🔹️Çingiz Aytmatov
🔹️Qırğız ədəbiyyatı
🔹️ 238 səhifə
🔹️ Qiymət 5/5
Bəzi əsərləri oxuyanda mənə elə gəlir ki, əslində yazmaq o qədər də çətin deyil. Həvəslənirəm. Yazacam deyirəm. Mən də yazacam.
Lakin elə ki, Çingiz Aytmatov kimi həqiqi söz sənətkarının əsəri keçir əlimə oxuduqca valeh olub yox deyirəm. Yazıçılıq hara? Mən hara? Bir yazıçı olmaq üçün o qədər zəngin bir dünya görüşü olmalıdır ki, insanın. Yazdıqları inandırıcı olsun gərək. Nə var hadisələrlə dolu sıradan bir əsər ortaya çıxarmağa?
