Mim və etkinlik etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Mim və etkinlik etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

4 Kasım 2019 Pazartesi

Mim - Uşaqlığıma məktub



   Güncəlləmə : Bu həftə yeni bir yazı yayınlamaq istəmədim. Çünki 1 həftə boyunca mimlədiyim bloq dostlarımın hamısına xəbər etmək imkanım olmadı. Yazımın köhnəlməsini istəmədim.😊
  

  •    Yeni yazımın əvəzinə bloq dostlarımın adlarının üzərinə tıklayaraq onların da uşaqlıqlarına yazdıqları məktubları oxuya bilərsiniz.❤  

25 Ekim 2018 Perşembe

Mim - Dünənin hekayəsi / Dünün hikayesi



   Hər kəsi yeni bir gündə salamlayıram.
Mən bu 3 illik bloq həyatımda ilk dəfə risq alıb bir mim başlatmaq istəyirəm. Açığı bloqları çox ziyarət edə bilməyən biri kimi buna haqqım varmı, bilmirəm. Amma bir dəfə ağlıma gəlib, başladıb - başlatmamaqda tərəddüt etdiyim bir mimin başqaları tərəfindən başladılıb, çox da gözəl nəticələndiyini görüncə bu dəfə də şansımı qaçırmaq istəmədim.

16 Temmuz 2018 Pazartesi

Mim - Kitablar qəlbimdən vurur



   Salam olsun hər bir kəsə. Ümid edirəm ki, hamınız bu nəfəs kəsən yayın istilərinə baxmayaraq, yaxşısınız. 

   Tətilə çıxa bildinizmi? Ahhh, biz ara bir rayona get-gəl eləsək də hələ ki şəhərdəyik :( 
  Bir mim yazısı görmüşdüm qardaş bloqqerlərin səhifəsində - kitab və də oxumaqla əlaqəli.  Oxumağa aşiq biri olaraq laqeyd qala bilərdimmi bu mimə?! Elə isə başlayaq. 

   Mimi başladan Hayat kitapla güzel bloqunun sahibəsi gözəl bloqdaşımıza burdan qocaman təşəkkür edib, onun yazısını da oxumaq istəyərsiniz bəlkə deyib bura qoyuram.

1. Oxumağı sizə sevdirən nə oldu?

   Oxumağı mən nənəmin sayəsində sevmişəm.  5 yaşından üzdən oxumağı çözüb, evdəki əlinə keçən hər cür kitabı vərəqlədiyimi görən nənəm işlədiyi bağçaya uşaq qoyan bir kitabxanaçıdan mənim üçün kitablar gətirməsini xahiş etmişdi. 3-3 gətirilən kitabları qısa müddətdə böyük həvəslə bitirib, yeni kitabların yolunu gözləyirdim. Hələ məktəbə belə başlamadan kitabxanadan  kitab götürüb oxuya bilmək hər kəsə nəsib olmur məncə. Bunun üçün rəhmətlik nənəmə çox şey borcluyam.

   2. Heç hər hansı bir kitabı səhifələrini çevirərək biri ilə oxudunuzmu?

   Oxudum. Uşaq vaxtı yadıma gəlir ki, bir dəfə nağıl kitabı oxuyurdum. Nənəm dedi "yüksək səslə oxu mən də qulaq asım". Nənəm nağılı necə bəyəndisə bir müddət bütün nağılları yüksək səslə oxuyası oldum 😊 Sonrakı dövrlərdə də övladlarımla bir çox kitabları bərabər oxuduq.

3. Səyahətə gedərkən yanınızda nə qədər kitab götürürsünüz?

   Yola çıxarkən çox yaxın bir yerə belə getsəm mütləq çantamda 1 kitab olur. Avtobusda gedərkən və ya hər hansı bir yerdə gözləmək məcburiyyətim olanda kitab sayəsində zamanı sürətləndirmiş oluram. Əgər bir neçə gün qalacağım yerə getsəm az qala oxumağı planladığım bütün kitablarımı götürməkdən özümü güclə saxlayıram, hətta bəzən götürürəm də. Sanki səyahətdə sehirli gücü tapıb qısa müddətdə hamısını oxuyub qurtaracaqmış kimi😊

4. Əsla oxumaram dediyiniz kateqoriya hansıdır?

   Yəqin ki, sarı ədəbiyyat nümunələrindən hər hansı birini əsla oxumaq istəmərəm. Qalan hər növ kitaba qapım açıqdır

5. Kitablarınızı rənglərinə görə, yoxsa əlifba sırası ilə düzürsünüz?

   Doğrusu qalınlığına və ölçüsünə görə Əvvəl iri və qalın kitablar, ardınca sırasıyla qalın və böyükdən nazik və balacaya. Kitab rəfinin dağınıq olması ürəyimi ağrıdan məsələlərdəndir.

6. Yanınızda hər hansı bir heyvanla birlikdə kitab oxumaq istəyərsinizmi?

   Xeyr desəm. Açığı, heç insan da istəmirəm yanımda kitab oxuyarkən. Tək oturub oxuyacam ki, ordakı aləmə daxil ola bilim. Amma sağ olsun "Balaca"(pişiyimiz) Nə vaxt ki, həyətdə oturub oxumaq istəsəm ayaqlarımın arasında var-gəl edir. Konsantrasiya falan saxlamır məndə😊

7. Bookstagram olarak kendi özgün stilinizi oluşturduğunuzu düşünüyor musunuz?

   O nədir?🤔 Zarafat bir yana bookstagramın nə olduğunu hələ indi-indi anlamağa başlamışam. Stil falan bilmərəm mən. Arada kitab, arada da  telefonumun ekranına yansımış və bəyəndiyim fotoları paylaşıram, o qədər.

   Vəə bir mim yazısının da sonuna gəldik. Bəyənəcəyinizi ümid edərək sağollaşıram hər birinizlə.

12 Mart 2018 Pazartesi

9.Mim - Məni mən edən sevdiyim şeylər



  
 Ən sevdiyim mövsümün ən sevdiyim ayından salamlayıram sizləri canlar...               
   Bahar gəlib çatdı yurdumuza şükür... Yaşasın günəşli, çiçəkli-böcəkli bahar günləri !!! Novruz bayramını necə böyük həvəslə gözləyirəm anladamam.

   Bir müddətdir bir çox bloqda bir mimlə qarşılaşıram. Doğrusu kimin başlatdığını bilmirəm. Axtarıb tapmağa da bir az tənbəllik etdim. "Məni mən edən sevdiyim şeylər" adlı bu mim yazılarından elə ilkini oxuduqda mən də yazacam dedim.

19 Şubat 2018 Pazartesi

8. Mim - Sinema ve ben



     Canım Ayselimin (Blue thing)Nərminimin (Kəlimələrin gücü) məni eyni zamanda mimlədikləri maraqlı bir mimlə hər kəsi salamlayıram. Öneri makinasının başlatdığı bu mimlə bir çox bloqda qarşılaşmışdım. İstədiyi qədər izləmə imkanı olmasa da, filmləri çox sevən biri olaraq bu mimdəki sualları cavablamaq mənə əyləncəli və maraqlı anlar yaşatdı. Ümid edirəm ki, sizlər üçün də maraqlı olar. Elə isə başlayaq.

5 Şubat 2018 Pazartesi

7. Gecikmiş mim - 2018 hədəflərim



   Həftənin ilk günüdə hər kəsə salam olsun. Nəhayət ki, çooxdan yazmaq istədiyim bir yazını yazıb yayınlaya bilmə imkanı keçdi əlimə. Doğrusu 2018-ci ildəki hədəflərim deyə belə bir yazı yazmağı öncədən düşünüb qərar vermişdim. Sonradan tam da buna uyğun bir mimi Yalnız ama özgür adlı gözəl bir bloqun sahibəsinin başlatdığını gördükdən və bir çox bloqqer dostların qələmindən oxuduqdan sonra mən də elə  mim yazısı olaraq yazmağı daha məqsədəuyğun saydım. Gəl gör ki, yazıb ərsəyə gətirmə imkanım heç cür olmadı.

10 Mayıs 2017 Çarşamba

Blog partisi

         
   Hər kəsə qucaq dolusu salamlar... Bilirəm bu aralar çox az oluram aranızda. Yeni yazı yayımlamaq və dostlarımın bloqlarını ziyarət etmək üçün zaman qıtlığı yaşayıram. Səbəbləri haqda növbəti yazıda bəhs edəcəm. 

   Bu yazımda isə qatıldığım bir etkinlikdən danışacam. Yepyeni və maraqlı ideyaları olan gözəlimiz Annesinin Prensesi Bloqlar arası reportaj etkinliyindən sonra bir də bloq partisi keçirmək qərarına gəldi :) Ee qatılmamaq olmazdı təbii ki.

13 Nisan 2017 Perşembe

5. Mim - Sevdiyimiz markalar.

   Salamlar...Mimləri sevdiyimi söyləmişdimmi? :) Mim yazıları nədənsə daha səmimi alınır hər zaman. Tanıdığım bir neçə insan da mim yazılarımın daha maraqlı olduğunu söyləmişdi. Bilmirəm, bəlkə də, mimi cavablayarkən bir az öz zövqlərimiz, keçmişimiz, arzularımız da ortaya çıxır. Yəni oxucu mim sayəsində daha yaxından tanıyır bizi.
   
   Bu dəfə də sevgili Deeptone məni özünün başlatdığı maraqlı bir mimlə mimləyib. Bu mimə görə sevdiyimiz markalardan üçünün adını yazmalıyıq.

27 Mart 2017 Pazartesi

4. Mim -Xoşbəxtlik nədir?

       
   Zamanın yetmədiyi, işlərin bitmədiyi bir bahar günündən salamlar hər kəsə... Bilmirəm nədəndir, bu aralar zamanım çox bərəkətsizləşib. Hər şeyi uc-uca çatdırıram. Vaxtsızlıqdan bloqdakı yazıları da ləngidirəm. Yəqin bahar havasındandır. Həyat canlanır. Uşaqların da qanı qaynayır. Daha çox dağıdıb tökürlər. Nə isə... Şükür ki, heç olmasa indi telefonu əlimə alıb yazımı yaza bilirəm:)
   
   İndi isə keçək əsas mövzumuza.

18 Mart 2017 Cumartesi

Bloglararası reportaj - Mary's life


       
   Salam əziz dostlar! Bilənlər bilir bu yaxınlarda yazılarında, yorumlarında yumşaq və sevgi dolu qəlbini görə bildiyimiz, bloqunu ziyarət edən hər kəsdə yüksək əhval-ruhiyyə oyadıb, üzünə gülücüklər qonduran enerjili bir prenses anası, yəni, Annesinin Prensesi bir etkinlik həyata keçirdi - Bloqlararası reportaj.
Bu etkinliyə qoşulan hər kəs balaca prensesin çəkdiyi kura ilə cütləşdi. Mən öz adımın qarşısında tanımadığım bir bloqu gördükdə çox sevindim. Deməli yeni bir bloq və yeni bir dostluq ...

16 Şubat 2017 Perşembe

3. Mim - Bloqumun adı hardan gəlir və bir elan

             
              
   Yenə bir mimlə qarşınızdayam. Bu aralar maşallah bir mim bolluğu yaşayırıq :) Olsun,  mən sevirəm mimləri. Çünki mimlər bizi düşünməyə vadar edir və ağlımıza gəlməyən mövzularda yazmağımıza səbəb olur.

   Bu dəfə isə məni şipşirin çizimləri və yazıları ilə sevgimizi qazanmış Fatofotofan bloqunun sahibəsi Fatma xanım mimləyib. Bu mim bizdən bloqumuzun ad tarixçəsini yazmağımızı tələb edir.

   Mənim bloq adım bir az keçmişə dayanır. Umman adını illərdir müxtəlif yerlərdə istifadə edirəm. Oxuduğum kitablardan birində Allah dostu, böyük mütəfəkkir ilahi eşqdən danışarkən yazırdı:

14 Şubat 2017 Salı

2. Mim - Reklamdakı kimi olmayan şeylər

Hər kəsə salamlar.  Bu dəfə maraqlı bir mimləmə gəldi başıma :) İki nəfər tərəfindən mimləndim. Birinci enerji və həyat dolu yazılarıyla insana xoş əhval-ruhiyyə bəxş edən Annesinin prensesi tərəfindən, daha sonra isə özünəməxsus yorumlarıyla hər gününü qeyd edən və arada çox maraqlı mövzularda yazan Yine bir gün biz böyle   tərəfindən. Burdan hər ikisinə çox-çox təşəkkür edirəm.
                                   
Bu mim bir az çətin gəldi mənə doğrusu. Çünkü mimin mözusu həyatda reklamda olduğu kimi olmayan şeylərdən birini tapıb yazmaqdır. Əslində reklamları sevən və maraqla izləyən biriyəm mən. Amma televizora baxma imkanım olanda. Bu aralar televizordan xeyli uzağam.

24 Ocak 2017 Salı

1. Mimləndim. İlk mimim.

             
       
Dünən hamımızın çox sevdiyi, gözəl qəlbli Deep Tone tərəfindən mimləndim. Digər bloqlarda hər zaman qarşıma çıxan mim ənənəsinə mən bloq həyatımda ilk dəfədir qatılıram. Bu həyəcanı mənə yaşadan Deep Tone-a sonsuz təşəkkürlər. Tanımıyan yoxdur əminəm amma, əgər onu hələ də tanımırsınızsa çox şey itirmişsiniz deməkdir.  Adı kimi Sadə və Dərin bloquna mütləq bir göz atmağınızı tövsiyə edirəm.

"Çocukluğumuza dair" adlı bu mim sayəsində üç sualla  xatirələrimizi qurdalayır, uşaqlıq dövrünə qayıdaraq həmin dövrün bəlkə də çoxdan unutduğumuz məqamlarını yada salmağa çalışırıq.