16 Şubat 2021 Salı

Kiməm mən? (Şeir)


 Kiməm mən?

Ömür dənizində hərdəm sovrulan

Ümmanlarca yük daşıyan bir damla.

Qəm gününün istisiylə qovrulan

Kiçicik bir qum dənəsi cahanda.


Kiməm mən?

Zaman adlı burulğanın içində

Sürüklənən milyonlardan bircə an,

Yaşıllığın xəzan adlı köçündə

Quru yarpaq nəm torpağa can atan. 

 

Kiməm mən?

Bütün aləmi dolduran bir yoxluq

İzahsız, cavabsız, çətin bir sorğu.

Əhsəni-təqvimdə əşrəfi - məxluq,

"Yox"dan gəlib "var"a gedən bir yolçu.


Umman Aslan

6 Şubat 2021 Cumartesi

Ali Benjamin / Hayalet Kalp

 


✔"Herkesin öyküsü başından sonuna kadar farklıdır. Bir süreliğine ikisi birmiş gibi gözükse bile kimsenin öyküsü aslında kimseninkiyle birlikte gitmez."

Kitab Zu (əslində Suzanna) adlı bir qızın vəfat edən rəfiqəsinin boğularaq öldüyünü qəbul edə bilməməsi və  bu ölümlə bağlı araşdırmasının onu (və eyni zamanda bizi) meduzalarla bağlı bəzi həqiqətləri öyrənməyə aparıb çıxarmasından bəhs edir. Məsələn, biz Meduzlarla bağlı nə qədər məlumatlıyıq? Açığı mən "Hayalet Kalp"i oxuyana qədər bu okean canlıları ilə bağlı çox az şey bildiyimi anladım. Məsələn meduzaların ürəyi və qəlbi yoxmuş. Və bir ildə minlərlə insanı sancaraq zəhərləyə, hətta öldürə bilirmişlər. Meduzaların bəhsi çox keçsə də əlbəttə ki, kitabın əsas mövzusunu dostluq, sevgi, anlayış, əzm kimi bir çox şey təşkil edir. Maraqlı və axıcı bir kitab kimi daha çox yeniyetmələrin zövq alacağını düşünürəm.

Seçdiklərim:

▪️Bir insan yalnızca susarak görünmez olabilirmiş.

▪️Aslında herkesin sandığı gibi konuşmayı reddediyor değildim. Yalnızca, gerekmedikçe dünyayı sözcüklerle doldurmamaya karar vermiştim.

▪️Bazen bir şeylerin değişmesini öyle çok istersiniz ki herşeyin aynı kaldığı bir odada bulunmaya bile katlanamazsınız.

▪️Herkesin öyküsü başından sonuna kadar farklıdır. Bir süreliğine ikisi birmiş gibi gözükse bile kimsenin öyküsü aslında kimseninkiyle birlikte gitmez.

▪️Yetişkinler herkes gibidir, aslında gerçek düşüncenizi söylemenizi istemezler.

▪️"Sözsüz iletişim bazen sözlü iletişimden daha iyi olabilir. Sessizlik sesten fazlasını söyleyebilir , aynı şekilde bir kimsenin yokluğu , varlığından bile çok yer kaplayabilir."

▪️Veda etmek önemlidir. Yaşama yeniden başlamamızı sağlayan şey vedalardır.

▪️"Kuş olsaydım sonbaharların peşinde dünyayı dolaşırdım ."

5 Şubat 2021 Cuma

Özünə verdiyin dəyər qədər xoşbəxtsən!

   Özümüzə nə qədər dəyər veririk, görəsən? Qərarlarımızın nə qədərini öz istəklərimizə, nə qədərini başqalarının bizdən gözləntisinə görə alırıq? "Başqaları nə deyər?" qəflətinə düşmədən arzularımıza doğru möhkəm addımlarla irəliləyə bilirikmi?

   Xüsusən, biz qadınlar olaraq bəzən bütün ömrümüzü başqalarının bizim üçün təyin etdiyi istiqamətdə yaşayırıq. Öz xəyallarından vaz keçən, bütün ömrünü fədakarlıqla tükədən ən çox qadınlardır. 

   Bəli, davamlı verici olan bir insan, bir müddət sonra tükənməyə başlayır. Bu həyatda hər şeyin öz tarazlığı var. Verdiyimiz qədər almağı da bilməliyik. Və istədiyimiz sevgi və dəyəri ala bilmək üçün ilk olaraq özümüzə dəyər verməyi bacarmalıyıq. Çünki özümüzü sevdiyimiz zaman qarşımızdakını da qarşılıq gözləmədən sevə bilirik. Və biz özümüzə yetərincə dəyər vermədiyimiz müddətcə qarşımızdakından da istədiyimiz dəyəri ala bilmərik.

   Odur ki, xoşbəxt hiss edə bilmək üçün özümüzlə barışıq olmalı və özümüzü sevməliyik

4 Şubat 2021 Perşembe

Gülseren Budayıcıoğlu / Kral Kaybederse

 


✔ Kendi gerçeğini yaşayamayan biri nasıl mutlu olur ki!

   "Kral kaybederse" yazıçıdan oxuduğum ikinci əsərdir.  Hər nə qədər bu əsər digərləri arasında daha çox sevilsə də, doğrusu "Hayata dön" qədər təsirləndirmədi məni. Amma yenə də qəlbimə toxunan, özüm üçün not aldığım bir çox məqamları olan və bəyənərək oxuduğum bir kitab oldu deyə bilərəm. Qadınlarla gününü gün edən və heç birinə hissi olaraq qəti bağlanmağı bacarmayan bir adamın davranışlarının altında yatan psixoloji səbəblər, onun toruna düşən qadınların bu zəifliyinə səbəb həyat hekayələri kimi bir çox maraqlı məsələləri açıb göstərir bizə Gülseren xanım.

Seçdiklərim:

✔ İnsan en kolay, en sevdiklerine kıyar.

✔ Hiç sevilmemiş insanın yaraları derin olur.

✔ Kendini doğru deyerlendirebilir, geçmişin derin yaralarına bakarken bu yaraların onun kişiliğinde ne gibi değişiklikler yaptığını görebilirse, belki de kader onu hep aynı motifleri tekrarlamaya zorlamaktan vazgeçer.

✔ Aşk bile geçmişte yaşananların ayak izleriyle oluşuyor.

✔ İnsan değerli olmayı sevile sevile, sayıla sayıla öğrenir.

✔ Kimler öldürür biliyor musunuz? Bu ara her gün gazetelerde karısını ya da sevgilisini öldüren erkekleri okuyoruz. O adamların bir atımlık barutu kalmış. O kadınları çok sevdikleri için okumuyorlar; zayıflar, güçsüzler, çaresizler... Ellerindeki bir atımlık barutu da kullanmışlar... O kadını da kaybederse hayata neresinden tutumacağını, nasıl ayakta kalabileceğini bilmiyorlar. Korkuyorlar yani... Onları katil yapan, içlerindeki bu büyük korku...

✔ İnsanın yalnızlığını büyük kalabalıklar gidermez...

✔ Kadınlar her şeyi affeder ama zayıf bir erkeği asla affetmez.

✔ İnsan kendine bir kader biçmişse, hayat da ona bu konuda sonuna kadar destek oluyor...

✔ Dünyanın sunduğu güzelliklere bir teşekkür bile etmeyenin sonradan isyan etmeye hakkı var mı acaba?

✔ Öfke ve pişmanlık aslında hep kol kola gezen duyulardır.

✔ Hayat bir az da böyle işte... Acemi olarak geliyoruz bu dünyaya, tam her şeyi görüp öğrenip, usta olduğumuzda da ölüm geliyor kapıya...

✔ Ne kadar acı verirse versin, yaşanan düş kırıklığı, insanı belli bir olgunluğa getiriyor...

✔ Mutluluk sadece bizlerin peşine düşebileceğimiz, yaramaz, haraketli, yakalanması çok zor bir kuştur...

✔ Hepimiz birileri bizi dinlesin, anlasın isteriz çünkü hayat bizi anlamaz, biz de hayatı...