Qadın etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster
Qadın etiketine sahip kayıtlar gösteriliyor. Tüm kayıtları göster

17 Eylül 2020 Perşembe

Mən qadınam

 



Mən qadınam 

Dünyalarca xəyalları olan...

Uçuşsun xəfif rüzgar

bu xəyallarımın arasında,

Xoş olmayan hər anımı alsın,

götürsün... 

Genişləsin oralar 

gözəl anlarıma yer açılsın...


Bəlkə başdan alaq, dünya?!

Dəyərimi çox bilmədin...

Mən ki, tərtəmiz, 

yazılmamış bir səhifə kimi 

başlamaq istəyirəm yenidən.

Sadəcə xoş xatirələr yazılacaq  səhifəmə

İncidilmədiyim, gülümsədiyim, 

xoşbəxt hiss etdiyim anlarım...


Başdan alaq hər şeyi

Zərafətimə nəzakətinlə həmdəm ol,

Şəfqətimə rəhmətinlə.

Qadının döyülmədiyi, 

Öldürülmədiyi, bir yer ol!


Artıq xoşbəxt olacam, 

Mən daim seviləcəm,

Və hər zaman güləcəm,

Buna inanmaq istəyirəm.


Deyilsə, qorx məndən dünya...

Hər gün daha güclənirəm.

Nə tələlərinə düşəcəm,

 nə yalanlarına aldanacam.

Mən daim məsud olacam.

Çünki mən qadınam...


Həyat mənlə başlayır,

Xoşbəxtlik də məndədir...

Bir gülüşümə bənddir bahar

Bir damla göz yaşımla qopur fırtınalar...


Cənnət ayaqlarıma döşənib, dünya!

Fərqində deyilsən, amma 

düyün nöqtəsi mənəm...

Qədrimi bilib, dəyərimi anlayınca

Bitəcək sənin də izdirabların...

İnanıram, o vaxt yaxın...




23 Eylül 2019 Pazartesi

Çəhrayı...



Mavi səmada süzülən bəmbəyaz buludlara dikmiş gözlərini çəhrayı paltarlı qız... Əlindəki səmaya can atan qırmızı şarın ipini bərk-bərk tutur... İpək saçları rüzgarla rəqs edir... Gözləri ümid, qəlbi fərəh doludur... Zövq alır tamaşasına durduğu mənzərədən...  

Və gözləri ilmələrə zillənmiş düşüncəsi uzaq günlərin sorağında toxuyur qadın... Əlindəki qırmızı şərfi övladı üçün toxuyur... Saçlarına yenicə düşməyə başlamış bəyazlar içəriyə süzülən günün xəfif işıltısını əks etdirir... Gözləri yorğun, qəlbi kədər doludur... Bitirməyə çalışır əlindəki işini... 

 Zirvədən aşağıdakı ovalıqları seyr edir qız... Çantası belində, fotoaparatı yaxasında, zirvəni fəthetməyin sevinci qəlbində... Uzaqlara dikir gözlərini, kəşf edəcəyi yeni mənzərələrin həyəcanını duyur bütün iliklərində... 

Pəncərədən həyətə boylanır qadın... Yenicə bitirdiyi ev işlərinin yorğunluğu üzərində, axşamdan altında əzildiyi sözlərin incikliyi qəlbində... Uzaqlara dikir gözlərini, həyatın ağır yükünü hiss edir bütün iliklərində... 

Rəfiqələri ilə yeni açılan məkanda yeni bir ləzzəti dadır qız... Gülüşlər, zarafatlar uçuşur havada... Eyni zövq və eyni düşüncədəki qəlb dostları ilə bir arada olmağın şükrünü edir qəlbində... 

Və yeni öyrəndiyi bir reseptlə ilk dəfə bişirdiyi yeməyin dadına baxır qadın... Yanındakı ərindən və qayınanasından şikayətlənən qonşu qadının qeybətləri uçuşur havada... Sıxılsa da xətrinə dəyməmək üçün dözüm təlqin edir qəlbinə...  

Yeni bitirdiyi kitabı müzakirə edir rəfiqəsilə qız... Anlatdıqca həyəcanlanır, hüzünlənir, bəzən də coşğuyla çuğlayır ruhu... Oxuyacağı növbəti kitabın mövzusunu düşünür, maraq edir... 

 Və qızına yenə çətin uşaqlığından danışır qadın... Anlatdıqca həyəcanlanır, hüzünlənir, bəzən də "kaş ki"lərə bürünür ruhu... Gələcəyin nələr gətirəcəyini düşünür, əndişələnir... 

 İrəliyə dikib gözlərini macəracı, həvəs dolu, həyat dolu çəhrayı paltarlı qız... 

 Və geriyə boylanır itaətkar, səbir dolu, hüzün dolu yorğun qadın... 

 Baxışları bir anda toqquşur eyni nöqtədə... Gəlirlər göz-gözə... Gülümsəyir şıltaq qız... Şirin bir xəyalın dumanı içərisində... "Yaşa" deyir... Və əriyir... Paltarının çəhrayılığı bir işıq kimi yayılır yenə... Qadının gözləri qamaşır... Gözlərini yumub açır... Gülümsəyir xəfifcə... "Axı necə?"...


20 Ağustos 2018 Pazartesi

Öyrəndim ki... - Gülben Ergen



🔸️Müəllif: Gülben Ergen
🔸️Milliyət: Türk
🔸️Səhifə: 193
🔸️Qiymət: 4/5 

   ✔"Öğrendim ki, sözü yemindir iyi insanların."

   Özünə inanan, dəyərləri olan və öz dəyərlərindən nə olur, olsun heç vaxt güzəştə getməyən, qadınlıq aləmini layiqincə təmsil edən qadınları çox sevirəm.
   Gülben Ergen sənətçilər içərisində bir çox sosial layihələrdə canla-başla iştirakını bildiyim və çox nadir bəyəndiyim məşhurlardan biridir.

6 Nisan 2017 Perşembe

Qısqanclıq - dəyər verməkmi, dəyərdən salmaqmı?


       
   İnsanın daxili sirli-sehirli bir aləmdir.  Duyğular, hisslər bu aləmin  bir-birindən fərqli, hətta bəzən bir-birinə zidd , lakin eyni yerdə bərabər,  əl-ələ qərar tutmuş  sakinləridir. Bu aləmdə sevgi də var,  kin də, şəfqət də var, nifrət də... Lakin bu hisslərin dozası , səviyyəsi hər insanda fərqlilik kəsb edir.

12 Ocak 2017 Perşembe

Sözəbaxan uşaqlar böyütmək üçün

                             
     Yazıya keçmədən öncə məni bu mövzuda yazmağa sövq edən səbəblərdən bəhs etmək istəyirəm. Açığı çox sevdiyim bir yaxınım məndən belə bir yazı yazmağımı istəyəndə gülmüşdüm. Çünki heç vaxt özümü uşaq tərbiyəsilə bağlı məsləhət verəbiləcək bir mövqedə görməmişəm. Hətta  yaxşı ana olmadığımı düşünüb məyus olduğum, düzgün tərbiyə verə bilirəmmi deyə həyəcan keçirib ağladığım  zamanlarım çox olub.
      Bizim uşaqları isə həmişə Allahın lütfü olaraq görmüşəm. Çünki körpəlikdə bir çox valideynlərin çəkdiyi yuxususluq, ağlağanlıq, köp problemi, böyüdükcə aqressivlik, oyuncaqlarını paylaşmamaq və s. kimi problemləri yaşatmayıblar mənə çox şükür. Nisbətən böyüdükdən sonra da əslində mənim nəzərimdə nadinc olan uşaqlar ətrafda hər kəs: qonum-qonşu, qohum-əqraba tərəfindən təriflənən, çox ağıllı olduqları söylənilən uşaq oldular. Bu məni sevindirdiyi qədər təəccübləndirir də. Hələ üstəlik sən necə edirsən ki, uşaqlar belə ağıllıdırlar deyə sual veriləndə lap çaşıram. Çünki açığı təbii ki, əməl etməyə çalışdığım bir sıra  tərbiyə üsulları olsa da ciddi şəkildə hər hansı bir üsulu özümə etalon etməmişəm. Hal belə olunca məndə maraq yarandı. Doğurdan görəsən necə olur ki, bizimkilər bizdən başqa hamının dediyinə görə  ağıllı uşaq olublar :) (bir də aralarında dalaşmasalar kaş ki)         
     Buna görə bir az araşdırma etdim, bəzi uşaq psixoloqlarının yazılarını oxudum. Və beləcə bəzi şeylər mənə aydın oldu. Bu yazıda sözəbaxan uşaqlar böyütmək üçün mənim bilərək və ya bilməyərək etdiyim və psixoloqların məsləhət gördüyü bir sıra məqamları maddələr şəklində açıqlayacam. İnşallah ehtiyac duyan və oxuyanlara faydası olar deyə ümid edirəm.

15 Aralık 2016 Perşembe

Ev Işlərini necə asanlaşdırmalı

Nəhayət, post planımda qeyd etdiyim yazı seriyasının sonuncusuna gəlib çatdıq. Beləliklə verdiyim sözü də tutmuş oldum. Bunun üçün çox şadam. İndi keçək postumuza...
     Biz qadınlar hər nə qədər zərif olsaq da, həyatın bir çox sahəsinə aid işlər çiynimizə yükləndiyi üçün güclü, eyni zamanda, bütün bu işlərin altından layiqincə çıxa bildiyimiz üçün də qəhraman varlıqlarıq. Kişilər, çətin də olsa, sadəcə işə gedib pul qazanmaq, ailənin keçimini təmin etməklə mükəlləf olduqları halda qadınlar həm evdə büdcənin idarəsi, həm təmizlik, həm biş-düş işləri, həm uşaqların tərbiyəsi, onların dərsləri və siyahını daha da uzada biləcəyimiz bir çox işlərin öhdəsindən gəlmək məcburiyyətindədirlər. Həm də kişilərdən fərqli olaraq qadınlar gün boyu nə qədər çox iş görsələr də axşam ayaqlarını uzadıb "bu gün çox yoruldum" deyib çay-çörəyin hazır şəkildə önünə qoyulmasını təmənni etmək şansından da məhrumdurlar. Hər kəsin evdə olduğu və töküb dağıtdığı həftəsonunda bütün gün nəfəsi kəsilən xanımlar istirahət gününü də beləcə yola vermiş olurlar. Hələ mən həm işə gedib, həm ev işlərini çatdırmağa çalışan xanımların halını düşünmək belə istəmirəm.
      
    Belə olduğu halda bütün bu çətin işləri hər qadın özünə uyğun bir iş üsulu ilə həll edir. İlk öncə onu qeyd edim ki, evdə nənəsinin ərköyün balası olan, əlindən heç bir iş gəlməyən və bu şəkildə gənc yaşda ailə quran məndənizin təbii ki, evliliyin ilk illərində ev işlərini çatdırmaqda xeyli əziyyət çəkmişliyi var:) Ona görə də indi illərin təcrübəsi və böyüklərdən, ətrafdan öyrənib əldə etdiklərimlə formalaşan öz iş üsulumu yazmaq istəyirəm. Hələ də ev işlərində çətinlik çəkən və ya yeni evli olan gənc xanımlara bəlkə faydası olar deyə...

6 Şubat 2016 Cumartesi

Ah bu analar...





      Hər keçən gündə, yaşımıza yaş qalanıb əbədi dünyamıza bir addım da yaxınlaşdıqca yeni-yeni şeylər öyrənib, yeni-yeni kəşflər edirik.Həyatın hər sahəsində əldə etdiyimiz yeni təcrübələr bizi təəccübləndirməyə bilməz.Çünkü hər şeyin mahiyyətinə vardığını düşündüyümüz anda etdiyimiz yeni bir kəşf əslində məzara qədər öyrənəcək çox şeyimizin olduğundan xəbər verir."Kəşf" deyirəm...Bəli məhz "kəşf"...Biz bəlkə Amerikanı kəşf eləmirik amma, tanışdığımız və xasiyyətini tanımağa başladığımız hər bir kəs yeni bir dünya deyilmi?! Rəbbimin sonsuz hikmət və qüdrətlərindən biri: eyni materialdan-ətdən, sümükdən, qandan ibarət olan insanların bu qədər müxtəlif xarakterlərə malik olmaları məni heyrətləndirən səbəblər içərisindədir. Xasiyyətlər fərqli, arzular fərqli, həyata baxışlar fərqli...