30 Ocak 2017 Pazartesi

Böyük nemət

 
               
    Bu yaxınlarda arayış almaq üçün getdiyim bir idarədə eşitdiklərim mənə çox dərindən təsir etdi doğrusu. Bizim yaşadığımız qəsəbənin xeyli yaşı var. Sonradan köçənlər, burdan daşınıb gedənlərlə yanaşı burda dünyaya gəlib, burda ailə qurub və hazırda burda oğul-uşaq, nəvə sahibi olanlar da var. Ona görə də qəsəbə sakinlərinin arasında hələ sovet dövründən burda ilişib qalmış tək-tük rus ailələrinə də rast gəlinir.

26 Ocak 2017 Perşembe

Məşhur "Polyanna"nı, nəhayət, mən də oxudum :)

                        
     Oxuduğum bir kitab haqqındakı yazı ilə yenidən sizinləyəm. Polyannanı yəqin ki, bir çox insan oxuyub. Lakin mən bu əsər və qəhrəmanı  Polyanna haqqında sadəcə eşitmişdim. Yenə bir təvafüq nəticəsində onu oxumaq mənə də qismət oldu. Kitabı az səhifəli və axıcı olduğundan, həm də tez bir zamanda qaytarmalı olduğum üçün oxuduğum romanı yarım saxlayıb bir günə qurtardım və çox sevdim doğrusu (bu arada əslində nazik kitabları oxumaq daha rahatmış, mənim oxuduqlarım o qədər qalın olur ki, bitirməyim həftələr çəkir :( )

24 Ocak 2017 Salı

1. Mimləndim. İlk mimim.

             
       
Dünən hamımızın çox sevdiyi, gözəl qəlbli Deep Tone tərəfindən mimləndim. Digər bloqlarda hər zaman qarşıma çıxan mim ənənəsinə mən bloq həyatımda ilk dəfədir qatılıram. Bu həyəcanı mənə yaşadan Deep Tone-a sonsuz təşəkkürlər. Tanımıyan yoxdur əminəm amma, əgər onu hələ də tanımırsınızsa çox şey itirmişsiniz deməkdir.  Adı kimi Sadə və Dərin bloquna mütləq bir göz atmağınızı tövsiyə edirəm.

"Çocukluğumuza dair" adlı bu mim sayəsində üç sualla  xatirələrimizi qurdalayır, uşaqlıq dövrünə qayıdaraq həmin dövrün bəlkə də çoxdan unutduğumuz məqamlarını yada salmağa çalışırıq.

23 Ocak 2017 Pazartesi

Kakos surprizli keks

                                         
    Hər kəsə qucaq dolusu salamlar. Bu gün yenə ləzzətli bir reseptlə qarşınızdayam. Doğrusu bizim evdə şirniyyat olaraq ən çox keks bəyənilib, iştahla yeyildiyinə görə mən də həmişə fərqli keks reseptləri axtarışında oluram.  İnternetdə axtarış zamanı qarşıma çıxan bu günkü keks ilk olaraq görüntüsü ilə könlümüzü fəth etmişdi. Bişirib dadını da çox bəyəndiyimiz üçün bloq yaddaşımda da yer alsın istədim. Beləliklə keçək keksimizə lazım olan ərzaqları və hazırlanma qaydasını anlatmağa.

19 Ocak 2017 Perşembe

Bir şeir

    Dünən uzun müddətdi üzlərinə baxmadığım köhnə kitablarımı qurdalayarkən aralarından vaxtilə sevərək və həyəcanla oxuduğum bir neçə şeir kitabı keçdi əlimə. Təbii ki, hər zamankı kimi kitabları əlimə alıb olduğum yerə çökərək əsl işimi unudub daldım şeir ailəminə. Ayılanda baxdım ki, mən şeirləri oxuyarkən fəsillər dəyişib, illər ötüb :)) və yenə iş-güc tökülüb qalıb. Həmin şeirlərdən arada bir yazmaq istəyirəm bloquma. Kitab oxumağa vaxt çatdırmayanda burdan baxa bilərəm beləcə. Həm siz dəyərli oxucularla da paylaşmış olaram. İlk yazacağım şeir bizim çox sevdiyim dəyərli, mərhum şairimiz Bəxtiyar Vahabzadənin qələmindən çıxıb.

16 Ocak 2017 Pazartesi

Bəyaz mələk

                                     
     Soyuq nəfəsilə, ağappaq qarı, çovğunu ilə qonağımızdır qış fəsli bu gün... Çoxları sevmir hərəkətlərimizi, həyatımızı məhdudlaşdıran soyuğu, şaxtası ilə sərt görünən, lakin par-par yanan qarı ilə yumyumşaq qəlbə sahib olan bu fəsli... 
    Lakin qış bizə Rəbbimizin ən gözəl ərmağanıdır əslində... Çünki yalnız qış bizə hədiyyə edir zərif, bəyaz çiçək-çiçək, ləçək-ləçək yağan  qar adlı bir gözəlliyi. Yalnız qışda nəsib olur bizə bu əsrarəngiz təbiət hadisəsini seyr etmək.
  Sanki bəmbəyaz bir mələkdir o... Hər tərəfi şəfqətilə bəyaz yorğanına bürüyən, evlərdə isti ocaqlar yandırıb digər fəsillərdə ətrafa səpələnib işə-gücə başı qarışıb bir-birlərini unutmuş ailə üzvlərini, qohum əqrabanı bir damın altına, bir isti ocağın başına yığmağa müəəssər olan bir mələk... Qış insanları bir araya gətirən ən isti fəsildir deyilməyib boşuna.

12 Ocak 2017 Perşembe

Sözəbaxan uşaqlar böyütmək üçün

                             
     Yazıya keçmədən öncə məni bu mövzuda yazmağa sövq edən səbəblərdən bəhs etmək istəyirəm. Açığı çox sevdiyim bir yaxınım məndən belə bir yazı yazmağımı istəyəndə gülmüşdüm. Çünki heç vaxt özümü uşaq tərbiyəsilə bağlı məsləhət verəbiləcək bir mövqedə görməmişəm. Hətta  yaxşı ana olmadığımı düşünüb məyus olduğum, düzgün tərbiyə verə bilirəmmi deyə həyəcan keçirib ağladığım  zamanlarım çox olub.
      Bizim uşaqları isə həmişə Allahın lütfü olaraq görmüşəm. Çünki körpəlikdə bir çox valideynlərin çəkdiyi yuxususluq, ağlağanlıq, köp problemi, böyüdükcə aqressivlik, oyuncaqlarını paylaşmamaq və s. kimi problemləri yaşatmayıblar mənə çox şükür. Nisbətən böyüdükdən sonra da əslində mənim nəzərimdə nadinc olan uşaqlar ətrafda hər kəs: qonum-qonşu, qohum-əqraba tərəfindən təriflənən, çox ağıllı olduqları söylənilən uşaq oldular. Bu məni sevindirdiyi qədər təəccübləndirir də. Hələ üstəlik sən necə edirsən ki, uşaqlar belə ağıllıdırlar deyə sual veriləndə lap çaşıram. Çünki açığı təbii ki, əməl etməyə çalışdığım bir sıra  tərbiyə üsulları olsa da ciddi şəkildə hər hansı bir üsulu özümə etalon etməmişəm. Hal belə olunca məndə maraq yarandı. Doğurdan görəsən necə olur ki, bizimkilər bizdən başqa hamının dediyinə görə  ağıllı uşaq olublar :) (bir də aralarında dalaşmasalar kaş ki)         
     Buna görə bir az araşdırma etdim, bəzi uşaq psixoloqlarının yazılarını oxudum. Və beləcə bəzi şeylər mənə aydın oldu. Bu yazıda sözəbaxan uşaqlar böyütmək üçün mənim bilərək və ya bilməyərək etdiyim və psixoloqların məsləhət gördüyü bir sıra məqamları maddələr şəklində açıqlayacam. İnşallah ehtiyac duyan və oxuyanlara faydası olar deyə ümid edirəm.

9 Ocak 2017 Pazartesi

Kelebek Etkisinin qonağıyam!!!

                     

Bu gün bloq dünyamda mənim üçün önəmli izləri olan, çox dəyər verdiyim Kelebek Etkisinə qonağam. Onunla 2-3 ay öncə ilk olaraq özüm üçün yazdığım yazıların artıq biriləri tərərəfindən oxunmasını istədiyim və bloq yazdığım 10 ay boyunca tək bir ziyarətçimin olmamasının səbəbini axtararkən Yeni bloglara tavsiyeler ve sizi takip etmek istiyorum   postu sayəsində tanış oldum. Yazı o qədər səmimi idi ki, bloq açdığı ilk zamanlardan bəhs edərkən keçirdiyi hisslərində, düşüncələrində özümü gördüm sanki. Heç çəkinmədən yorum hissəsində bloqunuzun adını yazın, yazan hər kəsi izləməyə başlayacam deyirdi. Bu səmimi dəvətə laqeyd qala bilməzdim. Beləliklə ilk izləyicim və bloquma ilk yorum ( təəssüf ki, yorumu səhvən silmişdim o vaxt :( ) yazan oldu Kelebek etkisi. Təbii ki, mənim də ilk izlədiyim blogger olaraq önəmli bir yer aldı həyatımda. Azərbaycan əsilli olduğunu öyrəndiyimdə isə qürur və fərəh hissi keçirməklə yanaşı bizi damarlarımızdan axan qanın bir-birimizə doğru çəkdiyini də anlamış oldum. Kelebek etkisi çox anlamadığım, əlaqəm olmayan kosmetik vasitələrdən bəhs edir. Lakin maraqlı anlatımı və səmimi dili ilə yazdığı hər postu oxuyuram. Əslində çox istifadə etməsəm də bir çox qadın üçün böyük önəm ərz edən kosmetika dünyasını yavaş-yavaş tanımağa başlayıram onun sayəsində. Hər kəsə Kelebek etkisini ziyarət edib yazılarına bir göz atmasını şiddətlə tövsiyə edirəm. Makyaj və kosmetikaya marağınız varsa bloqdan çox şey öyrənib, maraqlı məsləhətlər alacağınızdan əmin ola bilərsiniz.
   Və 1-2 həftə öncə başladığı Anılarla bloggerler seriyasına qonağam bu gün. Mən də həyatımda iz salmış bir  xatirəmi anlatmışam blogda. Yazını oxumaq üçün buraya tıklamağınız kifayətdir.Yorum yazaraq fikirlərinizi paylaşmağı unutmayın. Təəssüratlarınız mənim üçün çoox önəmlidir. Sevgilər...

6 Ocak 2017 Cuma

Mövlud Süleymanlı - Köç

   

                          

     Utanaraq da olsa qeyd edim ki, Mövlud Süleymanlı adını eşidib heç bir əsərləri ilə tanış olmadığım bir yazıçı idi. Ta ki, onun oxumağım üçün məsləhət görülən "Üç roman" adlı kitabı gəlib əlimə çatanacan. Adından da məlum olduğu kimi kitab üç romandan ibarətdir.  Lakin mən sadəcə birinci romanı həyatımda ilk dəfə kaş ki bitməsəydi dediyim "Köç"ü indicə bitirdim. Əsərdən o qədər çox təsirləndim ki, bu təsir keçməmiş, həmən təəsürat və hisslərimi yazmaq istədim. Hər əsərə ayrıca post yazmaq daha yaxşı olacaq zənnimcə. Belə həm yazı çox uzanmaz, həm də hər əsər haqqındakı təəssüratlarımı ətraflı bir şəkildə yazmış olacam. Hisslərim soyumadan keçək əsər haqqındakı düşüncələrimə...

4 Ocak 2017 Çarşamba

Asan keks (mürəbbəli)

    Hər kəsə yeni ilin ilk günlərindən salamlar. Bu aralar günlər günəşli keçsə də havada qışın şaxtası hiss olunur əməlli-başlı. Hələ bir də axşam oldumu hər yer buz bağlayır. Belə havada evdə oturub heç yana çıxmaq istəmir insan. Adyala bürünərək bir  tərəfdə oturmaq,  əlindəki bir fincan isti çay və ya qəhvəni içərkən qurtum-qurtum ən sevdiyin kitabın maraqlı dünyasında qeyb olmaq istəyirsən... Çayın yanında ləzzətli bir keks də oldumu dəyməyin keyfimə :) Bu gün sizi çox yormadan asan başa gələn, eyni zamanda çox ləzzətli və maraqlı bir keks resepti ilə tanış etmək istəyirəm. Bir də gördünüz ürəyiniz istədi və ya uşaqlar sizdən bir şirniyyat hazırlamağınızı xahiş etdi, amma, baxdınız ki, evdə şəkər qurtarıb. Yəqin ki, həmən vaz keçərsiniz bişirməkdən. Eee şəkərsiz şirniyyatmı olar? Qaldı sabaha -deyə düşünməyin bu resept elə tam belə ekstrimal günlər üçündür. Nə isə çox uzatdım keçirəm keksimizə.

2 Ocak 2017 Pazartesi

Bloqum 1 yaşında

    
            
Bəmbəyaz qarın lopa-lopa yağdığı, yeganə rəng və çalarları ilə təbiətə öz əsrarəngiz naxışlarını ustalıqla işlədiyi soyuq, səssiz bir qış gecəsində dünyaya gəldi Səssiz Umman... Uzun sürən tərəddütlər, əcəbalar və bəlkələrdən sonra...