Məlumdur ki, "Hər aya 1 kitab, bir film" sloqanı ilə yola çıxmış canım bloqdaşlarıma qoşularaq, hər ay öz oxuduqlarımdan əlavə onların tərtib etdiyi siyahıya əsasən, bir kitab oxuyub, bir də film izləyirəm. Baxaq bu ay nəyi oxuyub, nəyi izlədik.
Fevral ayı:
▪️Kitab : Meredith Schorr " Şimdi Moda Pastel" (Əvəzinə " Hayvan Çiftliği")
▪️Film : "Parasite"
Əvvəl kitab haqqında.
George Orwell / Hayvan Çiftliği
✔ "Bütün hayvanlar eşittir ama bazı hayvanlar öbürlerinden daha eşittir."
Bu dəfəki kitab macəram bir az başıbəlalı oldu. Belə ki, ayın kitabı əslində Meredith Schorrun "Şimdi Moda Pastel" əsəri idi. Çətinliklə kitabın pdf variantını endirib oxumağa başladım. Normalda çox axıcı bir kitab idi. Göz açıb yumanacan 20 səhifəsi arxada qalmışdı. Lakin bir məsələ vardı : istər kitabın dili, istər qəhrəmanların dialoqu o qədər lazımsız dərəcədə açıq-saçıq idi ki, qısa müddətdə bu kitaba davam edə bilməyəcəyimi anladım.
O zaman bonus kitablar siyahısından başqa bir kitab oxuyum dedim və Oğuz Atayın "Tutunamayan"larına başladım. Yenə bir 20-30 səhifə oxudum. Amma sonradan bir baxdım ki, kitabın səhifə sayı 500-dən çoxdur. Mənim isə ay sonuna çox az vaxtım qalmışdı və 3-cü kitabı da mütləq bitirmək istəyirdim. Üstəlik kitab qətiyyən tez-tələsik oxunacaq kitablardan da deyil. Əməllicə konsentrasiya və fokus istəyən kitablardandır. Məcburən sonra davam etmək şərtilə onu da yarımçıq qoyası oldum🙄
Telefonumdakı "Kitab Oku" proqramının ana səhifəsində "Hayvan Çifliği" kitabı gəldi önümə. Çoxdandır oxumaq istədiyim bu kitabın səhifəsinin də az olduğunu görüncə dərhal oxumağa başladım. Və ay bitməmiş bitirdim belə.

Beləliklə, keçək indi "Hayvan Çiftliği" haqqındakı düşüncələrimə. Kitab bir növ iri həcmli siyasi təmsildir. Yazıçının əsərini sosializm rejiminin tənqidi və birbaşa Stalini hədəf alaraq diktatorluğun tənqidi olaraq yazdığı söylənilir. Amma, doğrusu, məncə, müəllifin kapitalizmi, yoxsa sosializmi tənqid etdiyi aydın deyil.
Mənə elə gəlir ki, Orwell istənilən sistem, rejim və quruluşdakı insan faktorunu önə çəkib. Nə qədər mükəmməl əsasları olan bir rejim belə olsa ordakı insan nəfsi mütləq şəkildə o şəffaf qanunları bulanıqlaşdıracaq və sonunda həmin sistemin sonunu gətirəcək.

Məsələn donuz Napoleonun timsalında başa gələrkən böyük ideyalardan dəm vurub sonradan vəzifənin verdiyi sərxoşluqla bütün dəyərlərini unudaraq sadəcə öz mənafeyi üçün yaşayan vəzifə sahiblərini, Squealerin timsalında insanları boş, lakin pafoslu ifadələrlə yönləndirməyi bacaran yaltaq vəzifə qullarını, Boxerin timsalında bütün gücünü vətən üçün ortaya qoyub çalışdığını zənn edərək, əslində şəxsi mənafelərə xidmət etdiyindən bixəbər yaşayan cahil vətəndaşları, Benjaminin timsalında təcrübəli, görüb-götürmüş, həqiqətləri görə bilən lakin susaraq yaşamağı seçən, mən deyərdim ki, qorxaqları və qoyunların timsalında nədənsə heç yad gəlməyən birilərini - sadəcə onlara aşılanmış ideyanı şüursuzca əzbərləyib təkrarlayan düşüncəsizləri görmüş oluruq. Sadəcə bir neçəsini sadaladım.
Ən təəssüf etdirici məqam isə, dünya yaranandan bu yana bu problemin tarix boyunca təkrar-təkrar yaşanmasıdır. 1940-cı illərdə yazılan əsər hələ də aktuallığını qoruyur. Əsərdə oxuduqlarımız, əslində, hal hazırda ətrafımızda gördüyümüz, müşahidə etdiyimiz bir çox məqamların təsviridir sanki.
Qısacası, oxuyarkən sizə nağıl kimi gələcək, lakin düşününcə tamamilə real həyatın səhnələrini görəcəyiniz bir əsərdir "Hayvan Çiftliği". Oxuyun və məncə mütləq uşaqlara da oxudun. Bəlkə bizdən bir az daha gözaçıq bir nəsil yetişər ümidilə...
İndi isə film haqqında
Film : Parasite
Bəli, kitabı oxumaya bilərəm amma filmi izləyərək özümü əfv etdirdiyimi düşünürəm😉
"Parasite" 6 kateqoriyada oskar mükafatına namizəd və 4 oskar mükafatı sahibi (Ən Yaxşı Film, Ən Yaxşı Rejissor, Ən Yaxşı Beynəlxalq Film, Ən Yaxşı Original Ssenari), eyni zamanda ingilis dilində olmayan ilk oskar mükafatçısı bir film kimi bu il incəsənət dünyasında böyük əks-səda oyatdı. Bu baxımdan filmi izləyə bildiyim üçün özümü çox şanslı hesab edirəm.🤗
Bu etkinliyi başladan Mor Düşler Kitaplığının sahibəsini çox yordum bu ay. Həm kitabı, həm də filmi tapmaqda mənə yaxından kömək etdi. Burdan ona bir qucaq dolusu sevgi və öpücük yollayıram.😊❤
Bu etkinliyi başladan Mor Düşler Kitaplığının sahibəsini çox yordum bu ay. Həm kitabı, həm də filmi tapmaqda mənə yaxından kömək etdi. Burdan ona bir qucaq dolusu sevgi və öpücük yollayıram.😊❤
Filmin mövzusunu qətiyyən anlatmayacağam. Sadəcə olaraq onu deyə bilərəm ki, cəmiyyətdə gördüyümüz maddi imkanlar arasındakı uçurum və ziddiyyətlərin nə qədər təhlükəli bir psixologiya formalaşdırdığını əyani şəkildə görəcəksiniz bu filmdə. Gülə-gülə qəmlənəcək, gülə-gülə düşünəcəksiniz. Bir isti, bir soyuq duş almış kimi haldan hala düşüb, ən sonda nəyə uğradığınıza çaşacaqsınız.
Hələ görüntü, bütün xırdalığına qədər düşünülmüş detaylar... Mükəmməl...
Mütləq, mütləq izləyin.
Bu gözəl etkinliyi başladan bloqdaşlarımın yorumlarını oxumaq istəsəniz: ⬇️⬇️⬇️
Mor Düşler Kitaplığı
Goncanın Dünyasından
Bu gözəl etkinliyi başladan bloqdaşlarımın yorumlarını oxumaq istəsəniz: ⬇️⬇️⬇️
Mor Düşler Kitaplığı
Goncanın Dünyasından