Salam əziz dostlar! Buralar üçün o qədər darıxmışam ki əslində... Amma bloqa nə illah etsəm də yaza bilmirəm bir müddətdir.
Mən bir an öncə bahar gəlsin, enerjilərimiz yüksəlsin, əhvalımız düzəlsin deyə gözlədiyim halda son günlər bir yorğunluq, bir yuxudan doymamazlıq başlayıb ki, gəl görəsən. Üstəlik hər tərəfimin ağrıması, davamlı ürəyimin sıxılması, həssaslıq, tez-tez yeri gəldi-gəlmədi ağlamaqlar, depressiv hallar da bir tərəfdən ....
Heç nə etməyə həvəsim olmur, bütün işlər gözümdə böyüyüb dağ olur. Nə kitab oxuya bilirəm, nə yazı yaza. Bir bezginlik havası ilə sadəcə istədiyim uzun bir səyahət və təbiətin qoynunda 2-3 günlük bir tətil. Bir tək bunlara bir az həvəs duyuram içimdə. O da uşaqların dərsi, yoldaşın işi ... Qısaca, bu aralar reallaşması qeyri-mümkün olan bir istəkdir.

Qalmışdım məətəl ki, bu nə haldı? Nə baş verir belə? Çünki normalda həyata pozitiv yanaşan biri olaraq ən xırda şeylərdən zövq almağı bacaran, olmayan yerdən başımı qata biləcək, mənə özümü yaxşı hiss etdirəcək bir iş çıxaran insanam. Bu halımı yüz yerə yozub, yüz diaqnoz qoydum özümə :)
Sonra bir yaxınıma danışarkən yaz havasının cansıxıcı olduğunu ondan ola biləcəyini söylədi. Ordan ağlıma hardasa gözümə ilişmiş "bahar yorğunluğu" termini gəldi. İnternetdə bir az araşdırdım və deyəsən dərdimi tapdım :)
Sən demə mən doğurdan da bahar yorğunluğu yaşayırmışam. Bu yorğunluğun əlamətlərini oxuduqca "eyni mən" dedim...
Normalda havanın vəziyyətinə görə əhvalı dəyişən insanlardanam. Günəşli havada şən-şaqraq, soyuq, xüsusən buludlu boz havalarda isə yorğun, dünyanın bütün dərdi üstümdəymiş kimi hiss edirəm. Amma daha bu qədərini bilmirdim.
Məyər mövsüm dəyişərkən insanın ruhunda da dəyişikliklər olurmuş. Düzü bunu öyrəndiyimə çox sevindim. Dərdi bilək ki, dərmanını da axtaraq tapaq, deyilmi?! Və bu haqda bəlkə mənim kimi bilməyənlər vardır deyə burda da yazmaq istədim.
Bahar yorğunluğu nədir?
Deməli anlaya bildiyim qədər anlatmağa çalışım. Vücudumuzda melatonin və serotonin deyə iki hormon vardır ki, bunlardan melatonin yuxu tənzimləyən, serotonin isə xoşbəxtlik hormonudur. Daha çox qaranlıqda ifraz olunan melotoninin miqdarı soyuq və qaranlıq qış aylarında serotonindən daha çox olur. Yazın gəlişi və günəş şüalarının artması ilə vücudda bu iki hormonun miqdarı bərabərləşir. Və bu hala həssas orqanizmlər asanlıqla adapte ola bilmir və bahar yorğunluğu dediyimiz hər 3 nəfərdən birində görülən bir narahatlıq yaranır. Bu hal 2-3 gündən başlayaraq 1 aya qədər davam edə bilir.
Qısacası, hər şey yenə hormonların başının altından çıxdı :)

Bahar yorğunluğunun əlamətləri:
İlk olaraq adından göründüyü kimi yorğunluq - bu adi işlərdən yorulmaqla yanaşı, bütünlükdə yaşamaqdan, həyatdan yorğunluğa qədər gedib çıxa bilir.
İkincisi yuxudan doymamaq- xüsusən, səhərlər oyanmaq xeyli çətin gəlir.
Sonrasında oynaq ağrıları, narahatlıq, diqqətsizlik, əsəbilik də bahar yorğunluğunun əlamətlərindəndir.
Hətta bu dövrdə yaxalandığınız və keçib getmək bilməyən qrip belə bahar yorğunluğunun ərmağanıdır.

Bahar yorğunluğundan necə xilas olmalı?
Mövsümi hesab olunan, çox da ciddiyə alınmayan bahar yorğunluğunun qarşısı alınmadıqda ciddi depressiyaya belə aparıb çıxara bilir. Ona görə də bir an öncə bu dərddən xilas olmaq lazımdır. Bunun üçün mütəxəssislər aşağıdakıları tövsiyə edirlər:
- bol-bol su içmək
- tez-tez havaya çıxıb gəzmək
- günəş şüalarının bədənə təmas etməsinə imkan yaratmaq
- zərəli qidalardan uzaq durub bol meyvə və tərəvəz yemək
- idmanla məşğul olmaq
- arada dost və rəfiqələrlə görüşüb zaman keçirmək

Bu gündən etibarən mən də diqqətə almağa çalışacam bu tövsiyələri. Baxaq görək bahar xanımın bu əziyyətindən xilas ola biləcəyikmi? :)
Sizdə necə, aranızda bahar yorğunluğuna yaxalanan varmı? Bəs sizdə hansı əlamətlər özünü göstərir? Varsa yorum qismində bizimlə paylaşsanız çox şad olarıq.
Hər kəsə bol günəşli, şən əhvallı, enerji dolu günlər diləyilə... Sevgilər...
Bahar yorgunluğu bende de var sanırım.Tavsiyelerinizi dikkate alacağım.Tez vakitte canlanma dileğiyle ruhunuz bahar çoşkunluğunu hep yaşasın.
YanıtlaSilAmin inşallah. Eynisini mən də sizə arzulayıram.Çox sağ olun.
SilMəndə də var deyəsən bahar yorğunluğu.Yorğunam.
YanıtlaSilYay gəlsin! ~~~
Ən çox qadınlarda və uşaqlarda görünürmüş zatən Ayselim. Bol-bol gəz, evdə çox qalmamağa çalış. Yaz da gözəl fəsildir əslində bircə yorğunluğunu atlatsaq...
SilBende yıl boyu var o yorgunluk:))
YanıtlaSil:)) Eyvah eyvah... Biz bir aylıq yorğunluğa dözə bilmirik. Bir il necə dayanırsınız siz?! Rəbbim yardımcınız olsun, qəlbiniz həmişə enerjiylə vursun:) Sevgilər♡♡
SilYazıyı okur okumaz hemen içimden "bol su içmeli" diye geçirmiştim :) Evet minicik bir sıkıntı yaşadım, sabahları uyanamamak gibi.. ama hemen toparladım, kendimi sokağa yürüyüşe atıyorum ve ardından bir duş. Çok iyi geliyor.. ben atlattım.. darısı başınıza :)
YanıtlaSilMaşallah sizə. Nə gözəl. Biz də atladaq inşallah bir an öncə...
SilBende de var galiba, hemen su içiyorum :))
YanıtlaSil:)) Su önemli...♡
SilEynen bacı,oxuduglarımın hamısı menim hal hazırdakı veziyyetimi anlatır ((yuxudan doymamag,agrılar.dediklerine emel edib bu bahar yorgunlugunun tesirinden biran önce gurtulmag gerekir.
YanıtlaSilKeçmiş olsun bacı. Yaxın olsaq bərabər yürüyüş yapıb, bol söhbətlə çoxdan gəlmişdik bunun öhdəsindən amma... ♡♡♡
SilŞu bahar yorgunluğu inanılmaz bir şekilde bende de var ya!! Kaleminize sağlık efendim, sevgiler. :)
YanıtlaSilSənə də keçmiş olsun o zaman Nərmincim. Tez keçər inşallah. Təşəkkürlər.
Silayyy geçer geçeeer yakında alışır vücudumuuuz :)
YanıtlaSil:)) İnşallah. Alışsın artıq bu gözəl bahara.♡♡♡
SilBahar yorğunluğu olduğunu bilmirdim, ümumiyyətlə adını birinci dəfə eşidirdim həm nə demişlər "qulaq hər gün yeni bir söz eşitməsə kar olar" . İndi necəsən ? İnşallah toparlanmısan?
YanıtlaSilAhh həyat hələ nələri öyrədəcək bizə görəsən :) Şükür toparlandım bir müddət sonra. Daha yaxşıyam artıq.
YanıtlaSilAyyy axirki dərdimi tapdımm Allah yardımçınız olsun
YanıtlaSil