uşaqlıq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
uşaqlıq etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
11 Ekim 2018 Perşembe
Müharibə uşaqları
Müharibənin içindən çıxmış uşaqlığa sahib biri kimi deyərdim ki, müharibə uşaqları bambaşqa kateqoriyaya qoyulacaq uşaqlardır.
27 Eylül 2018 Perşembe
Toy paltarı (Hekayə)
İki gün idi həyəcan və sevincindən yata bilmirdi. İki gün idi hər yatağa uzandığında gedəcəyi toyun xəyalını qururdu.
Orada yaşıdları ilə edəcəyi rəqsi, hər zaman heyranlıqla izlədiyi həmin günün qəhrəmanı bəyaz mələk kimi görünən gəlini, şux geyimli bəyi düşünürdü.
16 Temmuz 2018 Pazartesi
Mim - Kitablar qəlbimdən vurur
Salam olsun hər bir kəsə. Ümid edirəm ki, hamınız bu nəfəs kəsən yayın istilərinə baxmayaraq, yaxşısınız.
Tətilə çıxa bildinizmi? Ahhh, biz ara bir rayona get-gəl eləsək də hələ ki şəhərdəyik :(
Bir mim yazısı görmüşdüm qardaş bloqqerlərin səhifəsində - kitab və də oxumaqla əlaqəli. Oxumağa aşiq biri olaraq laqeyd qala bilərdimmi bu mimə?! Elə isə başlayaq.
Mimi başladan Hayat kitapla güzel bloqunun sahibəsi gözəl bloqdaşımıza burdan qocaman təşəkkür edib, onun yazısını da oxumaq istəyərsiniz bəlkə deyib bura qoyuram.
1. Oxumağı sizə sevdirən nə oldu?
Oxumağı mən nənəmin sayəsində sevmişəm. 5 yaşından üzdən oxumağı çözüb, evdəki əlinə keçən hər cür kitabı vərəqlədiyimi görən nənəm işlədiyi bağçaya uşaq qoyan bir kitabxanaçıdan mənim üçün kitablar gətirməsini xahiş etmişdi. 3-3 gətirilən kitabları qısa müddətdə böyük həvəslə bitirib, yeni kitabların yolunu gözləyirdim. Hələ məktəbə belə başlamadan kitabxanadan kitab götürüb oxuya bilmək hər kəsə nəsib olmur məncə. Bunun üçün rəhmətlik nənəmə çox şey borcluyam.
Oxumağı mən nənəmin sayəsində sevmişəm. 5 yaşından üzdən oxumağı çözüb, evdəki əlinə keçən hər cür kitabı vərəqlədiyimi görən nənəm işlədiyi bağçaya uşaq qoyan bir kitabxanaçıdan mənim üçün kitablar gətirməsini xahiş etmişdi. 3-3 gətirilən kitabları qısa müddətdə böyük həvəslə bitirib, yeni kitabların yolunu gözləyirdim. Hələ məktəbə belə başlamadan kitabxanadan kitab götürüb oxuya bilmək hər kəsə nəsib olmur məncə. Bunun üçün rəhmətlik nənəmə çox şey borcluyam.
2. Heç hər hansı bir kitabı səhifələrini çevirərək biri ilə oxudunuzmu?
Oxudum. Uşaq vaxtı yadıma gəlir ki, bir dəfə nağıl kitabı oxuyurdum. Nənəm dedi "yüksək səslə oxu mən də qulaq asım". Nənəm nağılı necə bəyəndisə bir müddət bütün nağılları yüksək səslə oxuyası oldum 😊 Sonrakı dövrlərdə də övladlarımla bir çox kitabları bərabər oxuduq.
3. Səyahətə gedərkən yanınızda nə qədər kitab götürürsünüz?
Yola çıxarkən çox yaxın bir yerə belə getsəm mütləq çantamda 1 kitab olur. Avtobusda gedərkən və ya hər hansı bir yerdə gözləmək məcburiyyətim olanda kitab sayəsində zamanı sürətləndirmiş oluram. Əgər bir neçə gün qalacağım yerə getsəm az qala oxumağı planladığım bütün kitablarımı götürməkdən özümü güclə saxlayıram, hətta bəzən götürürəm də. Sanki səyahətdə sehirli gücü tapıb qısa müddətdə hamısını oxuyub qurtaracaqmış kimi😊
4. Əsla oxumaram dediyiniz kateqoriya hansıdır?
Yəqin ki, sarı ədəbiyyat nümunələrindən hər hansı birini əsla oxumaq istəmərəm. Qalan hər növ kitaba qapım açıqdır
5. Kitablarınızı rənglərinə görə, yoxsa əlifba sırası ilə düzürsünüz?
Doğrusu qalınlığına və ölçüsünə görə Əvvəl iri və qalın kitablar, ardınca sırasıyla qalın və böyükdən nazik və balacaya. Kitab rəfinin dağınıq olması ürəyimi ağrıdan məsələlərdəndir.
6. Yanınızda hər hansı bir heyvanla birlikdə kitab oxumaq istəyərsinizmi?
Xeyr desəm. Açığı, heç insan da istəmirəm yanımda kitab oxuyarkən. Tək oturub oxuyacam ki, ordakı aləmə daxil ola bilim. Amma sağ olsun "Balaca"(pişiyimiz) Nə vaxt ki, həyətdə oturub oxumaq istəsəm ayaqlarımın arasında var-gəl edir. Konsantrasiya falan saxlamır məndə😊
7. Bookstagram olarak kendi özgün stilinizi oluşturduğunuzu düşünüyor musunuz?
O nədir?🤔 Zarafat bir yana bookstagramın nə olduğunu hələ indi-indi anlamağa başlamışam. Stil falan bilmərəm mən. Arada kitab, arada da telefonumun ekranına yansımış və bəyəndiyim fotoları paylaşıram, o qədər.
Vəə bir mim yazısının da sonuna gəldik. Bəyənəcəyinizi ümid edərək sağollaşıram hər birinizlə.
Etiketler:
bədii ədəbiyyat,
ədəbiyyat,
kitab,
Mim və etkinlik,
Oxuduqlarım,
oxumaq,
uşaqlıq
19 Şubat 2018 Pazartesi
8. Mim - Sinema ve ben
Canım Ayselimin (Blue thing) və Nərminimin (Kəlimələrin gücü) məni eyni zamanda mimlədikləri maraqlı bir mimlə hər kəsi salamlayıram. Öneri makinasının başlatdığı bu mimlə bir çox bloqda qarşılaşmışdım. İstədiyi qədər izləmə imkanı olmasa da, filmləri çox sevən biri olaraq bu mimdəki sualları cavablamaq mənə əyləncəli və maraqlı anlar yaşatdı. Ümid edirəm ki, sizlər üçün də maraqlı olar. Elə isə başlayaq.
Etiketler:
film,
izləmək,
kinematoqrafiya,
kino,
kinoteatr,
Mim və etkinlik,
Seri yazılar,
uşaqlıq
14 Mayıs 2017 Pazar
Uşaqlığıma səfər
Salam olsun sevgili bloqqer olan və olmayan məni oxuyan hər kəsə. Neçə vaxtdır aranızda ola bilmirəm yazmışdım keçən yazımda. Şükür yaxşı səbəblərə görə vaxtım olmurdu. İnstagramdan təqib edənlər bilirlər bu aralar həm balacamızın ferma konseptli ad gününü keçirdik, həm də xeyli gəzdik :)
Kaydol:
Kayıtlar (Atom)



