Ənənəvi fəsil gözəlləmələrində növbə yayındır.
Digər mövsümlər yurdumuzun müvəqqəti qonağı ünvanında olsa da yay buraların sakinidir. Yay daha bizdəndir, daha yaxındır sanki.
Çünki yay oldumu evdə-eşikdə kimsə qalmır, qış boyu öz dünyasına çəkilmiş qonum-qonşu, qohum-əqraba hamısı gün üzünə çıxır. Qadınların şirin-şirin söhbəti, kişilərin ağac kölgəsində nərdi, dominosu, uşaqların axşamacan bitməyən gizlənqaçı, ip atlaması, futbolu başlayır...Yay hər kəsi mehribanlaşdırır bir baxıma...