Hər kəsə bu ilıq payız günlərində salam olsun. Neçə vaxtdır bloqumda resept paylaşmıram. Halbuki, nə qədər çox yeni reseptlər öyrənmişəm. Hamısı da bir-birindən ləzzətli. Qərar verdim. Bundan sonra daha tez-tez resept paylaşacam sizlərlə in şə Allah.
Biş-düş etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Biş-düş etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
4 Ekim 2018 Perşembe
12 Şubat 2018 Pazartesi
Şokoladlı qurabiyə
(Səhvən sildiyim pu postumu çox çalışsam da yorumları ilə birgə geri qaytara bilmədim:( Məcburən yenidən , amma, eyni tarixə yükləyəsi oldum)
Ləzzətli bir reseptlə yenə qarşınızdayam əzizlərim. Birdən ağlıma gəldi ki, mən uzun zamandı heç bir resept paylaşmıram bloqumda. Hansı resepti paylaşım deyə düşünərkən bu aralar uşaqlı-böyüklü bütün ailənin favorisi olan bir qurabiyə reseptinin məqsədəuyğun olacağını düşündüm. İndidən deyim bu qurabiyə həyatınızda yediyiniz ən dadlı qurabiyə ola bilər. Hələ bir də bizim kimi şokolad və kakao sevənlərdənsinizsə kağız-qələminizi hazırlayın. Başlayıram ərzaqları saymağa:
22 Ağustos 2017 Salı
Şaftalı ilə yay tortu
Salam olsun bu yazını oxuyan bütün canlara. Günlər necə keçir? İstilərlə aranız yaxşıdırmı? Mən şəxsən artıq bir an öncə havalar sərinləsin, yağışlar başlasın deyə gün sayıram.
Belə isti havalarda insanın ürəyi ancaq sərin və yüngül qidalar istəyir. Ağır və yağlı qidalardan isə hamı uzaq qaçır. Mən də yaya uyğun bir tort resepti paylaşmaq istəyirəm sizinlə.
Etiketler:
Biş-düş,
meyvəli tort,
tort resepti,
yağsız krem,
yay tortu
12 Haziran 2017 Pazartesi
Sobada kartoflu kotlet
Hərarətli Ramazan günündən hər kəsə salamlar! Çox şükür bu il də Ramazanımız bol qonaqlı, bərəkətli keçir. Bu ayın ən sevdiyim cəhətlərindən biridir bu. Hər gün başqa qonaq və bişirəcəyin başqa-başqa yeməklərin həyəcanı... Təkrar olmasın deyə hər gün fərqli, yeni yemək resepti axtarışına çıxmaq... Vəə nəticədə bir ay kimi qısa zamanın sonunda xeyli yeni resept siyahısına sahib olmaq :))
13 Nisan 2017 Perşembe
5. Mim - Sevdiyimiz markalar.
Salamlar...Mimləri sevdiyimi söyləmişdimmi? :) Mim yazıları nədənsə daha səmimi alınır hər zaman. Tanıdığım bir neçə insan da mim yazılarımın daha maraqlı olduğunu söyləmişdi. Bilmirəm, bəlkə də, mimi cavablayarkən bir az öz zövqlərimiz, keçmişimiz, arzularımız da ortaya çıxır. Yəni oxucu mim sayəsində daha yaxından tanıyır bizi.
Bu dəfə də sevgili Deeptone məni özünün başlatdığı maraqlı bir mimlə mimləyib. Bu mimə görə sevdiyimiz markalardan üçünün adını yazmalıyıq.
10 Nisan 2017 Pazartesi
Qozlu mütəkkə

Havaların gah günəşli, gah yağışlı keçdiyi şıltaq yaz günlərindən hər kəsə salam olsun !!!
Yağış demişkən dünən ilk dəfə dolu yağışına şahid oldum. İlıq, çiçək qoxulu bir bahar havasında həftə sonunu dəyərləndirmək üçün çıxdığımız gəzintidən gecə gec saatda dönəsi olduq.
Biz maşına minərkən ildırımlar çaxmağa başlamışdı. Bir az yol getmişdik ki,
5 Mart 2017 Pazar
Şuba (Kürk) salatı
Salam olsun bütün blogger əhlinə :) Bu gün çox sevdiyimiz bayram və ad günlərində süfrəmizdən əksik etmədiyimiz bir salat olan Şubanın reseptini paylaşmaq istəyirəm burdan. Əvvəlcədən onu da qeyd edim ki, sadəcə yuxarıdakı hazır salat şəkli mənə aiddir. Hazırlanma mərhələsində çəkmək imkanım olmadığı üçün digər rəsmləri internetdən götürümüşəm.
6 Şubat 2017 Pazartesi
Portağallı kələm salatı (və ya turşusu)
Çox fərqli bir salat resepti ilə qarşınızdayam. Bəri başdan deyim ki, rus mətbəxindən gələn bu salat hər kəsin ağız dadına uyğun olmaya bilər. Məsələn bizim ailə bu salatı sevənlər və bir daha yemək istəməyənlər olaraq iki ayrı qrupa bölündü:) Portağalın aromasını və qoxusunu sevənlərdənsinizsə bu salatı da bəyənəcəksiniz. Mən çox bəyəndim, ona görə də siz dəyərli oxuyucularla da paylaşmaq istədim.
23 Ocak 2017 Pazartesi
Kakos surprizli keks

Hər kəsə qucaq dolusu salamlar. Bu gün yenə ləzzətli bir reseptlə qarşınızdayam. Doğrusu bizim evdə şirniyyat olaraq ən çox keks bəyənilib, iştahla yeyildiyinə görə mən də həmişə fərqli keks reseptləri axtarışında oluram. İnternetdə axtarış zamanı qarşıma çıxan bu günkü keks ilk olaraq görüntüsü ilə könlümüzü fəth etmişdi. Bişirib dadını da çox bəyəndiyimiz üçün bloq yaddaşımda da yer alsın istədim. Beləliklə keçək keksimizə lazım olan ərzaqları və hazırlanma qaydasını anlatmağa.
4 Ocak 2017 Çarşamba
Asan keks (mürəbbəli)
Hər kəsə yeni ilin ilk günlərindən salamlar. Bu aralar günlər günəşli keçsə də havada qışın şaxtası hiss olunur əməlli-başlı. Hələ bir də axşam oldumu hər yer buz bağlayır. Belə havada evdə oturub heç yana çıxmaq istəmir insan. Adyala bürünərək bir tərəfdə oturmaq, əlindəki bir fincan isti çay və ya qəhvəni içərkən qurtum-qurtum ən sevdiyin kitabın maraqlı dünyasında qeyb olmaq istəyirsən... Çayın yanında ləzzətli bir keks də oldumu dəyməyin keyfimə :) Bu gün sizi çox yormadan asan başa gələn, eyni zamanda çox ləzzətli və maraqlı bir keks resepti ilə tanış etmək istəyirəm. Bir də gördünüz ürəyiniz istədi və ya uşaqlar sizdən bir şirniyyat hazırlamağınızı xahiş etdi, amma, baxdınız ki, evdə şəkər qurtarıb. Yəqin ki, həmən vaz keçərsiniz bişirməkdən. Eee şəkərsiz şirniyyatmı olar? Qaldı sabaha -deyə düşünməyin bu resept elə tam belə ekstrimal günlər üçündür. Nə isə çox uzatdım keçirəm keksimizə.
9 Aralık 2016 Cuma
Bananlı-qaymaqlı tort
Bu gün çox yüngül, ləzzətli bir o qədər də asan başa gələn bir tort resepti paylaşmaq istəyirəm. İlk dəfə Sitarə bacımın əllərindən daddığım bu torta bir az özüm də əlavələr etdim. Və ortaya mükəmməl bir ləzzət çıxdı. Burdan canım bacıma çoooxca təşəkkürlər ♡♡
5 Ekim 2016 Çarşamba
Mürəbbəli qozlu paxlava
Bu gün ərzaqları çox az lakin özü çox bərəkətli olan bir paxlava pesepti paylaşacam burda. İlk dəfə Ramazanda iftarda çayın yanına hazırladığım bu paxlavanı gələn qonaqlarım da bəyənmişdilər. Mən də kəndə bayramı qeyd etmək üçün gedəndə də hazırladım. Burda da yüksək qiymətləndirildiyi üçün reseptini bloqumda da yazmaq istədim. Bu arada resepti mənə verən Fərqanə bacıma burdan təşəkkürlər ;)
7 Mayıs 2016 Cumartesi
Durbin börək
Hər kəsə salamlar. Bu aralar başım o qədər qarışıq oldu ki, fürsət tapıb heç olmasa əlimdə hazır olan postları belə yayınlaya bilmədim. Həyatımın stressli, amma bir o qədər də ləzzətli dövrlərindən birini yaşadım bu aprel ayında. Körpəmin bir yaşının hazırlığı, üstəgəl çox sevdiyim rəfiqəmin diplom işini türk dilindən azərbaycan dilinə tərcümə ( bunu çox qısa zamanda bitirməm lazım olurdu deyə bütün əsəblərim tarıma çəkilmişdi) eyni vaxta dənk gəlincə birindən-birini çatdıra bilməyəcəyimi, əksik buraxacağımı düşünmək məni dəli edirdi. 3-4 gün gecələri cəmi 1-2 saat yatıb, gündüzləri sadəcə evdə önəmli işləri həll edərək başa çıxmağa çalışdım. Uşaqların götür-qoyu, dərslərini hesaba qatmıram belə...Nə isə ki, çox şükür bütün sıxıntıların sonu gözəl olduğu kimi, mənim stresslərimin də nəhayətində meyvələri şirin oldu.
25 Nisan 2016 Pazartesi
Çiçək poğaça
Bu mübarək Ramazan günündə hər kəsə salamlar.Yenə çox vaxtsızam, yenə çox vaxtsızam :( Yəni bir çox şeyi güclə çatdırıram.Gözəlim bloquma yazı yazmağa heç cür imkan tapa bilmirəm.Amma ürəyim həmişə burdadı. Planımda yazdığım çiçək poğaçanın reseptini paylaşacam bu gün burdan.Şükür bişirilmiş halda şəkli var artıq :) Həm bişirib sahurda yemək istəyərsiniz bəlkə.
2 Mart 2016 Çarşamba
Yerkökülü keks
Yeməyi və bişirməyi sevən biri olaraq ara-sıra bişirib daddığım təamların reseptini və hazırlanma qaydasını bura yazmağa qərar verdim. Doğrusu mənim bir xəstəliyim var : hər kəsin çox qarşılaşmadığı, fərqli yemək, salat, şirniyyat hazırlayıb insanları təəccübləndirmək. Amma internetin bu qədər geniş yayıldığı bir zamanda nəsə fərqli bir şey tapıb ortaya çıxarmaq çox çətin məsələdir. Çünkü indi hamının hər şeydən xəbəri var. Bizə qalır ancaq bişirib yemək. Neçə vaxtı yerkökülü bir keks etmək istəyirdim. Nəhayət dünən birini bişirdim. Tərkibinə hər zaman etdiyim klassik keksin ərzaqlarını vurdum, tək fərq yerkökü də əlavə etdim. Üzərini soyuducumdakı uşaqlara bişirdiyim muffini bəzəmək üçün hazırladığım və artıq qalan krem şanti və qızlarla ( rəfiqələrim) görüşə gedərkən klassik "əliboş getməyək" məntiqi ilə hazırladığım keksin yenə artıq qalan şokalad sosu ( reseptini çox yaxında yazacam) ilə bəzədim.Vəəə budurrr...Ortaya məncə gözəl bir şey çıxdı... Sizcə???
Kaydol:
Kayıtlar (Atom)








