28 Şubat 2017 Salı

Qəlblər, ocaqlar isinir...

           
   Bugün ikinci ilaxır çərşənbəsi olan od çərşənbəsi təşrif buyurub yurdumuza. Bu çərşənbəyə "Addı çərşənbə", " Üskü çərşənbə" də deyirlər.
   
   Birinci su çərşənbəsində ev-eşiyi, həyət-bacanı suyun köməyilə təmizləyən qədim insanlar od çərşənbəsində ötən ildən qalan köhnəlikləri, dərdləri, xəstəlikləri tonqalda yandıraraq həyatlarında açdıqları tərtəmiz bir səhifə ilə girdiklərinə inanırdılar yeni ilə.

26 Şubat 2017 Pazar

Qanayan yaramız - Xocalı


   Tam 25 il öncə, lopa-lopa qarın yağdığı sərt bir qış günü idi.  7 min əhalisindən  4 aylıq mühasirə və hücumlardan sonra 3 mini qalmış Xocalı sakinləri səksəkə, qorxu içərisində bir gecəni də keçirmək üçün yataqlarına girmişdilər.Başına gələcək dəhşətli faciədən xəbərsiz... 

   Kim bilir o gecə neçə ana öz körpəsinin gələcəyini narahatçılıq içərisində düşünmüş, neçə gənc bu qara günlər bitdikdən sonra sevdiyi qızla quracağı ailənin xəyallarını qurmuş, neçə ata övladını tələbə görməyi arzulamış, neçə nənə-baba " Sən bizim ömrümüzdən al balalarımızın ömrünə cala, onlar hələ cavandılar nə gün görüblər ay Allah!" deyə dua etmişdilər Uca Yaradana əl açaraq.

23 Şubat 2017 Perşembe

Konseptli ad günlərimiz

   Bizim ailədə yeni bir ənənə başlayıb. Uşaqların ad günlərini həm əyləncəli, həm də yaddaqalan keçirmək üçün onların istədiyi bir konseptə uyğun qeyd edirik.
  
   Bu cür ad günlərini ilk dəfə internetdə görəndə çox bəyənmişdim. Bizdə də belə ad günü hazırlayan şirkətlər varmı deyə çox aradım. Qarşıma bahalı və dəbdəbəli ad günü təşkilatçıları çıxdı. Heç biri sadə vətəndaşın büdcəsinə uyğun gəlməyən belə ad günü təşkilatçılarının istədiyim bir tərzdə ad günü  nümunələrini görə bilmədim.

21 Şubat 2017 Salı

Baharın ilk müjdəçisi

   
     
   Bu gün güllü-çiçəkli, barlı-bərəkətli Novruz bayramının 4 müjdəçisindən birincisi Su çərşənbəsi elimizin-obamızın qonağıdır. 
   
   Novruza addım-addım yaxınlaşarkən hər 4 həyat ünsürünün adı ilə bağlı çərşənbələri qeyd etmək qədim adətlərimizdəndir.

20 Şubat 2017 Pazartesi

Mövlud Süleymanlı - Səs

          
           
    Nəhayət, bir kitabı bitirə bilməyin sevinciylə qarşınızdayam :)) Mövlud Süleymanlının Üç romanındakı ən sonuncu roman "Səs" haqqında danışacam bu dəfə.
          
   İlk roman "Köç"də Sovet hakimiyyətindən öncəki həyatı və sonda yeni qurulan hökumətin ilkin izlərini görmüş, ikinci "Ceviz qurdu" romanında bu hakimiyyətin altında əzilən, mənəvi çürüntüyə üz tutmuş, milli kimliyini danmağa başlamış millətin yaşadıqlarının şahid olmuşduq.

16 Şubat 2017 Perşembe

3. Mim - Bloqumun adı hardan gəlir və bir elan

             
              
   Yenə bir mimlə qarşınızdayam. Bu aralar maşallah bir mim bolluğu yaşayırıq :) Olsun,  mən sevirəm mimləri. Çünki mimlər bizi düşünməyə vadar edir və ağlımıza gəlməyən mövzularda yazmağımıza səbəb olur.

   Bu dəfə isə məni şipşirin çizimləri və yazıları ilə sevgimizi qazanmış Fatofotofan bloqunun sahibəsi Fatma xanım mimləyib. Bu mim bizdən bloqumuzun ad tarixçəsini yazmağımızı tələb edir.

   Mənim bloq adım bir az keçmişə dayanır. Umman adını illərdir müxtəlif yerlərdə istifadə edirəm. Oxuduğum kitablardan birində Allah dostu, böyük mütəfəkkir ilahi eşqdən danışarkən yazırdı:

14 Şubat 2017 Salı

2. Mim - Reklamdakı kimi olmayan şeylər

Hər kəsə salamlar.  Bu dəfə maraqlı bir mimləmə gəldi başıma :) İki nəfər tərəfindən mimləndim. Birinci enerji və həyat dolu yazılarıyla insana xoş əhval-ruhiyyə bəxş edən Annesinin prensesi tərəfindən, daha sonra isə özünəməxsus yorumlarıyla hər gününü qeyd edən və arada çox maraqlı mövzularda yazan Yine bir gün biz böyle   tərəfindən. Burdan hər ikisinə çox-çox təşəkkür edirəm.
                                   
Bu mim bir az çətin gəldi mənə doğrusu. Çünkü mimin mözusu həyatda reklamda olduğu kimi olmayan şeylərdən birini tapıb yazmaqdır. Əslində reklamları sevən və maraqla izləyən biriyəm mən. Amma televizora baxma imkanım olanda. Bu aralar televizordan xeyli uzağam.

13 Şubat 2017 Pazartesi

Ucalıqda tənhalıq...


   
Ağaca bax, ilahi, başı dəyir buluda,
yəqin həsədlə baxır onun ucalığına
Qaratikan kolu da.
Amma kol hardan bilə hər yaxşıda yaman                                                                           var -
Tənhadır ucalıqlar.

9 Şubat 2017 Perşembe

Həyat sadəcə gördüyündən ibarət deyil

   
           

   Payızın ilk günləri idi. Qatarın vaqonuna uca boylu, saçları qar kimi ağappaq bir kişi və 25-26 yaşlarında bir oğlan daxil olub yerlərini tutdular. Oğlan pəncərə tərəfdə əyləşmişdi. Qatar tərpənən kimi o, hava axınını hiss etmək üçün əlini pəncərədən bayıra çıxardı və birdən heyrətlə qışqırdı:

6 Şubat 2017 Pazartesi

Portağallı kələm salatı (və ya turşusu)


           
    Çox fərqli bir salat resepti ilə qarşınızdayam. Bəri başdan deyim ki, rus mətbəxindən gələn bu salat hər kəsin ağız dadına uyğun olmaya bilər. Məsələn bizim ailə bu salatı sevənlər və bir daha yemək istəməyənlər olaraq iki ayrı qrupa bölündü:) Portağalın aromasını və qoxusunu sevənlərdənsinizsə bu salatı da bəyənəcəksiniz. Mən çox bəyəndim, ona görə də siz dəyərli oxuyucularla da paylaşmaq istədim.

2 Şubat 2017 Perşembe

Mövlud Süleymanlı - Ceviz qurdu


                   
    Dünən Mövlud Süleymanlının Üç roman adlı kitabındakı ikinci əsəri də oxuyub bitirdim nəhayət. Vaxtsızlıqdan kitabları bu qədər gec bitirməyim də hər dəfə yer edir ya mənə, nə isə...
    "Ceviz qurdu" adlanan ikinci romanın "Köç" qədər təsirli olmayacağını az-çox təxmin etmişdim.Çünki kitabı verən özəlliklə "Köç"ü oxumağı tövsiyə etmişdi. Lakin əvvəli bir az darıxdırıcı gələn "Ceviz qurdu"nu oxuduqca sujet xəttinin içindən keçən sarı simi yaxalayınca elə bir dalırsan ki, əsərə bir də sonda oyanırsan.