Salamlar...Mimləri sevdiyimi söyləmişdimmi? :) Mim yazıları nədənsə daha səmimi alınır hər zaman. Tanıdığım bir neçə insan da mim yazılarımın daha maraqlı olduğunu söyləmişdi. Bilmirəm, bəlkə də, mimi cavablayarkən bir az öz zövqlərimiz, keçmişimiz, arzularımız da ortaya çıxır. Yəni oxucu mim sayəsində daha yaxından tanıyır bizi.
Bu dəfə də sevgili Deeptone məni özünün başlatdığı maraqlı bir mimlə mimləyib. Bu mimə görə sevdiyimiz markalardan üçünün adını yazmalıyıq.
İlk olaraq marka ilə bağlı düşüncələrimi paylaşmaq istəyirəm.Bəzi insanlar markalara heç vaxt önəm vermədiklərini, bəziləri isə alacağı məhsulun məhz markasına görə baxıb aldığını söyləyir. Açığı mən bu ikisinin ortasında olan insanlardanam.
Yəni marka mənim üçün tamamən önəmsiz bir şey deyil. Bu da həmin markanın məhsulundan istifadə edərkən məndə hansı təəssüratları yaratdığına baxır. Məmnun qalıb bəyəndiyim məhsulun markasına istər-istəməz bir inam yaranır. Və hər zaman sevə-sevə onun məhsullarını almağa davam edirəm və ya məhsulundan tam razı qalmadığım marka istər-istəməz gözümdən düşür. Bu halda bəzən çox tanınmış bir markanın məhsulları mənim üçün dəyərsiz ola bilir.
Bəzən də heç tanınmayan, hətta zəif markalardan birinin hər hansı bir məhsulunu çox bəyənmiş oluruq. Bu zaman da markanın bir önəmi qalmır. O məhsulu hər zaman almağa davam edirik.
Sevdiyim markalara gəldikdə isə çox olsa da mən ilk ağlıma gələnləri yazmaq istədim.
Sevdiyim markalara gəldikdə isə çox olsa da mən ilk ağlıma gələnləri yazmaq istədim.
1. Samsung
Bu markanı mənə ilk sevdirən telefonum oldu :) Düzdür bu markanın telefonları tez-tez donmaq kimi böyük bir qüsura sahib olsalar da telefonumun mənim həyatıma rəng gətirdiyini söyləməsəm haqsızlıq olar.
Samsungu ikinci sevmə səbəbim isə tozsoranım. Bir az gülməli səslənsə də mənim kimi 4 ayrı tozsoran yoxladıqdan sonra nəhayət sanki həyatını qurtaran qəhrəman kimi, işlərini tam olaraq yarıya endirən yardımcı kimi Samsung tozsorana sahib olan bunun necə böyük xoşbəxtlik olduğunu anlayar ancaq :)))
2. Ülker
Bu markanın məhsullarını sevməyən varmı? Həm ləzzət, həm keyfiyyət, həm də ən önəmlisi tərkibindəki indriqentlərə həssaslıqla yanaşıb müsəlman biri olaraq bizlərin qəlb rahatlığı ilə alıb yeyə bildiyimiz və qürur duyduğumuz bir marka.
Ənnn sevdiyim məhsulu isə Caramio... Ah, necə canım çəkti !!.
3. LCWaikiki kids
Özəlliklə kids yazıram. Çünki, sadəcə uşaqlara alırıq bu markanın məhsullarını. Daha doğrusu aldırırıq. Azərbaycanda eyni markanın məhsulları Türkiyədəkindən ikiqat baha olunca orda yaşayan qohumlarımıza hər mövsümdə uşaqların bütün ehtiyaclarını LSW-dən aldırırıq. Bunun nə qədər çətin bir iş olduğunu bildiyimiz üçün onlara nə qədər təşəkkür etsək azdır təbii ki.
Bu markanın artıq əvvəlki prestijinin qalmadığı və orta keyfiyyətli bir markaya çevrildiyi söylənsə də bizim uşaqların əynində uzun müddət dayana bilən tək marka olaraq könlümüzdəki liderliyini qoruyur doğrusu :))
Bu arada xüsusən son vaxtlarda yaranmış, çox keyfiyyətli məhsullar istehsal edən və sevərək aldığımız Azərbaycan markaları da var təbii ki. Sadəcə mən qeyd etdiyim kimi ilk ağlıma gələnləri və hamının tanıdığı markaları yazmaq istədim.
Beləcə bir mimin də sonuna gəldik. Bu markalarla bağlı düşüncələriniz və ya sevdiyiniz başqa markalar çoox maraqlıdır mənim üçün. Postu oxuyan blogger dostlarımın başqası tərəfindən mimlənməyənləri qalıbsa hamısını mən də mimləyirəm. Digər oxuyucuları isə düşüncələrini yazmaq üçün yorum hissəsinə dəvət edirəm :)
Sevgilər...
Güzel bir mim olmuş. Kaleminize sağlık:)
YanıtlaSilBəyənmənizə sevindim. Təşəkkürlər.
Sillc waikiki enn bi sevdiğim Umman, çocuk,kadın her ürününe bayılıyorum. Her boş vaktimde en yakın lcw deyim. Kocaman öpücükler :)
YanıtlaSil:)Deyilmi? Hələ də prestijini qoruyur demək ki. Mən də öpdüm. Sevgilər.
SilSamsung benim de çok memnun kaldığım bir markadır uzun süre de kullanmayı isterim alışınca değiştirmek zor geliyor bana :)
YanıtlaSilÜlker'e gelince son yaptıklarından sonra uzak durmaya çalışıyorum:
http://www.degmesinyagliboya.com/2017/04/ulkerin-1-nisan-videosu-hic-de-mutluluk.html
Neyləyib ki Ülkər? Xəbərim yoxdur. Linkdən baxacam. Təşəkkürlər.
SilWaikiki olmasa oğluşlara nasıl kıyafet bulurdum bilmem, çocuk kıyafetleri harikaydı. Bir sene inat ettim paltolarını başka marka alacağım diye, bütün mağazaları dolaştım, tek beğendiğim yine onlarda çıktı :)
YanıtlaSilMənimlə eyni fikirdə olmanıza sevindim. Demək ki, seçimim doğrudur.Sevgilər.
SilAhh caramiooo nasılda severim bak benmde canm cekti :) lcw cılardanım bende.Ama büyüklere göre pek hosuma giden bisey bulamam.Bebeğime göre alirim hep :)
YanıtlaSilGüzeldi canm öpüyorum sevgiler 💕😘
:) Mən hər kəsin sevdiyi markalardan bəhs etmişəm deyəsən. Sağ ol canım mənim. Sənin sevdiklərin də maraqlıdır mənim üçün. Bir ziyarət edib oxuyaq gərək.♡♡
Silhepsi de güzel seçimleer. waikiki ucuz, ülker gofret ah ah pek severim, samsung kullanıyom bi dee :)
YanıtlaSilYaa sənin də sevdiyin markalar demək ki. Buna sevindim Deep. Belə maraqlı mim üçün təşəkkürlər.♡♡♡
SilBu mimi hâlâ yapacağım. İyi ki sende gördüm ve hatırladım Umman kızım. Çok güzel, açıklamalı olmuş canım. Sevgilerimle :)
YanıtlaSilHəmən yapın məncə Ece ablam. Sizin sevdiyiniz markalar da çox maraqlıdır mənim üçün. Yazını bəyənmənizə sevindim. Məndən də qucaq dolusu sevgilər...
SilSamsungu ben de seviyorum. :)
YanıtlaSilSamsung bir çoxunun güvənini və sevgisini qazanmış bir markadır deyəsən. Təşəkkürlər.
SilUmman Hanımcığım bloğunuzu özlemişim yahu :)) Ne kadar samimi bir mim olmuş öncelikle :) LCW markasını ben de çok seviyorum boyum kısa olduğundan çocuk bölümünde kendime göre bir şeyler bulmak da hoşuma gidiyor açıkçası :)) Ellerinize sağlık, çok öpüyorum <3 :))
YanıtlaSil:)) Xoş gəldin canım mənim.Gözəl sözlər üçün təşəkkürlər.LCW Türkiyədə ən çox sevilən markalardan imiş. Bunu anladım mən. Təşəkkürlər.♡♡♡
Sil