26 Mart 2018 Pazartesi

Eşq qoxan qadına


Eşq qoxan qadına❤

  Bir qadın tanıdım qəlbi Allah sevgisi ilə dolub daşan. Gözlərinin içi gülən. Bir "yaxşı olacaq" sözü ilə sanki bütün dünyanın axışını dəyişdiyini düşünərsən.

   Baxdığı hər yerdə gözəllik görər. Qəlbindəki sevinci, xoşbəxtliyi hər kəslə bölüşməyə çalışar.

20 Mart 2018 Salı

🌸Bərəkət bayramı gəlmiş🌸



Yenə gəldi, könüllərimizdə qurduğu o sarsılmaz taxtına buyur etdi Novruzum!

Yenə gəldi mis qoxulu ot-ələfi, ənbərbar gül-çiçəyilə...

Doğma yurda qovuşmağın sevinci və bir an öncə  yuva qurmağın  təlaşı ilə ordan-ora uçan haçaquyruq qaranquşları ilə...

19 Mart 2018 Pazartesi

Seçil Çömlekçi - Hayat zor ama ben de kolay biri sayılmam


Tək kəlimə ilə "bayıldım"... Necə olur bir kitabın heç bir səhifəsi darıxdırıcı olmaz... Oxuduqca oxumaq istəyərsən... Axdıqca axar yazılar, mövzular... Həm də bir-birindən fərqli, rəngarəng, acılı-şirinli, komik-düşündürücü yazılar...  

Seçil Çömlekçi həyatın içindən hekayələri, hər gün hər birimizin şahid olduğumuz hadisələri heç bəzəyib-düzəmədən, sadə və yavan bir dillə, bir az da yumoristlik qataraq elə gözəl şəkildə anlatır ki, bizə... Pozitivliyə ayarlanırsan... "Çox da zor deyil ya həyat" deyib, sənin çətinlik deyib, dözülməz sandığın problemləri xəfifə alıb, "boş verrr... həyat gözəl" düşünürsən... 

12 Mart 2018 Pazartesi

9.Mim - Məni mən edən sevdiyim şeylər



  
 Ən sevdiyim mövsümün ən sevdiyim ayından salamlayıram sizləri canlar...               
   Bahar gəlib çatdı yurdumuza şükür... Yaşasın günəşli, çiçəkli-böcəkli bahar günləri !!! Novruz bayramını necə böyük həvəslə gözləyirəm anladamam.

   Bir müddətdir bir çox bloqda bir mimlə qarşılaşıram. Doğrusu kimin başlatdığını bilmirəm. Axtarıb tapmağa da bir az tənbəllik etdim. "Məni mən edən sevdiyim şeylər" adlı bu mim yazılarından elə ilkini oxuduqda mən də yazacam dedim.