27 Mart 2017 Pazartesi

4. Mim -Xoşbəxtlik nədir?

       
   Zamanın yetmədiyi, işlərin bitmədiyi bir bahar günündən salamlar hər kəsə... Bilmirəm nədəndir, bu aralar zamanım çox bərəkətsizləşib. Hər şeyi uc-uca çatdırıram. Vaxtsızlıqdan bloqdakı yazıları da ləngidirəm. Yəqin bahar havasındandır. Həyat canlanır. Uşaqların da qanı qaynayır. Daha çox dağıdıb tökürlər. Nə isə... Şükür ki, heç olmasa indi telefonu əlimə alıb yazımı yaza bilirəm:)
   
   İndi isə keçək əsas mövzumuza.

24 Mart 2017 Cuma

Təşəkkür postu

                           

Salam əziz dostlar, əziz bloqqerlər!
 
   Ah bu bir neçə gün necə çətin keçdi mənim üçün anlatmaqla bitməz. Tam bayram günü o vurhavurun arasında bir post hazırladım bayramla əlaqədar. Mən bloqqerin mobil variantında yazıram həmişə yazıları. Rəsimləri falan da yükləyib sonra Chromla bloqqer səhifəmi açıb düzənləyib yayımlayıram. Bayram postumu düzənləmək istədiyimdə bir baxdım bütün yazılar yox olub.

21 Mart 2017 Salı

Bahar bayramınız mübarək!!!


         
Nəhayət ki, həftələrdir hazırlığı görülən Novruz bayramımız gəlib çatdı. Bu bayramı nə qədər çox sevdiyimi təsəvvür edə bilməzsiniz. Uşaqlar böyüdükcə onlara da milli adət-ənənəmizi aşılamaq, bu gözəlliklərin nəsildən-nəsilə ötürülməsini təmin etmək üçün bayrama olan həvəs və marağım da artır.
Hal-hazırda bayramı qeyd etmək üçün Lənkərana uşaqların nənə-babasıgilə gəlmişik. Bütün qohum-əqraba burda yığılacağıq.

18 Mart 2017 Cumartesi

Bloglararası reportaj - Mary's life


       
   Salam əziz dostlar! Bilənlər bilir bu yaxınlarda yazılarında, yorumlarında yumşaq və sevgi dolu qəlbini görə bildiyimiz, bloqunu ziyarət edən hər kəsdə yüksək əhval-ruhiyyə oyadıb, üzünə gülücüklər qonduran enerjili bir prenses anası, yəni, Annesinin Prensesi bir etkinlik həyata keçirdi - Bloqlararası reportaj.
Bu etkinliyə qoşulan hər kəs balaca prensesin çəkdiyi kura ilə cütləşdi. Mən öz adımın qarşısında tanımadığım bir bloqu gördükdə çox sevindim. Deməli yeni bir bloq və yeni bir dostluq ...

16 Mart 2017 Perşembe

Gecikmiş post - Torpaq çərşənbəniz mübarək !!!


        
   Hər kəsə bu şən, sevinc və gülüş dolu bayram günlərindən salamlar. Ahh, neçə gündür nə yazı yaza, nə də bir şey oxuya bilirəm. Məlum bayrama hazırlıq gedir bütün evlərdə. Mən də 2 gün bayram şirniyyatlarını bişirməklə məşğul oldum. Sonra evdə dərindən təmizlik işləri ilə. Ənənəmi pozub hər çərşənbə yazdığım halda ən son çərşənbə haqqında yaza bilmədim. Çünki həmin gün xeyli qonaqla bir gözəl bayram qeyd etdik bizim evdə. Ev yiyəsi olaraq məsuliyyət bizim üzərimizə düşürdü təbii ki.

10 Mart 2017 Cuma

Qara paltarlı qadın

              
               
Kişilər bir olmur, atam balası, -
qorxağı var, igidi var.
Amma hər kişinin öləndən sonra
qəbri üstə ağlayası
Bir qara paltarlı gözəl qadına
ümidi var.

7 Mart 2017 Salı

Havada bahar qoxusu var


         
   Bu gün Azərbaycanda üçüncü ilaxır çərşənbəlırindən olan yel (hava) çərşənbəsi qeyd olunur. Ənənəmizə sadiq qalaraq bu çərşənbə haqqında topladığım məlumatları paylaşmaq istəyirəm bloqumda.

   Yel çərşənbəsinə xalq arasında "Küləkli çərşənbə", "Külək oyadan çərşənbə" də deyilir. Bu əslində insanların düşüncəsində yaranışdan etibarən nəfəs alınan havanı təmsil edir.

5 Mart 2017 Pazar

Şuba (Kürk) salatı


          
   Salam olsun bütün blogger əhlinə :) Bu gün çox sevdiyimiz bayram və ad günlərində süfrəmizdən əksik etmədiyimiz bir salat olan Şubanın reseptini paylaşmaq istəyirəm burdan. Əvvəlcədən onu da qeyd edim ki, sadəcə yuxarıdakı hazır salat şəkli mənə aiddir. Hazırlanma mərhələsində çəkmək imkanım olmadığı üçün digər rəsmləri internetdən götürümüşəm.

3 Mart 2017 Cuma

Mücərrəd dünyanın inciləri - Ümid


         
   Nələr vermədi ki, Rəbbim bizə... Bu kirli dünyada yaşaya bilməyimiz üçün nələr lütf etmədi ki, öz sonsuz xəzinəsindən?!

   Heç düşündükmü ümidimiz olmasaydı necə olardı halımız? Necə irəliləyərdi həyatımız? Ümidsiz gəlməzdimi bir an öncə dünyanın sonu?!

   Çünki ümid  yuvarlanarkən uçurumlara doğru əlini atıb tutuna bildiyimiz, sağlam bir budaqdır ;