İki gün idi həyəcan və sevincindən yata bilmirdi. İki gün idi hər yatağa uzandığında gedəcəyi toyun xəyalını qururdu.
Orada yaşıdları ilə edəcəyi rəqsi, hər zaman heyranlıqla izlədiyi həmin günün qəhrəmanı bəyaz mələk kimi görünən gəlini, şux geyimli bəyi düşünürdü.