəcəksən...
***
O yalançı sevgini göstərə bilmək üçün oynadığın rolda o qədər mahirləşəcək, ustalaşacaqsan ki, gün gələcək məni doğrudan da sevəcəksən...
***
Qərb memarlığı ölümün soyuq üzünü həm də bir dəhşət kimi əks etdirir. Orada şeytanın və pis ruhlarını narahat etdiyi müqəddəs fiqurları belə görmək olar. Şərq isə, ruhlara rahatlıq verən sadə üslubu ilə ölümü yolu intizarla gözlənilən sevgili kimi qucaqlayır.
Etiketler:
bədii ədəbiyyat,
ədəbiyyat,
əsər təhlili,
kitab,
Möhtəşəm yüz il,
müasir ədəbiyyat,
Okan Tiryakioğlu,
Osmanlı,
Oxuduqlarım,
oxumaq,
Qanuni,
roman,
Sultan Süleyman,
Türk ədəbiyyatı,
xarici ədəbiyyat
9 Ağustos 2018 Perşembe
Yaxşı insan olmaq
(İlk öncə nəfsimə səslənişimdir!)
İnsan olmaq çətindir. İnsan olmağın haqqını vermək çətindir. Rəbbim bizi yol qırağında bir daş da yarada bilərdi, dənizdə üzən bir balıq da, səhradakı sayısız qum dənələrindən biri də ola bilərdik, çəmənlikdəki otların arasından bir ot da. Lakin Allah(C.C) bizə bir dəyər verib. Bizi məhz dünyanın əşrəfi olaraq insan kimi yaradıb. Və bizə bu nemətin fərqində ola bilmək üçün dərrakə bəxş edib, müxtəlif duyğular verib hiss etməyimiz, şükür etməyimiz üçün.
6 Ağustos 2018 Pazartesi
Niyə susursan polkovnik? - Elxan Elatlı
"İnsanlar indi bir-birlərinin canını almaq üçün o qədər yerli-yersiz səbəb tapırdılar ki..."
Hər kəsə salam. Yəni bir kitabla qarşınızdayam.
Bu Elxan Elatlının oxuduğum 3-cü kitabıdır. Təbii ki, yenə dedektif, yenə bir cinayətkar axtarışı... Bir-birindən əlaqəsiz görünən hadisə və insanlar... Hər birisini yaxından araşdırdıqca, halqa-halqa daralan mərkəzə-cinayətə yaxınlaşmaq, ən sonda düyünü çözmək...
Bir 20 yaşlı istedadsız, amma güclü "sponsor" sayəsində məşhurlaşmış müğənni qız çıxır qarşımıza. Ona hər gün sosial şəbəkələrdən nalayiq böhtanlar yazan məchul bir adam, sonra evində işgəncə ilə öldürülmüş qəzet redaktoru, onunla yanaşı qurban getmiş bir qolu olmayan kollecdə müəllim işləyən kasıb bir qonşu, içkidən sızıb qalmış və qısaqapanma nəticəsində partlamış evində ölən bir nəfər daha... Və məşhur bir holdinqin tanınmış simaları... Dediyim kimi bir-birindən uzaq görünən bu qədər insanı birləşdirən səbəbləri ortaya çıxarır Elatlının qəhrəmanı - polkovnik Qanbay Qasımlı...
Əlindəki dünya malı və oturduğu yüksək mənsəbdən başqalarının həyatını məhv etmə haqqını özündə görən mənəviyyatdan yoxsun olanların vicdansız əməlləri sərilir gözlərimizin önünə... Cəmiyyətimizdə hər zaman var olmuş və olacaq mənəviyyatsızların həyatı...
Hər şeyin başında gəlir insan mənəviyyatı... Mənəviyyatı ölmüş birindən hər cür davranış gözləyə bilərsən... Çünki vicdanı, mərhəməti, ədaləti, doğruluğu da o ölən mənəviyyatla birgə çürümüş, buraxmışdır yerini hər cür pislik və zorbalığa... Mənəviyyat öldümü nə hesab verəcəyin günün qorxusu, nə də etdiyin xətaların peşmanlığı olur ürəyində... Hər kəsə, hər şeyə qalib gələcəyini düşünüb, səni yaradıb, idarə edənə deyil, əlindəki gücə inanırsan sadəcə... Gücünlə hər şeyin öhdəsindən gələcəyini düşünüb, pulunla dünyaları ala biləcəyini zənn edirsən... Və sən bu yuxunu yaşarkən Qüdrətli Yazıçının qədər torunu sənin ətrafında necə ilmə-ilmə toxuduğundan bixəbər qalırsan... Bir də onda oyanırsan ki, bu tor səni elə bir çevrələyib ki, nə adım ata bilirsən, nə tərpənə... Hər şeyi anladığında təslim olursan o qədərə, amma artıq gecdir... Sən öz qiymətini almısan... Artıq Hesab Sahibinə cavab verməyin vaxtı çatmışdır...
Polkovnik sonda bütün düyünləri açır. Lakin digər əsərlərdən fərqli olaraq burada dəhşətli cinayət sirri polkovniklə oxucular arasında qalır.
Çünki "təhqiqatı beynində, məntiqi fərziyyələr qurmaqla aparan polkovnikin əlində ciddi dəlil-sübut yoxdur". Və o anlayır ki, bu cinayəti açmaqla pislərin lazımi cəzanı almasına müvəffəq olmayacaq. Əksinə arada qurbanların həyatı məhv olacaq. Buna görə də boşuna qəhrəmanlıq arzusuna düşməkdənsə, başqalarını düşünüb susmağı seçir...
Gələk əsərlə bağlı təəssüratlarıma. Mən həmişə demişəm deyirəm Elxan Elatlının əsərlərinin mövzusu maraqlı, çoxşaxəli və düşündürücü olur. Amma gəl gör ki, dili çox bəsit gəlir mənə. Bilmirəm, çatışmayan bir şey var. Bəlkə də bədii əsərdə vulqar sözləri sevmədiyim üçün və yazıçı bu cür ifadələrdən bol istifadə etdiyi üçündür heç cürə onun üslub və dilinə isinə bilməməyim. Bəlkə də əsərlərində bədiilik və poetiklik az olduğu üçün... Hər nəsə, yenə də əsəri mövzu baxımdan bəyəndiyim qədər dil və üslub baxımından bəyənmədim təəssüf ki.
Məndən bu qədər. Görüşmək diləyilə...😘
***********
Bəlkə bunu da oxumaq istəyərsiniz:
Elxan Elatlı " Pəncərədə görünən kölgə"
Məndən bu qədər. Görüşmək diləyilə...😘
***********
Bəlkə bunu da oxumaq istəyərsiniz:
Elxan Elatlı " Pəncərədə görünən kölgə"
Kaydol:
Kayıtlar (Atom)