film etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
film etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

22 Haziran 2020 Pazartesi

Hər aya 1 Kitab, 1 Film


   Bu ayın kitabını oxumuş və filmini izləmiş biri olaraq salamlayıram sizləri.🙃 Hər ikisini bəyəndiyim üçün də xeyli sevincliyəm.

                           İyun ayı

▪️ Kitab : Jane Austen - Akıl ve Tutku
▪️ Film : Schindler's list 


Jane Austen / Akıl ve tutku


 ✔ "Mantığının eleştirdiğini, merhametinin savunmasına izin verme."

    Bu yazıçıdan oxuduğum ilk əsərdir. Bir çoxu bu romanı digərlərindən daha zəif hesab etsə də, doğrusu mən əsəri o qədər bəyəndim ki, hər fürsətdə qaçıb oxuyub hadisələrin necə irəlilədiyini görməyə tələsdiyim kitablardan oldu. Odur ki, pdf oxusam da tez bir zamanda bitirə bildim. 

   Əsər məni orta əsrlərin İngiltərəsinə səyahət etdirərkən, o dövrün kübar məclisləri, zərif qızları, centlmen kişiləri və dövrümüzdən çox fərqli daha bir məhrəm, daha bir həyalı eşq macəraları  ilə tanış etməklə  yanaşı müəyyən maddi imkanlara sahib qüsurlu, göstəriş düşkünü təbəqəni və onların var-dövlət arqumentini bayraq kimi əlində tutub bütün evlilik qərarlarını, həyati məsələləri buna bağlamasını da heyrətlə müşahidə etdirmiş oldu. 

   Əsərdə iki bacının eşq hekayəsi var. Böyük olan Elinor ağılı, balaca bacı Marianne isə tutqunu, yəni coşğun bir xarakteri təmsil edir. 
Bu sayədə demək olar ki məhəbbət baxımından eyni qədəri yaşayan hər iki xarakterin necə davrandığını, məsələlərə necə yanaşdığını insan psixologiyasını dərindən bilən yazıçı açıb göstərir bizə.

   Əslində burda doğrusu dərin və sarsıdıcı bir eşq çıxmır qarşımıza. Az qala bütün eşq hekayələri bizi arada xəyal qırıqlığına uğradır. Hadisələr dəyişir və bir anda müəyyən bir obraz haqqında əks düşüncələrə qapıldığınızı görürsünüz.

   Sonra yenə məsələlər çözülür, hər şey daha çox aydın olur bizə. Və beləliklə əslində oxuyarkən qapıldığımız hisslərlə həyata ağıllamı, yoxsa tutqu ilə mi yanaşdığımızı da yazıçı sayəsində bir növ test etmiş oluruq.

   Əsərin süjet xətləri əsasında çəkilmiş filmi də varmış. Həm filmi izləməyi həm də bu əsəri ilə qələmini çox bəyəndiyim yazıçının digər əsərlərini də oxumağı qarşıma məqsəd qoydum. Bu zərif qələm gücünə sahib, romantik yazıçıdan siz də oxumalısınız məncə.

Seçdiklərim:

 ✔ "Her konuda benimle aynı zevki paylaşmayan bir adamla mutlu olamam. Bütün duygularıma girebilmeli; aynı kitaplar, aynı müzik cezbetmeli ikimizi de."

✔ "Kimseye zorla sırrını söyletmeye kalkışmam; hele bir çocuğa asla; çünkü görev duygusu istese de inkar etmesini önleyebilir."

✔ "Zamanını dolduracak, planlarına, hareketlerine anlam katacak bir mesleğin olsa daha mutlu bir adam olursun."

 ✔ "Kendi mutluluğunuzu tanıyın. Sabırdan başka hiçbir şeye ihtiyacınız yok -ya da daha hoş bir isim verelim, umut diyelim."

 ✔ "Akıl inanmak istemeyince her zaman şüphe edecek bir şey bulur."

 ✔ "Eğer en değer verdiğin şeyi kaybedince yerine başka bir şeyi bu kadar kolay koyabiliyorsan, kararlılığın, ağırbaşlılığın belki daha az hayretle karşılanmalı."

 ✔ "Gayretli ve aralıksız konuşmayla geçen sadece birkaç saat bile iki aklı başında insan arasında gerçekten ortak olabilecek olandan daha fazla konu gerektirirse de aşıklarda durum farklıdır. Onlar arasında hiçbir konu bitirilmez, hatta hiçbir anlaşmaya da varılmaz aynı şeyi en az yirmi kere yeni baştan konuşmadan."


Schindler's list


   Açığı bu aralar izlədiyim filmlərin içərisində yəhudi soyqırımından bəhs edənlər o qədər çox oldu ki, ilk zamanlar hönkür-hönkür göz yaşları ilə izlədiyim halda zamanla nədənsə həssasiyətim azaldı sanki.

   Soyqırımın, qətliamın heç bir millət, heç bir irq üçün qəbuledilməz olduğunu, hətta hər izlədiyimdə bunu edənlərin insan olduğunu düşünərək tam ürəkdən insanlığımdan utanaraq, dünyadakı digər canlılara, daşa, torpağa, səmaya, ulduzlara, Rəbbimə yönəlib dəfələrlə üzr istədiyimi anlatsam inanarsınızmı?! Yəni o qədər sarsıdır məni bu məsələlər. 

   Amma diqqətimi çəkən bir məqam var. Yəhudilərin başına gətirilmiş bu soyqırım insanlıq tarixində nə ilkdir, nə də ki son. Bəs niyə sadəcə onları dönüb dolaşdırıb gözümüzə soxurlar? Dediyim kimi bu aralar ard-arda bu cür filmlərlə qarşılaşınca mən bunların sanki, dünyanın bütün mərhəmət və sevgisinin yəhudilərə yönəldiləməsini, onları haqlı çıxarmaq üçün böyük bir səyi görürəm. 

   O vaxt  Schindlerin qurtardığı yəhudilərin övladlarının indi Fələstində soyqırım etməsi də başqa bir maraqlı təzaddır, amma nə isə... 

   Bu baxımdan mən filmi hər cür millət və ya irq məsələlərindən arındırıb, sadəcə insanlığa yönəlmiş bir vəhşiliyə, bir qeyri-insani davranışlara qəlbində vicdan daşıyan, mərhəmət daşıyan Schindlerin hər kəsə örnək olacaq insani münasibəti kimi dəyərləndirdim öz-özümə. Və bu aspektdən baxınca əlbəttə ki, filmi çox bəyəndim. İnsanların acısını, çarəsizliyini, qarşı tərəfin vəhşiliyini, zalımlığını çox gözəl hiss etdirir film izləyiciyə. İnsanın içini sızladan, vicdanını oyadan çox sayda kadrlar var. 

   Filmi izləyərkən də məncə hər birimiz bizə aşılamaq istədiklərinin çox üstündə, yönəltmək istədikləri istiqamətin bir mərtəbə yuxarısında qalaraq izləməliyik. Öz düşüncəmiz, öz dəyərləndirmə qabiliyyətimiz olduğunu isbat edərək...

26 Mayıs 2020 Salı

Hər aya 1 Kitab, 1 Film




   Uzanmaqda olan, artıq səbirlərimizi tükədən karantina günlərindən hər kəsə salam. 
Bu ayın həm kitabını oxuya, həm də filmini izləyə bildim çox şükür. Belə hər ikisini edə bildiyimdə özümü yaxşı hiss edirəm. Digər halda yarımçıq qalmış kimi gəlir.

  Bu arada uzun müddətdir sizinlə söhbətləşmirəm. Son günlərin bir hesabatı mahiyyətində, həm də bir az bloquma, yazılara istilik gətirmək üçün gələn yazımda açacam sandığı, tökəcəm pambığı... 😊 Çünki çox-çox darıxmışam mən də. Əminəm sizlər üçün də o yazılar daha maraqlı olur. Tez-tez yazmaq istəyirəm əslində amma... Əmması çoxdur... Nə isə, keçək əsas mövzumuza.

May ayı 

▪️ Kitab: Zülfü Livaneli - Huzursuzluq
▪️ Film: The Godfather (Xaç atası)

Zülfü Livaneli : Huzursuzluq



✔ "Her şeyini yitiren bir insanın son sığınağı insan onurudur."

   İlk dəfədir kitabın adı ilə hiss etdirdikləri arasında bu qədər güclü bağ gördüm. Oxuduqca içim həqiqətən də huzursuzluqla dolub daşdı. Bir anda özümü metafizik, mistik bir aləmin içərisində gördüm, Qırmızı və qara tonların üstün olduğu bu aləmdə heç bilmədiyim, eşitmədiyim yepyeni məlumatları da öyrənmiş oldum. Yezidiləri tanıdım. 

   Əvvəl yazıçının təxəyyülünün məhsuludurmu deyə şübhəyə düşdüm. İnternetdə araşdırınca belə bir topluluğun həqiqətən də var olduğunu heyrətlə öyrənmiş oldum. 

   Əslində adları Ezidi olan bu topluluq bir mələk olan şeytanın sonradan əfv olunduğuna və Tanrı tərəfindən ən yüksək məqama yüksəldiyinə, ibadət və duaların da məhz ona yönəldilməsinin gərəkliliyinə inanırlar. Əsərin içərisində bu inancın bütün xırda detallarını belə öyrənmə imkanınız var. 

   Belə bir inanışın qəribəliyi hər nə qədər insanı təəccübə düşürsə də, oxucunu bu inancdan daha çox sarsan bambaşqa məqamlar var.  Adını müsəlman qoyub, müsəlmanlıqla heç bir əlaqəsi olmayan, bütün İslam aləmini zənn altında buraxdığı üçün bu dinin hər bir nümayəndəsinin  haqqını alıb, hesab günü altında qalxa bilməyəcək günahlarla ətrafda terror əsdirən, insanlığın üz qarası, əsfəlis safilində sürünən bir qrup hədd bilməz bir çoxları kimi Yezidilərə də qan uddurur. Yolunuzu azmısınız, dindən çıxmısınız bəhanəsi ilə Allahın verdiyi canı Allahın adı ilə, din adı ilə alır, amma necə alır... Kişilərini zülülmlərlə öldürdükdən sonra qadın, qız, uşaqları (oğlan-qız fərq etmir) öz cinsi ehtiraslarının alətinə çevirir, əsir edib əşya kimi pul ilə aralarında alış-veriş obyektinə çevirirlər.

   Beləcə şeytana səcdə edən kiçik bir qrupun inanclarına olan təəccübümüz kölgədə qalır... Bizə huzursuzluq verən də bu fərqli inanış deyil, onlara insanlıqdan kənar münasibət göstərənlərin davrananışlarıdır. 

   Bu arada şeytana tapan bir topluluğun adının Hz.Hüseyni tarixdə gəlmiş-keçmiş ən böyük amansızlıqla qətlə yetirən, İslamı aradan götürməyə çalışan Yezidin adı ilə tanınması təvafüqmü görəsən? İndi guya İslamı qorumaq adına əslində İslamı belə bəd əməlləri ilə qaralamağa çalışanlar da elə o vaxt özünü müsəlman göstərib İslam və insanlığın ən böyük üz qarası olan Yezidin davamçısı olaraq həmin şeytana tapanların özləri deyilmi? 

   Başdan sona insanın içini qaraldan, daraldan da məhz bu huzursuzluqdur... Başqası deyil...

PS: Əsərdə yazıçının Yezidi qızla sirli bir münasibət içərisində olan qəhrəmanın adını Hüseyn seçməsi də qəribə məqamlardan biridir məncə.

   Kitabı həm yeni bilgilər əldə etdiyim üçün, həm də insanlığı mühakimə etdirdiyi, insanın dönüb öz qəlbinə, iç aləminə baxmasına, anlayış və düşüncəsindəki boşluqları müşahidə etməsinə  imkan yaratdığı üçün çox sevdim.

Seçdiklərim:

✔ "O kök salmıştı, ben rüzgârda savruluyordum; büyük şehrin yüzünü silerek birbirine benzettiği, kimliksiz kalmış milyonlarca insandan biriydim."

✔ "Diken yedikçe kanayan, kanadıkça yemeye devam eden, kendi kanında boğulan develer gibiyiz."

✔ "İnsan her acıya bir sorumlu bularak rahatlama yolunu seçmez mi zaten."

✔ "Tüketen insanın üreten insandan daha değerli olduğu bu yanlış ve ahlaksız döneme tahammülüm kalmamıştı artık."

✔ "Merhamet keskin bir kılıç; merhamet gösterenin kabzasından tuttuğu ama karşı tarafı yaralayan bir kılıç."


Film - The Godfather


   Uşaqlıqdan adını eşitdiyim amma bu vaxta qədər izləmək nəsib olmayan bir filmdir Xaç atası. Doğrusu dünya film tarixində önəmli bir yerə sahib olduğunu bildiyim üçün izləməyi düşünsəm də mövzusu mafya olduğuna görə, içərisində silahlı, qanlı səhnələr olduğunu düşünmüş və  mənə izləmək üçün heç cür cazib gəlməmişdi.

   Sağ olsunlar, bloqdaşlarımın bu etkinliyi sayəsində film siyahımdakı bir filmi də izləmiş oldum.

   Film haqqında çox bir şey yaza bilməyəcəm. Amerikada yaşayan italiyalı bir mafya ailəsinin bu aləmdə sağ qala, etibarını qoruya bilməsi üçün verdiyi mücadilə,  bu aləmə məxsus raconlar, ailə içi və dost xəyanətləri, ən təsirlisi isə  bu aləmə qatılmaq istəməyib, normal həyat yaşamağa çalışan evin kiçik oğlunun sonda ailənin qurtarıcısına, mafya dünyasındakı ən güclü ailə olmasının səbəbkarına çevrilməsi kimi mövzusu haqqında qısa məlumat verim sadəcə. Filmin 1972-ci ildə çəkildiyi nəzərə alındıqda keyfiyyəti həqiqətən də heyran edir izləyicini. Hal-hazırda bu tərz film seriallar çox olduğu üçün artıq mafya, dərin dövlət mövzusu hər kəsə məlum məsələlərdir. Lakin Xaç atası filminin bu mövzunu film tarixinə ilk dəfə gətitdiyini düşündüyümüzdə filmin önəmi bir daha bizlərə məlum olur. 


   Filmdə bəzi məqamlar mənə tələsik işlənmiş kimi gəlsə də ( məsələn, Michaelin Sicilyadakı həyat yoldaşının ölümündən sonra nə hiss etdiyi, bu ağır dövrü necə atlatdığı, Amerikaya dönüşü falan...) ümumilikdə həqiqətən də izlənməyə və sevilməyə dəyər film olduğunu söyləyə bilərəm.

   PS: Bu arada bizim oğlanların sevərək izlədiyi yeganə türk serialı olan "Çukur"un ssenarisi ilə bu film arasında xeyli bənzərliklərin olduğu da gözümüzdən qaçmadı.

   Belə... Bu ayın kitab və filmi haqqındakı düşüncələrim bu qədər... Heç biri üçün xərclədiyim zamana heyfim gəlmədiyinə görə bloqdaşlarıma təkrar təşəkkür edərək bitirirəm yazımı... Sevgilər...

Bloq dostlarımın da yazılarını oxumaq üçün ⤵️
 



24 Ocak 2020 Cuma

Hər ay 1 Kitab, 1 Film

   

   Mübarək cümə günündə hər kəsi salamlayıram. Bu aralar bir az vaxtsız yayınlayıram yazılarımı... Siz fikir verməyin. 😊 İnşəAllah tezliklə qaydaya salmağa çalışacam.

   Yeni ilə başlarkən bloqların birində 2020-də hər ay ortaq 1 kitab oxuyub, 1 film izləmək təklifini eşidincə dərhal qatılmaq istədim. Və bu ay bu vəzifəni uğurla yerinə yetirdiyimi söyləmək istəyirəm.🤗
   Hələ də gec deyil qatılmaq istəsəniz Mor düşler kitaplığıGonca'nın Dünyasından... bloqlarını bir ziyarət edin məncə...

Yanvar ayında:

▪️ Kitab : Virginia Woolf - Kendine ait bir oda.
▪️ Film: Your name

     Əvvəl kitab haqqında:

Virginia Woolf / Kendine ait bir oda


   ✔“Para kazanın, kendinize ait ayrı bir oda ve boş zaman yaratın. Ve yazın, erkekler ne der diye düşünmeden yazın!..”

   Hər nə qədər pdf variantda, çətinliklə oxusam da ( telefon və planşetdən oxumağı qəti sevmirəm😒) Virginia Woolf bu əsəri ilə məni dərin-dərin düşüncələrə daldırdı... Qadınlar... Və onların heç zaman bitməyən dərdləri... Səslərini duyura bilməmələri... Səssizlikləri...
Niyə bir Şekspir kimi yazan çıxmayıb qadınların arasından... Niyə şah əsərləri həmişə kişilər yaratmışlar?! Virginianı düşündürən və oxucusu ilə bölüşdüyü suallardır bunlar...

   Bu sualın axtarışına çıxaraq müəllif fərqli yazıçıların əsərləri ilə tarixə səyahət edir. Şekspirin zamanından başlayır, onun xəyali bacısını təsvir edir və bir yazıçı kimi o dövrdə qarşısına çıxa biləcək maneələri və aqibətini canlandırır gözlərimizin önündə... 

   Virginia qadınların yaza bilməməyinə bir neçə səbəb göstərir...
   Birincisi, o dövrdə sadəcə oğlanlar oxutdurulur, qızlar diqqətdən kənarda qalırdı. Odur ki, oxumaqla dünyagörüşü artan oğlanlar qızlardan fərqli olaraq düşüncələrini vərəqə tökə bilmə qabiliyyətinə yiyələnirdilər. 
   
   İkincisi, yazmağa istedadı çatan qızlar bu xüsusiyyətlərini çox açıb ağarda bilmirdilər. Çünki bu qızlar üçün ayıb sayılır, qınanırdı. 

   Bir başqa səbəb qızlar ev işləri və başqa məşğuliyyətləri, qayğları sayəsində yazmağa vaxt  ayıra bilməzdilər. 

   Və nəhayət, bir səbəb daha - qızların, qadınların özlərinə aid bir otaqları yoxdur ki... Onlar salonda, hər kəsin girib-çıxdığı, məşğuliyyətlərinin gözlərinin önündə olduğu bir yerdə bəzən gizli, bəzən aşkar yazmağa çalışır, buna görə də fikirlərini doğru-düzgün cəm edə bilmir, beləliklə də kişilər qədər önəmli əsərlər yarada bilmirdilər. 

   İstər istəməz məni də düşündürdü bu məsələ. Nəyə görə bizim qadınlarımızın arasından bir Nizami Gəncəvi, Füzuli, Nəsimi çıxmayıb sualı keçdi beynimdən dəfələrlə... Və Virginianın nə qədər haqqlı olduğunu anladım.
  
    Virginia bu əsəri ilə  bütün yazmaq istəyən qadınlara səslənir - özünüzə aid bir otağınız olsun deyir. Tam qadınlara xitab edən, qəlbimizdəki duyğulara tərcüman bir kitabdır "Kendine ait bir oda"... Oxuyun, mütləq məncə...

Seçdiklərim:

   Pdf oxuduğum üçün istədiyim kimi seçə bilmədim, xoşuma gələn cümlə olunca ekran şəklini çəkdim, ona görə seçdiklərim ardıcıl olmaya bilər.🙄

   ✔   Bütün bu yüzyıllar boyunca kadınlar erkeği olduğundan iki kat büyük gösteren bir ayna görevi gördüler, büyülü bir aynaydı bu ve müthiş bir yansıtma gücü vardı... eğer kadın gerçeği söylemeye başlarsa aynadaki görüntü büzülür; erkek hayata uyum sağlayamaz olur.

   ✔ İnsanların sessiz hayatlarında kimbilir  kaç isyan mayalanmaktadır.
  
    ✔ İsterseniz kitaplıklarınıza kilit vurun; ama zihnimin özgürlüğüne vurabileceğiniz ne bir kilit var ne bir sürgü ne de kapatabileceğiniz bir kapı.

    ✔ Kısaca ve basit sözcüklerle, insanın kendi olması her şeyden daha önemlidir derken buluyorum kendimi. Başkalarını etkilemeyi hayal etmeyin, derdim, sizleri coşturacak biçimde söylemesini bilseydim.

   ✔ Örneğin zenginler çoğunlukla öfkelidirler, çünkü yoksulların onların servetine göz diktiğinden kuşkulanırlar.

***

  İndi keçək filmə:

Your Name


   O ki, qaldı "Your Name" animesinə "ba-yıl-dım"... 😍 Onsuz da animasiya sevən biri olaraq bu romantik filmi sevməməyim qeyri-mümkün idi. Və ikili arasındakı sirli bağı, sevgini qısqanmamaq da əldə deyil yəni.🤗



   Sadəcə kiçik bir ipucu verim - şəhərdə yaşayan bir gənc və kiçik bir qəsəbədə yaşayan qız... Və arada bir bu gənclərin ruhlarının yer dəyişməsi... Bir gün bu yerdəyişmə dayanır. Görəsən nə baş verib? İzləyin öyrənin.😊

Mor Düşler Kitaplığı və Gonca'nın Dünyasından bloqlarına bu gözəl etkinlik üçün qucaq dolusu sevgi göndərib sağollaşıram sizinlə canlarım... 

Növbəti postda görüşənədək.😘❤🌹

19 Şubat 2018 Pazartesi

8. Mim - Sinema ve ben



     Canım Ayselimin (Blue thing)Nərminimin (Kəlimələrin gücü) məni eyni zamanda mimlədikləri maraqlı bir mimlə hər kəsi salamlayıram. Öneri makinasının başlatdığı bu mimlə bir çox bloqda qarşılaşmışdım. İstədiyi qədər izləmə imkanı olmasa da, filmləri çox sevən biri olaraq bu mimdəki sualları cavablamaq mənə əyləncəli və maraqlı anlar yaşatdı. Ümid edirəm ki, sizlər üçün də maraqlı olar. Elə isə başlayaq.