Ah, mənim gözəl bloqum... Hisslərimin, duyğu-düşüncələrimin ən rahat gəzindiyi, qəlbimdəkilərə, mübhəm arzularıma, sirlərimə şahid yeganə dostum!
Həyat şərtlərimi desəm, sürətli keçən zamanın oyunumu desəm, yoxsa başqa şeylərdə günah axtarmağı bir yana buraxıb öz vəfasızlığımmı desəm...
Mən bu il sənin yaranıb mənə sirdaş olmağa başladığın günü unutdum... Yavaş-yavaş dünyaya alışıb, dirçəldiyin özünü bir az daha rahat ifadə edə bildiyin 3 yaşını qeyd etməyi unutdum... 😔
Mən bu il sənin yaranıb mənə sirdaş olmağa başladığın günü unutdum... Yavaş-yavaş dünyaya alışıb, dirçəldiyin özünü bir az daha rahat ifadə edə bildiyin 3 yaşını qeyd etməyi unutdum... 😔
Halbuki, bu il yarandığın gündən bu yana ən aktiv dövrünü yaşamışdın... Ən çox yazı bu il yayınlamışdıq birgə... Sənə mədhiyyələr yazacaqdım guya...
Amma olsun... Hər şeydə, hətta unutqanlıqda belə bir xeyrin gizləndiyinə inancı olan insanlarıq biz...
Gecikmiş ola bilərik, unutmuş ola bilərik. Lakin ad günü yazını da yazmadan keçə bilməyəcəm.
Mənim biriciyim, sevimli bloqum, nə yaxşı ki, varsan! Nə yaxşı ki, həyatıma təşrif buyurmusan. Mənim qəlb dostum, iç aynam, həyatıma rəng qatanım...
Bu üç ildə bəzən sevincimə şərik oldun, ən xoş duyğularımı kəlimələrlə əks etdirdin səhifələrində... Bəzən dərdli oldum, qorxularım, qayğılarım, əndişələrim oldu. Bu zaman da təsəlli oldu, yazdıqlarım... Yazdım, yazdım rahatladım... Sən oldun tək anlayanım.
Ümid edirəm ki, bərabər hələ çoox illərə çıxarıq. Hər ad günündə məhz sənə ithaf edərəm yazımı.
Ad günün mübarək canım bloqum!
Bence harika yazmaya devam
YanıtlaSil😊 Çox teşekkür edirem. Var olun.❤
Silnice nice yaşlara sağlık ve mutlulukla
YanıtlaSilSizi burda görmek ne xoş. Minnetdaram.❤
SilBlogunun daha nice yıllarını beraber kutlamak dileği ile! ^-^
YanıtlaSilTeşekkür edirem. Vefalı bloqdaşım.😊💖
Siloleeeey oleeeeey hep beraber olalıım en sevdiklerimdensin kiiiii :)
YanıtlaSilOyy teşekkür ederim Deep. Men de seni çooox sevirem.💖💖
SilNice güzel yazı dolu yılları olsun bloğunun :)
YanıtlaSilUzaqdakı yaxın dostum😊 Minnetdaram. Sizinle beraber olsun inşallah.💞💞💞
SilTanıtım için çok teşekkürler.Kendi kendime meydan okuma, yazı dizimi okumak üzere sizi blogumda ağırlamaktan şeref duyacağım,
YanıtlaSilMütleq gelecem. Çox teşekkür edirem.❤
SilNice yıllara... :)
YanıtlaSilTeşükkürler💞💞💞
SilBaşarılar nice yıllara Umman
YanıtlaSilMinnetdaram💖💖
SilBen de size minnettarım.
Sil