Salam əziz bloq ailəm və yazımı oxuyan digər canım dostlarım. Başımdan keçən elektriksiz bir gün (əslində bir neçə saat) nəticəsində düşündüklərim və hiss etdiklərim belə bir yazı yazmağa sövq etdi məni.
İlk öncə sizə soruşmaq istəyirəm: Sizcə elektrik enerjisinin olmadığı bir həyat necə olardı?
Bilirəm "bəlkə də çox daha yaxşı olardı, televizor, internet olmazdı, insanlar bir-biriylə daha çox ünsiyyət qurardı, eyni zamanda bir çox işimizi görən və bizi tənbəlləşdirən elektriktrik alətləri olmadığı üçün daha zirək, öz işini özü görən bir insanlıq mövcud olardı hal-hazırda" kimi düşünənləriniz vardır. Ki mən də bəzən o cür xülyalara qapılırdım.
