30 Nisan 2020 Perşembe

Hər aya 1 Kitab, 1 Film

   Salam hər kəsə. Ümid edirəm ki,yaxşısınızdır. Artıq may ayı başlasa da aprel ayının "Hər aya 1 Kitab, 1 Film" etkinlik yazısını indi yazıb yayınlamağa imkan tapıram 🤦‍♀️ Amma yayınlama tarixini aprelə qoyuram. Hələ də rayondayıq. Gün hardan başlayıb bitir xəbərimiz olmur. Üstəlik Ramazan da başlayıb. İftardan sahura yatmaq adətimiz də yoxdur. Qısacası, gün rejimimiz dəyib bir-birinə. Amma kitab oxuma və film izləməyə mütləq zaman ayırıram. Sadəcə oturub yorum yazmaqda çətinlik çəkirəm bir az.
Nə isə keçək yazımıza.

Aprel ayı

▪️ Kitap : Korku Avcısı - Chris Carter
(Əvəzinə Alfred Adler - İnsanı tanıma sanatı)

▪️ Film : Sevginin Gücü (Leon)


Alfred Adler - İnsanı tanıma sanatı.


   Bu ayın kitabını pdf olaraq (digər variantını kənddə olduğumuz üçün tapmağım onsuz da qeyri-mümkündür :( )heç yerdə tapa bilmədiyim üçün çoxdandır oxumağı planladığım bir kitabı oxumaq qərarına gəldim.

   Eyni müəllifin "Yaşamın anlam ve amacı" adlı kitabını çox sevmişdim. Odur ki, bu kitabı da mütləq oxumalıyam deyə düşündüm. Kitabda incə ayrıntılarla o qədər çox şeyə toxunulub ki... Temperament tiplərindən tutmuş, insanları bir-birindən fərqləndirən bir çox xüsusiyyətlərə, yenə yuxu, xəyal aləminə, insanı tanımaq sənəti ilə məşğul olacaq insanların xarakterlərinə, ən əsası və ən çox bəyəndiyim məqam isə qadınlara, onların yaşam tərzinin ruhlarında yaratdığı təsirlərə belə toxunur müəllif. Qısacası, bu kitabı da çox sevdim və insanoğlu adlı sirli məxluqla əlaqədar bir çox şeyi də öyrənmiş oldum.

  Sonda seçdiyim cümlələrin bəziləri ilə sizi baş başa buraxıram.

Seçdiklərim:
(Bir çoxunu ələmişəm hələ:)

✔"...gerçek anlamıyla insanı tanıma sanatını elde edecek kişiler belirli bir grup içinden çıkacaktır; bunlar da pişman olmuş günahkârlar’dır, yani ruhsal yaşama ilişkin yanılgıların içinde bulunup sonradan kendilerini kurtarmış, ya da en azından bu yanılgılarla burun buruna gelmiş kimselerdir."

✔ "...hayatta birçok kötü olayla karşılaşmış güçsüz çocukların hayal gücü üstün düzeydedir; böylesi çocuklar, düş kurup dururlar hep."

✔ "Hayli çocuk vardır ki, aslında bir başka ailenin evladı olduğu düşüncesinden kolay kolay vazgeçemez, günün birinde gerçeğin gün ışığına çıkacağını ve asıl babasının (her zaman da yüksek mevkide biridir bu) çıkıp gelerek kendisini alıp götüreceğini düşleyip durur. Bunlar ruhlarında bir aşağılık duygusu barındıran, birtakım yoksunluklar içinde yaşayan, gerektiği gibi ilgi görmeyen ya da çevrelerinden gördüğü sevecenlikle yetinmeyen çocuklardır."

✔ "Çocuk üzerinde uygulanacak bilinçli bir eğitim, onu, yaşadığı güvensizlik duygusunun elinden kurtarmak, yaşam için beceri, bilgi, üstün bir anlayış ve başkalarına karşı ilgiyle donatmak amacını güder."

✔ "Oyunla harcanan zamana, hiç de boşa gitmiş bir zaman gözüyle bakılmamalıdır. Gelecek için hazırlanma amacı dikkate alınırsa, her çocuğun daha çocuk yaşta, ileride sergileyeceği büyük insanın kimi özelliklerini içerdiğini söyleyebiliriz."

✔ "Unutkan insanlar öyle kişilerdir ki, açıkça başkaldırmaya pek yanaşmaz, ama unutkan davranışlarıyla ödevlerine karşı yeteri kadar ilgi duymadıklarını ele verirler."

✔ "...kendini beğenmiş biri, çoğunlukla ilgili özelliğinin hiç farkına varmaz, tersine öyle davranır ki, sanki alçakgönüllülüğü herkesin dikkatine çarpmaktadır."

✔ "Her evlilikten önce aslında kadının erkeğe sorması gereken çok önemli bir soru vardır: “Uygarlığın o üstün erkeklik ilkesi karşısındaki, özellikle aile konusundaki tutumun nedir?” Soru, çoğunlukla yaşam boyu bir karara bağlanmadan kalır. Bunun da sonucu, bazen kadının erkekle eşit haklara sahip olmak için büyük bir çaba harcaması, bazen de çeşitli derecelerde bir teslimiyettir."

✔ "Kişisel üstünlük uğruna sürekli bir boğuşmadır erkeksilik, çünkü üstün olmaya da erkeksi bir gözle bakılır."

✔ "Çocukluğundan başlayarak bütün dünyanın, kızlara belirli bir önyargıyı benimsetmeye çalıştığı, böyle bir önyargının da kızların kendi değerlerine olan inancını ve kendi özgüvenlerini sarsmaktan, doğru dürüst işler becerebilme umutlarını yıkmaktan başka şeye yaramadığı gözden kaçırılır çoğunlukla."

 ✔ "Uyku bozuklukları, her zaman aşırı bir ihtiyatın ve güvensizliğin belirtisidir. Kötümserler, yaşamın düşmanca davranışlarından kendilerini daha iyi koruyabilmek için, adeta uyumayıp sürekli nöbet tutarlar."

✔ “Bir insanın ideal davranışı belirli bir ölçüyü aşıp da, iyi kalpliliği ve insancıllığı göze batar bir boyut kazandı mı, durumdan kuşku duymanın yeridir.”

✔"Sözde hak edilmemiş bir yazgıdan ötürü saygısız kişilerin yakınmalarının nedeni, çokluk saygısızlıklarına o zamana kadar katlanmış kimselerin bir süre sonra iyi niyetli çabalarına son verip onlara sırt çevirmeleridir."

✔ "Bir insanın kendisini durmadan belanın bulduğu biri gibi göstermesi, üzerimizde bazen pek masum bir izlenim bırakır. Oysa gerçekte böyleleri bütün düşmanca güçlerin salt kendileriyle ilgilendiğini, kendilerinden başkasına kulak asmadığını söyleyerek alabildiğine bir kendini beğenmişlikle dolup taştıklarını ele verir."

Film : Leon (Sevginin gücü)


   İllər öncə bəlkə də uşaqlığımda baxdığım və bəyəndiyim bir filmdir Leon. Odur ki, başda izləməkdə bir az tərəddüt etdim. Amma nə yaxşı ki, nə yaxşı ki, sonunda izləmək qərarına gəldim.

   Başdan sona süjet xəttini bildiyi halda göz yaşı qurumazmı insanın?! Matildanın - güclü görünməyə çalışan o kiçicik qızın yalnızlığı və qatlandığı həyatın ağırlığınamı desən, Leonun - köntöy, amma qəlbi tərtəmiz, şəfqət dolu adamın yalnızlığınamı desən, yoxsa bu iki yalnızlığın qovuşmasından ortaya çıxmış şəfqət, mərhəmət, fədakarlıq, adanmışlıq dolu, büllur kimi tərtəmiz bir eşqin nakamlığınamı desəm...


  Qısacası, ağlayası, qəlb sızladası o qədər çox şey vardı ki... Başdan sona heç bezmədən izləyəcəyiniz, su kimi axıb gedən və sonda qəlbinizdə bir dünya duyğu buraxan bir filmdir "Leon". Odur ki, indiyənəcən izləmədinizsə çox şeyi qaçırmısınız məncə.

   Sonda filmi təkrar izləməyimə vəsilə olan canım bloqdaşlarıma təşəkkür edirəm. Onların da səhifələrinə ziyarət etmək, yazılarını oxumaq istəsəniz aşağıdakı linklərə tıklayın sadəcə.

Sağ olun, sevgiylə qalın... 💞

Mor Düşler Kitaplığı

Gonca'nın Dünyasından 

Həmidə nənə



- 11 övlad böyütmüşəm.... dedi,... nə bilim?! 

"Nə bilim?!" ... 

   İki kəliməlik bir ifadəyə nələr sığdırmırdı Həmidə nənə... 
İllərin əziyyəti, yorğunluğu, qayğıları və incikliyi... Fəda etdiyi bütün ömrünün səmərəsiz nəticəsi... 

-18 yaşında gəlin gəlmişəm bu həyətə... Bağ salmışdım, bostan becərirdim, bir dəqiqə oturmurdum vallah, bircə dəqiqə də... 

  Baxımsız, sahibsiz qalmış, otu dizə çıxmış bağ bostanının xəcalətini çəkir bu yaşında, yerindən dura bilməməyinin üzürxahlığını edir bizə Həmidə nənə...

   "11 övlad..." Dodaqları içində qeyb olmuş, dibsiz bir quyunu andıran  dişsiz ağzından asta-asta, zəif çıxan səsi ilə onu yoxlamağa gələn qonaqların darıxmaması üçün ordan burdan danışan nənənin söhbətinə qulaq asa-asa ətrafı gözdən keçirirəm hiss etdirmədən. "11 övlad" deyə hayqırıb heç susmayan iç səsimlə... 

   Otağın alatoran havası ürək sıxır. Şüşəbəndə açılan kirli, yerdən pəncərələr pərdəsizdir nə yaxşı ki... Heç olmasa işıq düşür... 

   Yeri örtmək üçün sərilmiş hissə-hissə köhnə kovralit və xalçaların üstü yəqin ki, aylardır süpürülmür... 

   Küncdə üç stul yanyana qoyulub, üzərində çox güman ki, içində nənənin paltarları olan parça bir çanta, iki ədəd də üzü kirli yastıq... 

   Bir divara niyə isə başdan başa nə vaxtsa ağ olmuş indi isə kirdən bozarmış tül çəkilib... Üstündə bu otaqda ən çox diqqətimi çəkən bir şey var - nənənin asılqandan asılan bir əlbisəsi... Görəsən bunu Həmidə nənə özümü asıb?.. Bəlkə də ən sevdiyi paltarıdır - qara, qısaqol, üzəri ağ güllü əlbisə... Yəqin ki, bütün qış orda asılı durub... Bu nənənin yaya çıxmaq   arzusudurmu? Yoxsa doğurdan da ən sevdiyi paltarının o çantadakıların arasında əzilməyinəmi qıymayıb?...

   Bir divarda üzərində elektrikli pilitə, yanında bankalarda bir şeylər, qab qaşıq... Bəzən özünə yemək bişirir burda nənə... 

   Bir divarın önündə isə nənənin çarpayısı.  Postelsiz yatağında durub oturub bizə görə... Önündə bir stul, üzərində kirli, yarısı su ilə dolu, içərisində 2-3 çay qaşığı olan bir stəkan. Yenə üstünə salfetka qoyulmuş kirli bir qəddan... Və bir boşqabda nənənin özü bişirdiyi, buz kimi soyumuş yağsız, quru, ağappaq plov...

   Qırışların arasında itmiş gözləri parıldayır nənənin danışdıqca... Hər kəlimənin arasına bir dünya dua sığdıraraq danışır... Həmsöhbət tapa bilməyin sevincini yaşayır... Öz yaşındakı qoca nənələri xəbər alır bir-bir...

   Gözümdə canlanır... Nənələrin gənc gəlin halları gəlib durur gözlərimin önündə... Zirək, qıvraq vücudları ilə hər işin öhdəsindən gələn - bütün gün ev-eşik, həyət baca ilə məşğul olub yorulsa da körpə balalarının gülümsəyən üzlərində özlərinə xoşbəxtlik tapan, toylarda bəzənib-düzənib, heç olmasa belə gündə özlərini qadın kimi hiss edən, evdən, qayınanadan bir-birlərinə şikayətlənən, övladlarını yedirən, geydirən, götür-qoylarını edən o gənc gəlinlərin indi başqalarının yedirməsinə, geydirməsinə möhtac, yeriyə bilmədikləri üçün bir kənd içində belə ancaq uzaqdan, başqaları vasitəsilə hal-əhval tutan nənələrə dönmüş halını gənc yaşımda müşahidə edərkən nələr gəlib keçmir ki beynimdən... 

   Həyat bundan ibarət olmamalıdır... Övladları üçün özündən, bütün zövqlərindən vaz keçmiş, həvəslərini basdırıb, hər şeyləri ilə fədakarlıq etmiş anaların, ataların sonu alatoran, tozlu otaqlarında ac, qayğıya möhtac, gözləri pəncərədə onu yoxlamağa gələcəklərin yolunu gözləməməlidir. Gözü başqalarından gələcək bir qab yeməkdə olmamalıdır... 

   Onun naz edən, "onu yemirəm, bunu yemirəm" deyib şıltaqlıq edən zamanıdır, necə ki, vaxtı ikən övladlarının nazını eynilə çəkmişdir... Valideynin övladının hər cür yükünü heç qarşılıq gözləmədən çəkdiyi halda valideyn niyə övlada bu qədər ağır gəlir bəs??? Anlamıram... Mən bunu anlamıram... 

   Ana-ata heç bir zaman mən bu uşağa yemək verib paltar alım, oxudum ki, o da gələcəkdə mənə baxsın deyə düşünmür... O sonrası məchul övladına tamamilə içdən gələn, qarşılıqsız sevgi ilə hər şeyini fəda edir...

   Övladın  bütün bu fədakarlığa şahid halı ilə bir ananın, bir atanın qayğısını çəkməyi özünə yük bilməsi anlaşılmazdır həqiqətən də, anlaşılmaz...

   Ah, Həmidə nənə... 18 yaşında gəlin gəlib, 11 övlad böyüdən, indi oğlu, gəlini, nəvələri ilə ömrünü sürdüyü köhnə evinin tozlu otağında tənha yaşamağa məhkum edilmiş, uzaqdakı qızının hər adını andığında ağlayıb, onu arzulayan Həmidə nənə, sən heç üzülmə... Həyatın bu anlaşılmaz, ədalətsiz qanunu sənin kimi neçə nənə-babaya işləyir bir bilsən... Səni  övladlarının anlamağına heç də çox qalmayıb... Həyat o qədər qısadır ki... 

   Yaşlı hallarında ürək sözlərini danışmaq üçün adam axtaranda sən düşəcəksən yadlarına... Qalxıb bir stəkan çay tökməyin çətinliyini yaşadıqlarında, sözləri qulaqardı edilib, istəkləri qarşılıqsız qaldıqlarında sən gəlib duracaqsan gözlərinin önündə...

   Ətrafdakılar öz dünyalarında yaşayıb, öz aləmlərinə onları almadıqlarında məcbur çəkildikləri dünyalarında uşaqlıq, gənclik xatirələri olacaq tək təsəlliləri... Onda gənc Həmidə ana onlara yemək yedirərkən, saçlarını darıyarkən, üst-başlarını geydirərkən görünəcək gözlərinə...

   Elə bir özləm dolacaq ki, qəlblərinə əl atıb sarılmaq istəyəcəklər sənə, şəfqətli ana qucağının istiliyini duymaq istəyəcəklər, eynən sənin indi duymaq istədiyin övlad qayğısı kimi... Amma o böyük boşluqdan əllərinə keçən yeganə bir şey olacaq - son nəfəslərini verənə qədər içlərində hər gün artan yanğı ilə  PEŞMANLIQ !!!


13 Nisan 2020 Pazartesi

"Kvan" və "Mucize"



   Hər kəsə həftənin ilk günündən salamlar.  Ümid edirəm ki, hamınız pozitivliyinizi itirmədən, səbirlə bu günlərin çətinliyinə sinə gərir, günlərinizi dolu-dolu keçirməyə çalışırsınız. Məsələn, mənim bu aralar oxuduğum kitabların sayı artıb çox şükür.
 
   Baxıram, rəy yazacağım kitablar yığılır üst-üstə. Ara bir 2 kitabın rəyini birdən yazım dedim. Onsuz məncə, kitab yorumu olan yazılarımı oxuyan olmur. 😅 Sadəcə, necə deyərlər bloqumun stilini pozmamaq, əsəri təhlil edə bilmə bacarığımı inkişaf etdirmək, bir də oxuduğum kitabları unutmamaq üçün bu yazılarımdan əl çəkmirəm. Bir az qısa eləsəm, daha məqsədəuyğun olar, amma onu da çox bacarmıram.🙄

  Nə isə... Keçək görək təzə nələr oxumuşuq...

    Coşğun Kərimov - "Kvan" 


"Kvan" kitabı ilə sosial medyada o qədər çox qarşılaşmışdım ki, oxumaq üçün səbirsizlənirdim. Və bir gün oxumaq nəsib oldu nəhayət. 😊

Açığı çox təriflər eşitdiyimə görədir bəlkə, gözləntim çox yüksək idi. Odur ki, kitab məni gözlədiyim qədər sarsmadı. Yəni xəyal etdiyim kimi motivasiyamı birdən göylərə uçurmadı. 

Bu kitabı bəyənmədim demək deyil əlbəttə. Nəhayət Azərbaycanda da öz uğurlarından yazıb gəncliyə yol, istiqamət göstərən belə gənclərin olmağı çox sevindirir məni. Coşğun Kərimov öz həyat hekayəsini danışarkən özümə yaxın hiss etdiyim bir çox məqamlarla rastlaşdım. Universiteti sadəcə diplom almaq üçün oxuyan,  aldığı diplomu çörəkpulu qazanmaq  vasitəsi kimi görən basmaqəlib düşüncələrin varlığını burda da hiss elədim. Və qəhrəman bu cür yaşamaq istəmir. Sadəcə qazanc üçün ruhunu sıxan iş yerlərində ömrünü çürütmək istəmir. Buna görə məncə passiv şəkildə olsa da bir dirənmə ilə mücadilə verir və sonunda mükafatını alır. Qısacası, məncə gənclər mütləq oxumalıdırlar. Özlərini tapmaq, hədəflərlə yaşamaq və xəyallarının ardınca getmək gücünü özlərində toplamaq üçün oxumalıdırlar. 

Kitabdan seçdiklərim:

✔ "Həyat bizim qətiyyətimizlə zarafatlaşmağı çox sevir".

✔ "Motivasiya sizi yarıyolda qoyacaq, ancaq əldə etdiyiniz vərdişlər sizi sona qədər aparacaq."

✔ "Mükəmməl qiymətlər cüzi mükafatlar verir, mükəmməl səhvlər isə inanılmaz mükafatlar."

✔ "Keyfiyyətli insanlar doğulmur, onlar inşa edilir."

✔ "Hamımız o qədər eşidilmək istəyirik ki, heç birimiz dinləmirik."

✔ "İndi xəbər başlıqları oxuyan vaxtlarınız deyil, indi xəbər başlıqlarına çevrilən vaxtlarınızdır."

✔ "Bəzən ödənilən bədəl xəyallarla eyni böyüklükdə olur."

          Və ən sevdiyim...

✔ "Ey anasının bətninə hücum edən milyardların içindən əvəzsiz olanlar! Milyardlıq rəqabətdən qalib çıxanlar!

   Siz həmin iddialı embrionlarsınız! Siz çılğın, kiçik orqanizmlər və nəhəng ruhlarsınız!

   Ruhunuza yaraşan şəkildə yaşayın! İddialı başlanğıcınıza yaraşan şəkildə yaşayın!

Həyatınızın işini görərkən və xəyallarınızı gerçəkləşdirərkən vaxtıyla özünüzün "nöqtə" olduğunu unutmayın və bu "nöqtə"ni indiki böyüklüyünüzün sizə verdiyi güclə qoyun."

R.J.Palacio - "Mucize"



"Mucize" həqiqətən də möcüzə kimi bir kitabdır. Hər yaşa xitab edən, hər yaş nümayəndəsinin qəlbinə nüfuz edə bilən kitablardandır. Bizim balacadan başqa digər oğlanların 3-ü də çox bəyənərək oxudu. Hətta kitab oxutmaq üçün böyük mücadilə verdiyim ikinci oğlum 2-cə günə bitirdi kitabı. Və "ana, bu cür kitablardan al , nə qədər desən oxuyaram" dedi. Qısacası, hekayəsi o qədər maraqlı, dili o qədər axıcıdır ki, kitabın nə vaxt sonuna gəldiyini hiss etmirsən belə. Hələ oxucuya qazandırdıqları... Ən başda çox güclü empatiya duyğusu yaradır insanda məncə. Üstəlik, dostluğu, fədakarlığı, sevgini, anlayışı, şükür duyğusunu və daha bir çox şeyi aşılayır insana... Oxuyarkən valideynlərin təmkinli və bilincli tutumu, müəllimlərin anlayışı dərindən bir "kaş ki..." köksü ötdürtdü məndə... Spoiler verməmək üçün məzmunu ilə bağlı heç bir şey yazmayacağam. Amma hər kəsə oxumağı, xüsusən, mütləq ətrafındakı uşaqlara oxutmağı məsləhət görərdim. 

Seçdiklərim:

✔ "Evren bizi terk etmiyor, en kırılgan oluşumlarını, bizim görmediğimiz yollardan gözetiyor."

✔ "Daima gerektiğinden bir az daha nazik olmaya çalış."

✔ "Sıradan olmamamın tek nedeni, kimsenin beni öyle görmemesi."

✔ "Haklı olmak ile nazik olmak arasında seçim yapmanız gerektiğinde nazik olmayı seçin."

6 Nisan 2020 Pazartesi

Keç məndən, həyat...



Keç sən məndən, həyat, keç sən...
Çox tənbələm, çox da yorğun...
İstədiyin  kimi deyiləm, 
Mənim başqadır qanunum...
Qərib diyarda kimiyəm
Həm də ki yorğunam, yorğun...

Özümü tapmaq üçün
 çıxdığım
 yolçuluqlar yorur məni...
Tapdığımı qavramaq üçün
boğuşduğum
 bataqlıqlar yorur məni...

Hayqırdığım susqunluqlar, 
Qələbəlik yalnızlıqlar,
Gur işıqlı qaranlıqlar,
yorur məni...

Bir də yalanlar yorur...
Riyalar, kibirlər yorur...

Uğurlarından danışan uğursuzlar,
Şəfqətindən danışan amansızlar,
Bacarığından dəm vuran yararsızlar
yorur məni...

Gördüklərim yorur məni...
Duyduqlarım yorur məni...

Danışığı ilə zəhər yayanlar,
Özlərini böyük sananlar
Məsləhəti ilə adam boğanlar
Yorur məni...

Məhkəməsiz "hakimlər",
Heç susmayan "müəllimlər",
Və zoraki seçimlər
yorur məni...

Anlayırsanmı?!
Çox yorur...

Ədalətsiz tənqidlər yorur məni,
Dar görüşlü məntiqlər yorur məni,
Bir də çoxbilmiş tiplər ...
çox yorur...

Odur ki, həyat, keç sən məndən...
Çox tənbələm, çox da yorğun.
İstədiyin  kimi deyiləm, 
Mənim başqadır qanunum...

Umman Aslan

06.04.2020
 02:01